Azərbaycanın Rus İcması regionda sabitliyi pozmaq cəhdlərini pislədi


Digərləri 31 Avq 2023 11:24:00 346 0

Azərbaycanın Rus İcması regionda sabitliyi pozmaq cəhdlərini pislədi

Azərbaycanın Rus İcması İctimai Birliyi Qarabağ separatçılarının rəsmi Bakının öz erməni mənşəli vətəndaşları ilə dialoquna əngəl törətmək və Azərbaycanın Qarabağ bölgəsində sözdə Rus icmasından istifadə edərək regionda sabitliyi pozmaq cəhdlərini pisləyən bəyanatla çıxış edib.

Son.az bəyanatın tam mətnini təqdim edir:

"Azərbaycan hökumətinin rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Xankəndində yaşayan öz erməni mənşəli vətəndaşları ilə sülh dialoqu aparmaq üçün səylər göstərdiyi bir vaxtda, bir qrup separatçı əsassız bəyanatlarla çıxış edərək və dünya ictimaiyyətinə yanlış məlumat verərək buna əngəl törətməyə çalışır. Burada növbəti dəfə Azərbaycan Konstitusiyasının təməl normalarına tam zidd bəyanatla çıxış edən "Dağlıq Qarabağ"ın sözdə Rus icması kartının oynanılması cəhdi baş verib.

Əvvəlcə ondan başlamaq lazımdır ki, Azərbaycan Respublikasında "Dağlıq Qarabağ" adlı ərazi-inzibati vahidi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanına əsasən, ölkənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. "Artsax" adlı məfhum isə, ümumiyyətlə dünyada heç vaxt olmayıb və bu, yalnız suveren Azərbaycan dövlətinin ərazisində yerləşmiş ayrıca separatçı qrupun xəyallarında mövcuddur.

Qarabağ iqtisadi rayonunun erməni mənşəli sakinləri Azərbaycan Respublikasının vətəndaşlarıdır və ölkəmizin rəsmi qanunlarına uyğun yaşamalıdır. Azərbaycanda 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış və hazırda 120 mindən çox üzvü olan təkcə bir Rus İcması fəaliyyət göstərir. Təşkilatımız bütün beynəlxalq strukturlar tərəfindən tanınıb və artıq 30 ildən çox müddətdir ki, fəal iş aparır. Əgər Qarabağ ermənilərinin arasında Azərbaycanın Rus İcmasına üzv olmaq istəyənlər varsa, onda onlar təşkilata üzvlük üçün bizə müraciət etməlidir. Biz onların müraciətlərinə cavab verməyə və təşkilata üzvlük məsələsində bütün zəruri informasiyaları təqdim etməyə hazırıq.

Sözdə "Dağlıq Qarabağın Rus icması" Qarabağ haqqında öz əcdadlarının tarixi torpağı kimi danışır. Qarabağ həmişə Azərbaycanın tərkib hissəsi olub və belə olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü bütün ölkələr və dövlətlər, o cümlədən Rusiya Federasiyası və hətta Ermənistanın özü tərəfindən tanınıb. Əcdadlarının çətin taleyindən danışan Qarabağın sözdə Rus icması unudur ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünə qədər bütün etnik qrupların nümayəndələri birlikdə sülh şəraitində və dostcasına yaşayırdı. Aralarında milli azlıqların da olduğu azərbaycanlılar Ermənistanın işğalçı siyasəti zamanı zorla öz doğma torpaqlarından qovulmuşdu. Milli azlıqlar Ermənistanın özündən də didərgin salınmışdı. Lakin bu gün Azərbaycanda onlarla etnik qrupların nümayəndələrinin olduğu halda, həmin monoetnik dövlətdə ermənilərin özündən başqa heç kim yaşamır.

Azərbaycanın Rus İcması belə bəyanatları regionda sabitliyi pozmaq, dünya ictimaiyyətini yanlış məlumatlandırmaq və Qarabağ ermənilərinin çoxmillətli, çoxmədəniyyətli Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesini gecikdirmək cəhdi kimi qiymətləndirir.

