Bakıda 3 minə yaxın aksiz markasız tütün məmulatı aşkarlandı
Digərləri 24 Avq 2023 15:28:00 408 0
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda 3 minə yaxın aksiz markasız tütün məmulatı aşkar edib.
Bu xəbəri də oxu: “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda panel sessiyası keçirilib
Son.az Trend-ə istinadən bildirir ki, avqustun 22-də qurumun Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin keçirdiyi nəzarət tədbirləri zamanı paytaxtın Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsi, 124B ünvanında yerləşən köşkdə və su satışı ilə məşğul olan Mahmudov Elçin Qüdrət oğluna məxsus obyektdə aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatlarının qanunsuz satışı və dövriyyəsi faktı aşkarlanıb.
Araşdırma zamanı həmin obyektdə sahibkar E.Mahmudovun qanunsuz yolla əldə etdiyi, aksiz markası ilə markalanmalı, lakin bu markasız tütün məmulatlarının satışının həyata keçirildiyi müəyyən edilib.
Aparılan operativ vergi nəzarəti tədbiri zamanı obyektdə 2 816 sayda belə tütün məmulatı aşkarlanıb. Aşkarlanmış mallar protokollaşdırılıb, materiallar isə araşdırılması üçün aidiyyəti üzrə istintaq orqanına göndərilib.
"Aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları tərəfindən belə halların qarşısının alınması istiqamətində tədbirlər davam etdiriləcək. Aksiz markalarının tətbiqi aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədi daşıyır" - deyə Dövlət Vergi Xidməti bəyan edib.
Son.az
Mədəniyyət ən mürəkkəb sahədir, hətta siyasətdən də. Siyasətdə tə
İlk tanıtımı yayımlanan "Kirli sepeti" serialına yeni aktrisalar
2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Tuzla limanı 2 milyon 856 min
"Müəllif Hüquqları Uğrunda" İctimai Birliyi "Müəlliflik h
Türkiyə Milli Müdafiə Nazirliyi Liviyanın Homs hərbi dəniz limanının t�
Bu gün səhər saatlarında Türkiyənin Malatya şəhərində 5 maqnitudalı z
Belçikanın xarici işlər naziri Hadca Labib Azərbaycanda rəsmi səfərdədi
"Rossotrudniçestvo"nun Ermənistandakı filialının keçmiş rəhbə
Məşq zamanı 7 yaşlı Fərid Bakarovu xüsusi amansızlıqla öldürməkdə i
Erməni əsilli şəxslərin "Laçın" sərhəd-buraxılış məntəq�
Türkiyə və Gürcüstan arasındakı Türkgözü gömrük keçid məntəqəsi
Azərbaycanın kino ictimaiyyəti milli kinematoqrafiyamızda öz dəst-xətti i
"İşğal altındakı Krım yarımadasının istənilən nöqtəsinə zərb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya Qara dənizdəki vəziyy