Neyroşəbəkə Parkinson diaqnozu qoymağı öyrənib
Dünya 24 Avq 2023 13:49:00 329 0
Neyroşəbəkəyə Parkinson xəstəliyinin ilkin əlamətlərini gözlər vasitəsilə aşkar etmək öyrədilib.
Bu xəbəri də oxu: Tramp dövlət katibi vəzifəsinə namizədini seçdi
London Universitet Kollecinin bir qrup alimi tor qişasına əsasən Parkinson xəstəliyinin erkən əlamətlərini müəyyən etməyi öyrənib. Araşdırmanın nəticələri "Neurology" jurnalında dərc olunub. Qısa icmal "Medical Xpress" jurnalında təsvir edilib.
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu üsul dünyanın ən böyük tor qişasının görüntüləri olan baza əsasında öyrədilmiş süni intellektə əsaslanır. Texnologiya insanlar üçün görünməyən dəyişiklikləri aşkar edir. Xüsusilə, alqoritm tor qişanın daxili nüvə təbəqəsindəki fərqlərə diqqət yetirir. Bu təbəqələrin qalınlığının azalması, digər amillərin səbəb olduğu hallar istisna olmaqla, Parkinson xəstəliyinin inkişaf riskinin artması ilə əlaqəlidir.
Model optik koherens tomoqrafiyanın - 3D skanının təsvirlərindən istifadə edir ki, bu da bir dəqiqədən az müddətdə tor qişanın (gözün arxa hissəsi) millimetrin mində birinə qədər detallı eninə kəsiyini əldə etməyə imkan verir. Nəticədə, neyroşəbəkə neyrodegenerativ xəstəliyin gözlə görünməyən simptomlarını diaqnoz qoyulmazdan orta hesabla yeddi il əvvəl aşkar edə bilir.
2023-cü ilin mart ayında Los-Ancelesdəki "Cedars-Sinai" Tibb Mərkəzinin işçiləri göz müayinəsi məlumatlarına əsaslanaraq Altsheymer xəstəliyinin diaqnozuna yeni yanaşma təqdim ediblər. Bu yanaşma Altsheymer xəstələrinin tor qişalarında həddindən artıq miqdarda beta-amiloid zülalının olmasına əsaslanır.
Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin göyərtəsində Yev
Müğənni Günay İbrahimli sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İsteh
Türkiyə və Səudiyyə Ərəbistanı ticarət əlaqələrini genişləndirir.
Elm və Təhsil Nazirliyi təhsilin müxtəlif pillə və səviyyələri üzrə
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvə
Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli həbs edilib.
Ölkə üzrə forma seçimindən imtina etmiş məktəb qeydə alınmayıb.
Avqustun 23-ü axşam saatlarında Rusiyanın Tver vilayətində göyərtəsind�
Azərbaycanda ənənəvi tədrisin başlaması hər il Bakıda kirayə mənzil b
"Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplə
Xəbər verdiyimiz kimi, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri
Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik m�
"Vaqner"in yaradıcısı qəzada ölübsə, özəl hərbi şirkətin i