Dövlət ABBnin əsas səhmdarı kimi qalacaq
Digərləri 01 Sen 2023 12:21:00 330 0
"ABB-yə özəl investisiyaların cəlb edilməsi son illər Bankda gedən inkişaf proseslərini daha da sürətləndirəcək".
Bu xəbəri də oxu: ABŞ Konstitusiyası Trampa buna icazə vermədi
"Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 31 avqust 2023-cü il tarixli Sərəncamı barədə medianın suallarını cavablandırarkən ABB-nin mətbuat xidmətindən belə bildirilib.
Qeyd edilib ki, Azərbaycan dövlətinin Bankın əsas böyük səhmdarı kimi qalması, dövlətin iştirak payının kiçik həcmlərdə azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulur. Azərbaycan vətəndaşlarının dövlət müəssisələrinin idarə edilməsində iştirakının genişləndirilməsi, qiymətli kağızlar bazarının inkişafı və alternativ investisiya imkanlarının yaradılması məqsədilə Banka iri özəl investorların deyil, minoritar səhmdarların cəlb olunmasına üstünlük veriləcək.
Mətbuat xidmətindən o da bildirilib ki, ötən bir neçə il ərzində ABB-nin kapital mövqeyinin gücləndirilməsi, fəaliyyətinin səmərəliliyi, müasir korporativ standartlara uyğun idarə edilməsi, rəqəmsallaşdırılması, kredit, risk, kadr siyasətinin təkmilləşdirilməsi, xidmət şəbəkəsinin inkişafı istiqamətində bir sıra layihələr həyata keçirilib və mühüm nəticələr əldə olunub. ABB inkişaf layihələrini bu gün də uğurla davam etdirməkdədir.
Dövlət müəssisələrinə özəl investisiyaların cəlbi ABB-nin son dövrlər yeni biznes istiqaməti kimi fəal şəkildə daxil olduğu qiymətli kağızlar bazarının inkişafına yol açacaq. Bankın idarə edilməsində vətəndaşların iştirakını genişləndirəcək və korporativ idarəetmənin tətbiqini şaxələndirəcək: "Bütün bunlar yeni strateji dövrdə ABB-nin öz hədəflərinə çatması üçün əlavə imkanlar yaradacaq" - mətbuat xidmətinin açıqlamasında qeyd edilib.
İndiki şəraitdə Qarabağın beynəlxalq səviyyədə tanınmasından danış
Sentyabrın 1-i səhər saatlarından başlayan gərginlik davam edir.
Sloveniyanın müasir tarixindəki ən böyük daşqının vurduğu ziyan 4,7 mi
Artıq dörd gündür Ağdam-Xankəndi yolundayıq, danışıqlar davam edir.
Xalq artisti Aygün Kazımova yeni mahnısını dinləyicilərinin ixtiyarına v
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayon İcra Hakim
Ermənistan Müdafiə Nazirliyi sərhəddə baş verən toqquşmada iki əsgəri
28 Avqust tarixində Avropa Azərbyacan Məktəbi 2023-2024-cü tədris ilinə s
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Özbəkistanı Milli Günü münasi
Dövlət İmtahan Mərkəzi bu ildə keçirilən buraxılış imtahanlarında ü
Türkiyənin Mersin şəhərində İŞİD terror qruplaşmasının rəhbərləri
Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edə
Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdi
Türkiyəli məşhur müğənni Emel Sayın əməliyyat olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Prezidenti Zuzana Çaputovay