Sükanı sağdan sola keçirilən avtomobillərdə təhlükə üzə çıxdı VİDEO
Digərləri 31 Avq 2023 18:16:00 376 0
Ekspertlər və avtomobil ustaları sükanı sağdan sola keçirilən nəqliyyat vasitələrini almamağı tövsiyyə edir.
Son.az Xəzər TV-yə istinadən bildirir ki, bəzi ölkələrdə həm sağ, həm sol sükanı olan avtomobillər istifadə olunur, bəzilərində isə yalnız sağ və ya yalnız sol sükana icazə var. Xüsusən də, İngiltərə və Yaponiya kimi ölkələrdə avtomobillərin böyük əksəriyyətinin sükanı sağ tərəfdədir.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki,
bizim ölkədə 1998-ci ildə "Yol hərəkəti" haqqında qanun qəbul olunanda, qayda belə qoyulub ki, sükanı sağda olan avtomobillər ölkəyə gətirilməsin.
"Amma bu gün Azərbaycana gətrilən avtomobillər arasında sükanı sağdan sola keçirilən kifayət qədər nəqliyyat vasitəsi var."
Ekspert deyir ki, həmin avtomobillərin sükanı Gürcüstanda yerdəyişmə etdikdən sonra ölkəyə keçirilərək rahat şəkildə istisimara verilir.
"Bəs bunun təhlükəsi varmı?"
Usta Dəniz Ağabəyli hesab edir ki, həmin avtomobilləri xaricdə ucuz aldıqları üçün bəzi işbazlar onu Azərbaycana gətirib baha satmaq məqsədi ilə sükanın yerini dəyişirlər.
"Bəs bu necə həyata keçirilir? Sükanın yerini dəyişərkən detallar dəqiqliklə sağdan sola köçürülürmü?"
Usta deyir ki, naqillərdə bir-birinə bağlanarkən izoliasiyası yaxşı olmadığından sükanı sağdan sola keçən avtomobillərdə tez-tez qısa qapanma hallarına da rast gəlinir.
Ekspertlər tövsiyyə edirlər ki, avtomobil alarkən mütləq onu diaqnostika etdirmək lazımdır. Əks halda həm aldana, həm də külli miqdarda ziyana düşə bilərisiniz.
Son.az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
Aparıcı İlkin Həsəni sosial media hesabında ona ünvanlanan sualları cava
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi
Sosial şəbəkələrdə Azərbaycanda oktyabr ayından benzinin bahalaşacağı
Almaniyalı astrobioloq, professor DarkŞuls Makkoç NASA-nın 1976-cı ildə Ma
Can Azərbaycana kömək məsələsində heç bir zaman tərəddüd etmədik.
Tanınmış tiktoker Rəşad İsmayılov ("Veçni Rəşad" təxəllüs
Baş prokuror Kamran Əliyev ölkəmizin Beyrutdakı səfirliyinin binasına hü
Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın fikrincə, Türkiyə prezide
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəmcamı ilə Zəfər Qu
Cəsarətli pozaları ilə adından söz etdirən Didem Soydan Barselona küçə
Artıq mənzil almadan onun komunnal xərclərini müəyyən etmək mümkün ola
Aylardır marketlərdə polietilen torbalar alıcıya ödənişli təqdim olunur
Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə
Yeni nəsil qatarların idarəetmə kabinalarında quraşdırılmış videomüş