Priqojin: "Vaqner iyulun 1dən etibarən mövcudluğunu dayandıracaq"
Digərləri 26 İyn 2023 19:52:00 334 0
"Vaqner iyulun 1-dən etibarən mövcudluğunu dayandıracaq".
Bu xəbəri də oxu: Vüqar Qurbanovdan yaralananların vəziyyəti ilə bağlı
Son.az report-a istinadən xəbər verir ki, bunu "Vaqner" muzdlu hərbi təşkilatının sədri Yevgeni Priqojin deyib.
"Heç kim Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Vaqner iyulun 1-dən etibarən mövcudluğunu dayandıracaq", - deyə Priqojin vurğulayıb.
O, heç vaxt Rusiya rəhbərliyini devirmək niyyətində olmadıqlarını bildirib: "Məqsədimiz Vaqnerin məhv edilməsinin qarşısını almaq idi. Yürüşümüzə ədalətsizliyə görə başladıq. Biz heç bir aqressiya nümayiş etdirmədik, ancaq raketlər və helikopterlərlə vurulduq. Bizi hərəkətə gətirən də bu oldu".
Priqojin açıqlamasında əlavə edib ki, rus əsgərlərinin qanını tökməmək üçün geri çəkiliblər: "Rusiya aviasiyasını vurduğumuz üçün təəssüflənirik. Xüsusi hərbi əməliyyat zamanı səhvlərə yol verənləri məsuliyyətə cəlb etmək istəyirdik. Bu, Rusiyada ciddi təhlükəsizlik problemlərinin olduğunu göstərdi".
Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb. "Vaqner" Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Əlahiddə Ümumqoşun Ord
Kimya üzrə Nobel mükafatı laureatı Con Qudenaf dünyasını dəyişib.
Xalq artisti Brilliant Dadaşova yenə hazırda təqdim edilən musiqilərdən g
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bir
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanl
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 24-də "Vaqner"
İyunun 26-də saat 16 radələrində Sumqayıt şəhərində evlərin birində
Bakı Piano Festivalının tamaşaçıları tərəfindən Kamera və Orqan Musiq
"Taliban" rejimi qadınları "ənənəvi zülmdən" azad edi
"Təbiətimizin sovqatı" adlı Respublika uşaq rəsm müsabiqəsi el
Uzun müddətdir Rusiyada yaşayan müğənni Fədayə Laçın oradakı vəziyy�
Bakı Piano Festivalı çərçivəsində Azərbaycanın tanınmış musiqiçilə
Azərbaycanda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saa