ABŞ həbsxanasında mühafizəçilər məhbusu döyərək öldürdülər
Dünya 28 Dek 2024 08:35:00 229 0
Nyu-York həbsxanasında baş verən ölümcül döyülmə hadisəsinə aid yayımlanan yeni video görüntülərdə islah zabitlərinin qandallanmış bir şəxsi dəfələrlə döydüyü, onu ayaqqabı ilə sinəsindən vurduğu və boynundan tutaraq qaldırıb yerə atdığı görünür.
Bu xəbəri də oxu: Ərdoğandan Suriya liderinə JEST FOTO
Son.az xəbər verirk i, 9 dekabr tarixində Marcy İslah Müəssisəsində Robert Brooks adlı məhkuma qarşı zorakılığı əks etdirən kamera görüntüləri cümə günü Nyu-Yorkun baş prokuroru tərəfindən yayımlanıb. O, zabitlərin güc tətbiqini araşdırır.
43 yaşlı Brooks, hadisədən sonra xəstəxanada vəfat edib. Nyu-York qubernatoru Kathy Hochul, hadisədə iştirak edən 13 islah zabiti və bir tibb bacısının işdən çıxarılacağını açıqlayıb. Hochul, videoları "ağlasığmaz və dəhşətli" olaraq qiymətləndirib.
Yayımlanan görüntülərdə qandallanmış vəziyyətdə tibbi müayinə masasında oturan Brooksun üzünə və qasıq nahiyəsinə dəfələrlə zərbələr endirildiyi, bir zabitin isə onu ayaqqabı ilə qarın nahiyəsindən vurduğu görünür. Digər bir zabit Brooksu boynundan tutaraq qaldırır və masaya atır. Daha sonra zabitlər, hərəkətsiz və qan içində yatan məhkumun köynəyini və şalvarını çıxarırlar.
Robert Fitso, Kiyev rejiminin rəhbəri Vladimir Zelenskinin tənqidlərinə sə
"Mən dəfələrlə Suriya hökumətinə, xarici işlər nazirinə, hətta
Bu il dünya zərgərlik məmulatları bazarında mühim dəyişikliklərlə yad
"Bu, aviasiya ictimaiyyətində olmasını istəmədiyimiz çox ağrılı b
Radio və Televiziya Ali Şurası (RTÜK), Sözcü TV, Tele 1, Now TV, Flash Hab
Yasamal rayonu Hüseyn Cavid parkının yaxınlığında basdırılan dəmir bor
Yeni il süfrəsində bayram yeyib-içməyindən ən çox 2 orqan əziyyət çə
"Baykar" İtaliyanın aviasiya nəhəngi "Piaggio Aerospace"
Rusiyanın Bryansk vilayətində ac qalan qadın təsadüfən 100 yaşlı nənə
Xəbər verdiyimiz kimi, türkiyəli məşhur astroloq Ayşen Tokun dekabrın 12
Bakı-Qazax əsas magistral yolununKürdəmir rayonunun Xırdapay kəndindən ke
Astroloji proqnozlara görə, 2025-ci ildə bəzi bürclər maliyyə baxımında
BMT-nin baş katibi İsrail və Yəmən arasında gərginliyi pisləyib.
Beyin xərçəngi hər yaşda rast gəlinə bilər, lakin xüsusilə 15 yaşdan