Qərbi Azərbaycan İcması Nikol Paşinyana cavab verib
Siyasət 24 Avq 2023 15:41:00 368 0
Ermənistanın Baş naziri Nikol Paşinyan, hökumətin 2023-cü il avqustun 24-də keçirilmiş iclasında, Üçtərəfli Bəyanatın qaçqın və məcburi köçkünlərin qayıdışı ilə bağlı müddəasının guya Azərbaycan tərəfindən icra edilməməsi barədə iddia səsləndirmiş və Azərbaycanı ermənilərə qarşı etnik təmizləmə niyyətində olmaqda ittiham edib.
Bu xəbəri də oxu: XİN sözçüsü Nikol Paşinyana cavab verdi
Qərbi Azərbaycan İcması bununla bağlı bəyanat verib. Bəyanatda qeyd olunur: Əvvəla qeyd edək ki, öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən azərbaycanlıların hamısını qovmuş, bədnam mono-etnik siyasət yürüdən Ermənistanın Azərbaycanı etnik təmizləmədə ittiham etməsi ikrah hissi doğurur. Ermənistanın humanitar məsələlərdən və insan hüquqlarından danışmağa heç bir mənəvi haqqı yoxdur.
Konkret olaraq, qayıdış hüququ ilə bağlı qeyd edək ki, işğalçı Ermənistan ordusu 2020-ci ildə məğlub edilib Azərbaycan ərazilərindən çıxarılana qədər, Ermənistan 30 il ərzində azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan verməmişdir. Bundan əlavə, Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların qayıtmalarına hələ də imkan vermir. Həmçinin, Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi, Xocalı, Kərkicahan, Meşəli, Qaradağlı kimi yaşayış məskənlərindən qovulmuş azərbaycanlı məcburi köçkünlər hələ də öz evlərinə qayıda bilmirlər.
Azərbaycan isə 2020-ci il müharibəsindən dərhal sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə təhlükəsiz şəkildə qayıtmasına imkan yaradıb və hazırda onları re-inteqrasiya etməyə çalışır. Bundan əlavə, Qarabağ bölgəsindən kənar Azərbaycan ərazilərində ermənilər tam hüquqlu Azərbaycan vətəndaşı kimi yaşamaqdadır.
Vurğulamaq istərdik ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyidir.
Biz Ermənistan hökumətindən beynəlxalq hüquqa zidd siyasətinə son verməyi, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə əməldə hörmət etməyi, Azərbaycan hökumətinin Qarabağ regionunda yaşayan erməniləri re-inteqrasiya etmək səylərini sabotaj etməyi dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına şərait yaratmağı tələb edirik.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda 3 minə yaxın
Mədəniyyət ən mürəkkəb sahədir, hətta siyasətdən də. Siyasətdə tə
İlk tanıtımı yayımlanan "Kirli sepeti" serialına yeni aktrisalar
2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Tuzla limanı 2 milyon 856 min
"Müəllif Hüquqları Uğrunda" İctimai Birliyi "Müəlliflik h
Türkiyə Milli Müdafiə Nazirliyi Liviyanın Homs hərbi dəniz limanının t�
Bu gün səhər saatlarında Türkiyənin Malatya şəhərində 5 maqnitudalı z
Belçikanın xarici işlər naziri Hadca Labib Azərbaycanda rəsmi səfərdədi
"Rossotrudniçestvo"nun Ermənistandakı filialının keçmiş rəhbə
Məşq zamanı 7 yaşlı Fərid Bakarovu xüsusi amansızlıqla öldürməkdə i
Erməni əsilli şəxslərin "Laçın" sərhəd-buraxılış məntəq�
Türkiyə və Gürcüstan arasındakı Türkgözü gömrük keçid məntəqəsi
Azərbaycanın kino ictimaiyyəti milli kinematoqrafiyamızda öz dəst-xətti i
"İşğal altındakı Krım yarımadasının istənilən nöqtəsinə zərb