Günün qoroskopu: Təcrübəli insanlardan məsləhət almağı unutmayın
Digərləri 23 İyn 2023 00:01:00 369 0
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Bu xəbəri də oxu: Xocalıda teleqüllə inşa olunacaq – 18,4 milyon manat ayrıldı
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - günün ilk yarısında əhvalınız, çətin ki, nikbin olsun. Çətinlikləri olduğundan artıq dəyərləndirməyin. Yaranmış situasiyadan çıxış yolunun olmadığını düşünməyin. Axşam saatlarına qədər hər şeyi çox mürəkkəb saymayın. Mürəkkəb, əhəmiyyətli işlə məşğul olun. Saatlar keçdikcə baxışlarınız və davranışınız dəyişəcək. Enerjiniz artacaq. Yeni ideya olacaq. Maraqlı xəbər alacaqsınız. Həmin xəbərdəki müəmmanı çözməyə çalışın. Buğa - gərəkli insan və ya təşkilatla münasibətlər yaxşılaşa bilər. Lakin tam razılığa nail olmaq və ziddiyyətləri aradan qaldırmaq üçün əlverişli zaman deyil. Bunu anlayın, əks təqdirdə səyləriniz hədər gedəcək. Yaxın ətrafınızdakı insanların istədikləri kimi davranmaq hüquqlarına malik olduqlarını anlayın. Belədə rahatlaşacaqsınız. Problemlərin yoluna qoyulması üçün zaman gərəkdir. Axşam saatlarında yorğunluğun ən yaxşı terapiyası şəraitin dəyişdirilməsi və ya maraq dairəsində yeniliklərdir. Normal istirahət etməyə çalışın. Əkizlər - günün əsas hissəsini rutin işlər təşkil edəcək. Əgər nəyə görəsə rəsmi məsuliyyət daşımırsınızsa və muzdla çalışmırsınızsa, sizi müşkül məqamlar gözləyir. Saatlar keçdikcə öhdəliklər və cari işlər azalacaq. Başqalarından təşəbbüs gözləməyin, aktiv olun. Sonradan problemlərin yaranmasının qarşısını bəribaşdan almaq üçün sizə təklif olunan plana razılaşmayın. Şübhə və tərəddüdlərinizi dərhal açıqlayın. Xərçəng - qarışıq işlər tam müəyyənlik və dəqiqlik tələb edir. Yorucu, usandırıcı stereotipləri dağıtmaq gərəkdir. Yaxın günlər üçün planları dəqiqləşdirin. Fəaliyyət və yaşam şəraitini dəyişmək olar. Etibar etmədiyiniz insanlarla çalışmayın. Şübhə doğuran insanlarla yolları ayıra bilərsiniz. Kiçik nüanslar və detallar vaxtınızı almasın. Əsas məqsəddən yayınmayın. Bütün hadisələri əvvəlcədən müəyyənləşdirmək, təxminləmək mümkün deyil. Axşam saatlarında xoş xəbər ala bilərsiniz. Şir - səhər saatlarından etibarən məhdudiyyətlər və bədbinliklə işlərə qatılmayın. Situasiyanın şərtləri ağırdır. Onları nəzərə almadan çalışmayın. Məqsədə doğru aparan yolda yaranan elementar çətinliklər sizə aşılmaz sədlər təsiri bağışlamasın. Rutin, yeknəsək işlər sonsuz deyil. Vəziyyət ümidsiz deyil. Axşam saatlarına yaxın tunelin sonunda işıq görünə bilər. Reallaşması mümkün olmayan arzulara qapılmayın. İllüziyalar aləmini reallıqdan ayırın. Perspektivlər nikbindir. Qız - səhər saatlarından etibarən yaranan problemlər təcili həllini və dərin araşdırılmasını tələb edir. Səfərlər yorucu ola bilər. Yaşam qarşınızda yeni sədlər yaradacaq. Saatlar keçdikcə şərait kəskin şəkildə dəyişə bilər. Bəzi planlardan imtina etməli olacaqsınız. Ailə üzvlərinizdən biri ilə bağlı xəbər alacaqsınız və bu xəbər situasiyanı daha da ağırlaşdıracaq. Qeyri-müəyyənlik şəraitində yaxınlarınızdan planlarınızı, istəklərinizi gizlətməyin. Birgə fəaliyyətlə bağlı razılaşma əldə etmək olar. Səbrli, təmkinli olun. Tərəzi - maddi durumunuzu yaxşılaşdırmağa çalışın. Qətiyyətli, səbrli olun. Bunun üçün aktiv səylər göstərmək gərək deyil. Təmkinli olun, bəzi adamların təxribatlarına uymayın. Saatlar keçdikcə vəziyyət daha da rəngarəg olacaq, yeni insanlarla tanış olacaqsınız. Hadisələrdə arzuolunan dinamika peyda olacaq. Kimsə sizə zəng edəcək. Yazışma və ya yola çıxmaq zərurətinin yaranması istisna