Görkəmli kinorejissor Vaqif Mustafayevin 70 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçiriləcək
Kriminal 24 Avq 2023 14:25:00 357 0
Azərbaycanın kino ictimaiyyəti milli kinematoqrafiyamızda öz dəst-xətti ilə seçilən görkəmli rejissor, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, professor Vaqif Mustafayevin yubileyinə hazırlaşır.
Bu xəbəri də oxu: Gəncə Dövlət Filarmoniyasinda "Təbiətin səsi" adli sərgi baş tutacaq
Milli.az xəbər verir ki, avqustun 28-də Nizami Kino Mərkəzində görkəmli kino xadiminin 70 illiyi münasibətilə yubiley mərasimi keçiriləcək. Yubiley tədbirlərində Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin, Rustaveli adına Tbilisi Dövlət Akademik Teatrının məşhur aktyoru, Gürcüstanın Xalq artisti Aftandil Maxaradze və başqaları Bakıya gələcəklər.
İndidən dünyanın mötəbər kino xadimləri, görkəmli sənətkarlar yubilyara öz təbriklərini göndərirlər. Məsələn, Rusiyanın Xalq artisti, kinorejissor və aktyor "Oskar" mükafatı laureatı Nikita Mixalkov azərbaycanlı həmkarına göndərdiyi video təbrikdə ən xoş arzularını çatdıraraq, onun dünya kinematoqrafiyasında xüsusi yer tutduğunu bildirərək deyir: "Əziz Vaqif, sən əsl milli sənətkarsan. Yalnız milli olanlar ümumbəşəri ola bilirlər".
Qeyd edək ki, Xalq artisti Vaqif Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olub. Vaqif Mustafayev yaradıcılığının ilk illərində "Mozalan" kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Onun quruluş verdiyi "Bəyin oğurlanması" "Yaramaz", "Nakəs", "Fransız", "Milli Bomba", "Hər şey yaxşılığa doğru", habelə ssenari müəllifi olduğu "Fəryad" və digər filmləri böyük tamaşaçı rəğbəti qazanıb.
Rejissorun parlaq yaradıcılıq nümunələri bir sıra beynəlxalq festivalda mükafatlar qazanıb.
Vaqif Mustafayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu ekran əsərlərindən üçü "Əsl məhəbbət haqqında" , "Bir həsədin tarixi" və "Xüsusi təyinat" filmləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatına layiq görülüb. 2018-ci ildə Xocalı faciəsinə həsr olunmuş "Dərdimi çəkirəm" sənədli filmini çəkən Vaqif Mustafayev, 2022-ci ildə "Həyat, deyəsən, gözəldir" bədii və "Fikrət Əmirov" bədii-sənədli filmlərini ərsəyə gətirib. O, "Həyat, deyəsən, gözəldir" filminə görə Türkiyədə keçirilən "Korkut Ata" Beynəlxalq Film Festivalında "Türk dünyasının ən yaxşı rejissoru" adına layiq görülüb.
Milli.az
"İşğal altındakı Krım yarımadasının istənilən nöqtəsinə zərb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya Qara dənizdəki vəziyy�
Ukrayna kəşfiyyatçıları xüsusi əməliyyat çərçivəsində Krıma daxil
Türkiyənin "Fənərbağça" klubu heyətinə yeni futbolçu cəlb ed
Ötən gecə Rusiyanın Tver vilayətində "Embraer Legacy 600" özəl
Neyroşəbəkəyə Parkinson xəstəliyinin ilkin əlamətlərini gözlər vasit
Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin göyərtəsində Yev
Müğənni Günay İbrahimli sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İsteh
Türkiyə və Səudiyyə Ərəbistanı ticarət əlaqələrini genişləndirir.
Elm və Təhsil Nazirliyi təhsilin müxtəlif pillə və səviyyələri üzrə
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvə
Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli həbs edilib.
Ölkə üzrə forma seçimindən imtina etmiş məktəb qeydə alınmayıb.