Məşhur aktrisanın göbək rəqsi gündəm oldu  VİDEO like
  • 31 Avq 11:21  
Şou-biznes Məşhur aktrisanın göbək rəqsi gündəm oldu VİDEO

Türkiyəli məşhur aktrisanın göbək rəqsi sosial mediada gündəm olub.

arrow Ətraflı
XİN Fransa səfirinə etiraz notası verdi like
  • 31 Avq 11:19  
Siyasət XİN Fransa səfirinə etiraz notası verdi

31 avqust 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon

arrow Ətraflı
Prezident: AzərbaycanMalayziya əlaqələrini möhkəmləndirmək üçün birgə səylər göstərəcəyik like
  • 31 Avq 11:15  
Siyasət Prezident: AzərbaycanMalayziya əlaqələrini möhkəmləndirmək üçün birgə səylər göstərəcəyik

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də Malayziyanın XVI Ali Baş

arrow Ətraflı
Putin niyə narahat deyil? like
  • 31 Avq 10:59  
Dünya Putin niyə narahat deyil?

Almaniya kansleri Olaf Şols və Fransa Prezidenti Emmanuel Makron anlaya bilmir

arrow Ətraflı
QAİ Almaniya Bundestaqının komitə sədrinə çağırış etdi like
  • 31 Avq 10:57  
Siyasət QAİ Almaniya Bundestaqının komitə sədrinə çağırış etdi

Almaniya Bundestaqının xarici məsələlər komitəsinin sədri Mihael Rot Avr

arrow Ətraflı
Zakir Həsənov Türkiyənin Zəfər Bayramı mərasimində iştirak edib  FOTO like
  • 31 Avq 10:51  
Digərləri Zakir Həsənov Türkiyənin Zəfər Bayramı mərasimində iştirak edib FOTO

Qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri gene

arrow Ətraflı
"Yarqı" bu tarixdə yayımlanacaq like
  • 31 Avq 10:26  
Şou-biznes "Yarqı" bu tarixdə yayımlanacaq

"Yarqı" serialının üçüncü mövsümünün yayım tarixi bəlli o

arrow Ətraflı
Azərbaycanda bu şəxslərə 600 manat veriləcək like
  • 31 Avq 10:20  
Digərləri Azərbaycanda bu şəxslərə 600 manat veriləcək

Artıq 600 manatlıq birdəfəlik müavinətin verilməsinə başlanılıb

arrow Ətraflı
Yaşayış binasındakı dəhşətli yanğın 15 nəfərin həyatına son qoydu like
  • 31 Avq 10:15  
Dünya Yaşayış binasındakı dəhşətli yanğın 15 nəfərin həyatına son qoydu

Filippinin paytaxtı Manilada yaşayış binasında baş verən yanğın nətic�

arrow Ətraflı
Prezident İlham Əliyev “Total Energies” şirkətinin baş icraçı direktorunu qəbul edib like
  • 31 Avq 10:14  
Siyasət Prezident İlham Əliyev “Total Energies” şirkətinin baş icraçı direktorunu qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Bu gün 7 rayonda qaz kəsiləcək like
  • 31 Avq 10:04  
Digərləri Bu gün 7 rayonda qaz kəsiləcək

Bu gün Samux, Qazax, Ağdaş, Zaqatala, Füzuli, Yardımlı rayonlarının və

arrow Ətraflı
Ermənilər Livandakı Azərbaycan səfirliyinə hücum etdi  FOTO like
  • 31 Avq 09:54  
Siyasət Ermənilər Livandakı Azərbaycan səfirliyinə hücum etdi FOTO

Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında

arrow Ətraflı
32 yaşlı kişi fantaziyasına qurban getdi  Bu əməliyyatdan sonra öldü like
  • 31 Avq 09:53  
Dünya 32 yaşlı kişi fantaziyasına qurban getdi Bu əməliyyatdan sonra öldü

Almaniyada 32 yaşlı kişi cinsi orqan böyütmə əməliyyatından sonra ölü

arrow Ətraflı