deyil. Axşam saatlarındakı tanışlıq şanslarını diqqətdən kənarda saxlamayın. Belə ünsiyyətlər maraqlı ola bilər. Axşam saatlarında normal istirahət etməyə çalışın. Əqrəb - neqativ münasibətlər və fikirlər sizdə bədbinlik yaratmasın. Əhvalınızın pisləşməsi üçün yetərincə səbəb yoxdur. Üzləşdiyiniz problemlərdə yaxın ətrafınızdakı insanları suçlamayın. Şəraitin girovuna çevrilməklə yanaşı, eqoizm, qorxu, qətiyyətsizlik, zərərli vərdişlərin köləsi olmayın. Axşam saatlarına yaxın şəraiti dəyişmək olar. Dünyagörüşünü artırmaq, təcrübəni səbatlı etmək, informasiyaları çoxaltmaq olar. Maraqlı saydığınız insanlarla ünsiyyətdə olun, kitablar oxuyun, dəvət aldığınız tədbirlərə qatılmaqdan boyun qaçırmayın. Həqiqəti yalandan ayırmağa çalışın. Oxatan - günün əksər hissəsində təkbaşına çalışmalı, müstəqil olacaqsınız. Xoşagəlməz emosiyalar və bədbinlik sizdə ruh düşkünlüyü yarada bilər. Problemləri həll etmək əvəzinə, onları daha da ağırlaşdıraraq süstlük və tənbəllik etməyin. Yaxın ətrafınızdakı insanlarla ünsiyyəti gücləndirin. İnandığınız insanlardan birini sıx tərəfdaşlığa, effektiv əməkdaşlığa dəvət edə bilərsiniz. İnformasiya mübadiləsi və öz fikrinizi söyləməyin vaxtıdır. Axşam saatlarına yaxın internet əsas ünsiyyət vasitəsinə çevrilə bilər. İmkan varsa, evdən kənarda istirahət etməyə səy göstərin. Oğlaq - əvvəlcədən hazırladığınız planlardan və ideyalardan imtina edərək onları ölü konstruksiyalara çevirməyin. Bəzi planları dəyişmədən irəliləməyə çalışın. Bəzi təfərrüatlar və detalların yenilənməyə ehtiyacı var. Zərurəti qulaqardına vurmayın. Təcrübəli insanlardan məsləhət almağı unutmayın. Peşəkar fəaliyyət müstəvisindəki bəzi dəyişiklikləri təxirə salmaq olmaz. Yenilənmələr bir gündə mümkün deyil. Amma indidən fəaliyyətə başlamaq olar. Axşam saatlarında normal istirahət etməyə çalışın. Dolça - dostlar və tanışların yardımlarından imtina etməyin. İmkanlarınızın məhdud, resurslarınızın az olduğunu düşünərək planlardan boyun qaçırmayın. Çox yəqin ki, yanlış yerdə qərarlaşıbsınız. Axtarış müstəvisini genişləndirin. Orijinal ideyanızı reallaşdırmaq üçün tərəfdaş və ya müttəfiqi müəyyənləşdirin. Səhv riski olsa da, irəliləyin. Yerinizdə durmayın, aktiv olun Kiçik problemlərin önəmini artırmayın. Baş tutmayan planları unutmayın. Axtardığınız insan sizi gözləyir. Balıqlar - səhər saatlarından etibarən bədbinliyə qapılaraq problemlərin qarşısından geri çəkilməyin. Əvvəlcədən müəyyənləşmiş planlar çərçivəsində fəaliyyət göstərin. Hədəf və məqsədləri dəqiqləşdirin. Dürüst fəaliyyət məcrası olmadan irəliləmək çətindir. Müxtəlif fikirləri öyrənin, variantları müqayisə edin. Yeni ideya sizə gəlir gətirə bilər. İşlərdə yeni perspektivlər yaranır. Şəxsi həyatınızda nəyisə dəyişmək olar. Axşam saatlarında aktiv istirahəti seçin. Son.azGədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var
10 minə yaxın əhalisi olan kənd suya həsrət qalıb.
Biləsuvar rayonunda kütləvi dava olub.
Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti "Azərba
Müğənni Aynur Dadaşova bir vaxtlar dost olduğu həmkarı Niyam Salami ilə
Tailandda turistlərə yeni təhlükəli virusun - çikunqunyanın yayılması i
ABŞ Sahil Mühafizəsi itkin düşən Titan batiskafının ekipajının öldüy
Azərbaycan və Türkiyənin daxili işlər nazirləri Vilayət Eyvazov və Ali
Varlılar üçün dünyanın ən bahalı 10 şəhərinin adı açıqlanıb.
Britaniyalı yoqa təlimatçısı Ueyn Leal 60 yaşından sonra sağlam və güm
Murat Yıldırım və mərakeşli həyat yoldaşı İman Elbani ötən il dünya
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya səfər