Misir fironları 50 dərəcə istidə necə sərinlənirdilər? –
Digərləri 24 Avq 2023 02:02:00 378 0
Dünyada qlobal istiləşmə başlayıb. Artıq yayda havalar 40 dərəcədən aşağı olmaya bilər. Çoxu kondinsioneri çıxış yolu kimi görür. Bəs kondinsioner olmasa və elektrik şəbəkələri yüklənməyə dözməsə, insanlıq özünü necə xilas etməlidir?
Bu xəbəri də oxu: Rusiya öz səmasında Santa Klausu da vurdu
Qədimdə kondinsioner olmayanda isti ölkələrdə insanlar nə edirdi. Məsələn, Misir fironları saraylarında 50 dərəcə istidə necə sərinlənərdilər?
Son.az medicina.az-a istinadən 7 maraqlı tövsiyəni təqdim edir.
1.Evi yarıqaranlıq et
Pərdələri, jalüzləri endirin. Evə düşən gün işığı içəridə " parnik effekti" yaradır.
2. Evi axşamdan soyutmağa başlayın
Bütün gecə boyu pəncərələri açıq qoyun, qapıları torlu qapı ilə əvəz edin. Sərin gecə havası evi soyudur. Bina evində yaşayanlar dəhlizə, bloka açılan qapını da axşam aralı qoysa, ev kifayət qədər nəfəs alacaq.
3.Gen-bol, rahat, açıq rəng geyimlər
İsti yay günləri cins, qara şalvar, dar geyimlər, tünd rənglər sizi çox tərlədəcək. Təbii pambıq, kətan, krujeva, ipək material seçin. Çalışın üzərinizdə geyim minimum olsun. Yayda dəri nəfəs almalıdır.
4.Başınıza sərin dəsmal bağlayın
Nazik dəsmal, yaylıq və ya pambıq parçanı suda isladın, yaxşıca sıxın və türban, çalma kimi başınıza sarıyıb, boynunuzda bağlayın. Dərhal necə sərinlədiyinizi görəcəksiz.
5.Fironların sirri
Mələfəni soyuq suda isladıb, bərk sıxıb, bürünüb yatardılar. Mələfə sulu yox, nəm olmalıdır. Bu üsul rahat yuxuya getməyə kömək edir. Əgər yaş mələfə istəmirsizsə, onda islaq corablar geyinin.
6. İşıqları tor işıqla əvəz edin, məişət texnikasını söndürün
Yayda axşamlar az lampa yandırın, bütün texnikanı elektrikdən ayırın. Bunlar istilik verir. Küncdə zərif bra işığı yetərlidir. Hətta şam belə, lampa kimi istilik vermir.
7.İsti çay və qidalardan uzaq durun
Qaynar günlərdə qəhvə, şirin su, çay, isti yeməklərdən uzaq durun. Bədəni daxildən isitməyin sizə faydası olmayacaq.
Soyuducuda buz ehtiyatınız olsun. İçəcəyiniz suya buz atın. Hətta buz dolu qabı avtomobilə qoysaz, yolboyu maşın sərin olacaq.
Yayın sonu yaxınlaşdıqca, payızda hansı bürclərin taleyinin dəyişəcə
İnternetdə simptomlarımı oxudum, əlamətlər xərçəngə uyğundur? Mən x
Əməkdar artist Könül Kərimova istirahətə yollanıb.
"Vaqner" rəhbəri Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğradı�
Virciniya Texnoloji institutunun alimləri Alsgeymer xəstələrinin beynini tə
Masallı rayonunda 1997-ci il təvəllüdlü Zakir 1971-ci il təvəllüdlü hə
Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, tanınmış ekstrasens Zirədd
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Əvvəl ailəsindən, sonra valideynlərindən, daha sonra ölənədək sadiq qa
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu yeni avtomobil alıb
Bakı çimərliyində 99-NU-019 dövlət nömrə nişanlı avtomobilin sürücü
COVİD-19-a qarşı hazırladığı peyvəndlə dünyada tanınan "BioNTech
Musavat.com-un məlumatına görə, "Rossiya-24" dövlət televiziyas�
Rusiya Prezidenti Vladimir Putin Kursk döyüşündə Qələbənin 80 illiyi il�
Rusiyada "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqo