Ermənilər FüzuliBakı sərnişin təyyarəsinə radiomaneələr tətbiq ediblər
Siyasət 21 Avq 2023 12:42:00 367 0
Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi yenidən intensivləşib.
Bu xəbəri də oxu: 2025ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi
Son.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə təhdid yaratmaq məqsədilə qanunsuz silahlı birləşmələr növbəti təxribata əl atıb: "Belə ki, avqustun 21-i saat 10:15-dən 10:23-dək Füzuli-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.
Faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığının tərəfimizdən məlumatlandırılmasına baxmayaraq bu günədək heç bir tədbir görülməyib.
Qeyd edirik ki, mülki aviasiyanın təhlükəsizliyinə radio-texniki müdaxilə qəbuledilməzdir və beynəlxalq mülki aviasiya təşkilatının müəyyən etdiyi qaydalara ziddir".
Yaxın gələcəkdə Avropa meydanlarında Azərbaycan-Ermənistan danışıqlar
Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 494,7
2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin İzmir limanı 4 milyon 163 mi
Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti üzrə xüsusi kampaniya
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Ötən gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində suda batan
Moskvaya hücum edən PUA-lardan biri "Rossiya Seqodnya" media qrupunu
Avqustun 21-i saat 07:05-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin m�
Xalq artisti Röya Ayxan yeni fotoları ilə diqqət çəkib.
"Laçın" sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəx
İranın tanınmış sünni din xadimi Mövləvi Əbdülhəmid saxlanılıb.