Bu linklərə daxil olmayın Xəbərdarlıq
Digərləri 21 İyn 2023 17:12:00 296 0
Son günlər "Telegram" vasitəsilə vətəndaşlara müxtəlif profillər adından saxta keçidlər göndərilir.
Bu xəbəri də oxu: Ölkədə əyləncəli verilişlərin yayımı dayandırıldı
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Həmin keçidə daxil olduqdan sonra vətəndaşdan "Telegram"da qeydiyyatdan keçərkən istifadə etdiyi mobil nömrəsini daxil etməsi tələb olunur. Daha sonra vətəndaşa təsdiqləmə kodu göndərilir. Vətəndaş təsdiqləmə kodunu daxil etdikdən sonra onun "Telegram" hesabı və yazışmaları ələ keçirilir. Həmçinin ələ keçirilmiş hesabdan bot kimi istifadə edilərək həmin istifadəçi adından bu mesaj avtomatik olaraq onun "Telegram" istifadəçisi olan əlaqələrinə göndərilir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə mesajlara etimad etməməyə çağırır. Vətəndaşlara tövsiyə edilir ki, hər hansı qurum adından bu kimi mesajlar aldıqda, ilk növbədə, əlaqədar qurum vasitəsilə məlumatı dəqiqləşdirsinlər.
Həmçinin vətəndaşlara şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını daxil etməmək, onlara göndərilən təsdiqləmə kodunu qarşı tərəfə təqdim etməmək tövsiyə olunur.
Braziliyada 12 yaşlı qız elektrik cərəyanına qoşulu olan mobil telefonda
Polşa Prezidenti Andjey Duda Yaroslav Kaçinskini yenidən rəsmən Baş naziri
Əməkdar artist Mətanət İsgəndərli nəvəsi Tuncaya ad günü edib.
М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev ad
Dahi dramaturq Cəfər Cabbarlının nəvəsi Altay Abbasov vəfat edib.
Məşhur türkiyəli müğənni Gülbən Ərgən son açıqlaması ilə diqqət
Ermənilərin mina terroruna görə İrəvan məsuliyyətə cəlb edilməyincə
"Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə
Bakı Piano Festivalı Landmark Rotunda Roof Garten yay məkanında Tord Qustavs
Meyxanaçı Samirə Yusifqızı həmkarı Namiq Qaraçuxurlu ilə bağlı iddia