Kamran Əliyev səfirliyimizə edilən hücumla bağlı Livan Baş Prokuroru ilə danışdı
Siyasət 31 Avq 2023 17:39:00 321 0
Baş prokuror Kamran Əliyev ölkəmizin Beyrutdakı səfirliyinin binasına hücumla bağlı Livan Respublikasının Baş Prokuroru Qassan Ueydat ilə telefonla danışıb.
Bu xəbəri də oxu: BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
Bir çox yerli və xarici media resurslarında avqustun 29-da Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxsin səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri, eləcə də bərk cisimləri səfirliyin inzibati binasına atmalarını əks etdirən videogörüntülər yayılıb.
Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Livan Respublikasının Baş Prokuroru Qassan Ueydat ilə telefon danışığı aparıb.
Danışıq zamanı beynəlxalq norma və prinsiplərə, eyni zamanda daxili qanunvericiliyə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi xahiş olunub.
Həmçinin, qeyd olunan faktın istintaqı ilə bağlı Azərbaycan Respublikasının dəstəyi və əməkdaşlığı təklif olunub.
Tərəflər məsələ ilə bağlı koordinasiyalı fəaliyyətin aparılacağı barədə razılığa gəlib.
Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın fikrincə, Türkiyə prezide
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəmcamı ilə Zəfər Qu
Cəsarətli pozaları ilə adından söz etdirən Didem Soydan Barselona küçə
Artıq mənzil almadan onun komunnal xərclərini müəyyən etmək mümkün ola
Aylardır marketlərdə polietilen torbalar alıcıya ödənişli təqdim olunur
Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə
Yeni nəsil qatarların idarəetmə kabinalarında quraşdırılmış videomüş
Sabahdan 2023/2024-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə bo�
Rayonlara yağan leysan yağışlar bır sıra fəsadlara səbəb olub.
Xəbər verdiyimiz kimi, avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikin
Azərbaycanın Livandakı Səfirliyinə qarşı erməniəsilli şəxslər tərə
Xəbər verdiyimiz kimi, aparıcı-aktyor Elcan Rəsulov yaşadığı binanın b
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (
Fransa Azərbaycana qarşı təxribatları davam etdirir. Bu dəfə estafet Pari