Susuzluğun əlamətləri hansılardı?
Digərləri 24 Avq 2023 07:00:00 347 0
Xüsusilə temperaturun yüksəldiyi bu günlərdə orqanizmimizdə həyati funksiyası olan suya daha çox ehtiyacımız var.
Bu xəbəri də oxu: Çəki artımının yeni mümkün səbəbi tapıldı
Son.az lent.az-a istinadən bildirir ki, qidalanma və pəhriz ütəxəssisi Derya Eren bildirib ki, sağlam bir həyat yaşamaq üçün gündəlik kifayət qədər su istehlak etmək, eyni zamanda balanslaşdırılmış qidalanma və kifayət qədər fiziki fəaliyyətə sahib olmaq çox vacibdir.
Onun sözlərinə görə, susuzluğun yüngül əlamətlərinə zəiflik, yorğunluq, baş ağrısı, sidik ifrazının azalması və qəbizlik daxildir:
"Şiddətli simptomlara əzələ krampları, başgicəllənmə, qarışıqlıq və şüur itkisi daxildir. Gündəlik kifayət qədər su içdiyinizə əmin olmaq üçün sidiyin rəngini də yoxlaya bilərsiniz. Əgər sidiyiniz tünd rəngdədirsə, bu, kifayət qədər su içmədiyinizi göstərir. Sidiyinizin rəngi açıqlaşdıqca bədəninizin su ehtiyacını ödədiyinizə əmin ola bilərsiniz".
Bəs, suyun orqanizmə hansı faydaları var?
- Bədənimizi toksinlərdən təmizləyir.
- Ödem əmələ gəlməsinin qarşısını alır və ödemin aradan qaldırılmasında fayda verir.
- Arıqlamağa kömək edir.
- Bədənimizdən qida maddələrinin sorulmasını təmin edir.
- Dərini nəmləndirir və qırışların qarşısını alır.
- Həzm sisteminin nizamlı işləməsinə kömək edir.
- Bədən istiliyini tənzimləyir.
- Oynaq ağrılarını azaldır.
- İdmançılarda performansı artırır.
- Stressə yaxşı gəlir.
- Migren xəstələrinə xeyirlidir.
- Ürək sağlamlığını qoruyur.
Bir stəkan qazlı, şirin sərinləşdirici içkidə 6 qaşıq dozada şəkər
Səyahətçi, təyyarə trombozu deyilən sindrom artıq illərdir neçə-neçə
Türkiyəli müğənni Demet Akalın yenidən sosial media hesabından etdiyi pa
Orqanizmdə Q10 maddəsinin azalması sümükdən tutmuş dəriyə kimi bütün
Elmi araşdırmalarda sübut olub ki, hər gün ac qarnına yaşıl alma yemək
Son günlərin isti havaları ürək-damar və beyin xəstəliklərini tətiklə
İsti periodda əlbəttə ki, birinci qanı qovan sistemlər- ürək-damar xəst
Paylaşdığı cəsur fotolarla tez-tez gündəmdə olan aktrisa Nəsrin Cavadza
Dünyada qlobal istiləşmə başlayıb. Artıq yayda havalar 40 dərəcədən a
Yayın sonu yaxınlaşdıqca, payızda hansı bürclərin taleyinin dəyişəcə
İnternetdə simptomlarımı oxudum, əlamətlər xərçəngə uyğundur? Mən x
Əməkdar artist Könül Kərimova istirahətə yollanıb.