“Təmiz sahil” Samsung Electronics daha bir ekoloji aksiya keçirib
Digərləri 21 İyn 2023 17:45:00 316 0
Samsung Electronics şirkəti "Everyday Sustainability" strategiyasına əsasən "Planeti düşünərək" şüarı ilə beşikdən məzara yəni istehsaldan utilizasiyaya qədər konseptini daha da genişləndirir. Şirkət ekoloji dəyərlərin gənc nəsilə ötürülməsi istiqamətində də fəaaliyyətə başlayıb. Beləliklə, şüarı "Planetiin bu günü və sabahını düşünərək" kimi də səsləndirmək olar.
Bu xəbəri də oxu: Bu istiqamətdə uçuşlar dayandırılır
İyunun 17-də Samsung əməkdaşları Care Group və azyaşlılar ilə birlikdə Bakının Pirşağı qəsəbəsində "Təmiz sahil" adlı təmizlik aksiyası keçirib. Əvvəlki aksiyalardan fərqli olaraq, budəfəki tədbirin daha bir dəyərli özəlliyi var idi: ekoloji təşəbbüsə SOS Uşaq Kəndləridə qoşulmuşdu. Məqsəd isə yeni nəslin düşüncə tərzində təbiəti qoruma kimi dəyərin yer almasıdır.
Şirkətin Azərbaycandakı rəsmi nümayəndəliyinin əməkdaşları Pirşağıda2 km sahil zolağını bütün tullantılardan təmizləyib. Nəticə etibarilə sahil zolağı 340 kq plastik və orqanik tullantıdan təmizlənib. Bu aksiya vasitəsilə Samsung və onun əməkdaşları ekoloji dəyərlərə gündəlik həyatlarında da önəm verdiyini nümayiş etdirdi.
Hazırda Samsung bütün cihazların dizaynından istehsalına qədər olan dövriyyəsində planetin ehtiyac və təhlüklələrini nəzərə alır. Məsələn, dizaynda əlavə sərvətlərin istifadəsini tələb edən bütün elementlər ardıcıl şəkildə ləğv edilir. Galaxy S22 Seriyasından başlayaraq Galaxy S23 Seriyasının istehsalında daha çox atılmış plastikdən, o cümlədən okeana atılmış balıq torları və plastik butulkalardan əldə edilən təkrar emal materialından da istifadə olunur ki, istismar müddəti bitəndən sonra belə cihaz flora və faunaya ekoloji zərər vurmasın. Seriyanın istehsalında istifadə olunan materialların 20% okeandan tapılmış plastikdən hazırlanıb.
Bundan başqa okeandan tapılan plastikdən 2022-ci ildən başlayaraq ViewFinity monitorları və 2023-cü ildən SolarCell uzaqdan idarəetmə cihazlarında istifadə edilib. SolarCell-də 24% təkrar emal plastiki də mövcuddur. Eyni zamanda bu cihaz enerjisini batareyalardan deyil günəş və işığından toplayır.
İlin sonunadək Samsung 15 tona qədər balıq torunun dünya okeanına atılmasının qarşısını almağı özünə hədəf kimi təyin edib.
2018-ci ildən başlayaraq, Samsung qab dizaynında da plastikdən istifadəni və paketi təşkil edən elementlərin sayını azaldaraq, yüksək keyfiyyətli təkrar emal edilmiş kağız ilə çalışmağa başlayıb. Şirkətin məqsədi özünün ərsəyə gətirdiyi sellülozadan hazırlanmış kağız yaratmaq, həmçinin ekodizaynlarını tanıtmaqdır. Samsung-un təbiəti mühafizə strategiyasının əsas məqsədi planetin sərvətlərini nəzərə almaqla insanlar üçün sağlam və işıqlı gələcəyinə qurulması istiqamətində atılan qlobal təşəbbüslərə dəstək olmaqdır. Lakin şirkət planet qarşısında öhdəliyini təkcə yaşıllaşdırmaya dəstəkdə deyil, əksinə mövcud tullantının faydalı istifadəsi, təkrar emal və tullantısız istehsal yanaşmasındagörür.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttif
Politoloq Əli İsgəndərov iyunun 21-də 45 yaşında vəfat edib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul
Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundova hökm ox
Rusiyalı alimlər qan testi ilə beyin xərçəngini erkən mərhələdə müə
Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Az�
Son günlər "Telegram" vasitəsilə vətəndaşlara müxtəlif profil
Braziliyada 12 yaşlı qız elektrik cərəyanına qoşulu olan mobil telefonda
Polşa Prezidenti Andjey Duda Yaroslav Kaçinskini yenidən rəsmən Baş naziri
Əməkdar artist Mətanət İsgəndərli nəvəsi Tuncaya ad günü edib.
М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev ad
Dahi dramaturq Cəfər Cabbarlının nəvəsi Altay Abbasov vəfat edib.