“Demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi pərdəsi altında hiyləgər və məkrli niyyətlər var”


Dünya 20 İyn 2023 16:36:00 337 0

“Demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi pərdəsi altında hiyləgər və məkrli niyyətlər var”

"Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarus "Şərq tərəfdaşlığı" proqramının təsiri altına düşən ölkələrdir. Təbii ki, uzun illər ərzində bu dövlətlərlə Avropa İttifaqı və Avropanın digər təşkilatları arasında münasibətlərin tənzimlənməsi ilə bağlı tədbirlər görülüb. Biz qrant layihələri ilə bağlı digər dövlətlərə münasibətdə bu prosesin şahidi olmuşuq".

Bu fikirləri musavat.com-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov deyib. O qeyd edib ki, demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi pərdəsi altında hiyləgər və məkrli niyyətlər var: "Həm ölkə daxilində, həm də ölkədən kənarda media sahəsində araşdırmaların həyata keçirilməsi məsələsinə baxdıqda məqsəd aydın olur. Bir ölkədə baş verən prosesləri daha yaxından, dəqiq və ətraflı araşdırmaq istəyirlərsə, ilk növbədə ölkə daxilində fəaliyyət göstərən jurnalistlərə müraciət olunmalıdır. Xarici ölkələrdə jurnalist, bloqer adı altında fəaliyyət göstərən amma fəaliyyətini yalnız Azərbaycanın dövlətinin maraqlarına zidd istiqamətdə yönəldən kifayət qədər insan var ki, onlar məhz bu qrant layihələrindən yararlanacaqlar. Düşünürəm ki, ciddi vəsait tələb edən bu layihələrdən gələcəkdə Azərbaycana qarşı istifadə edəcəklər".

Politoloq vurğuladı ki, bu layihə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesi ilə paralel icra olunur. Ekspertin sözlərinə görə, Azərbaycanın müəyyən məsələlərdə güzəştə getməsi üçün qrant layihələri daha geniş vüsət ala bilər: "Azərbaycana qarşı kifayət qədər əsassız ittihamlar səsləndirilir. Sülh sazişi imzalanana qədər Azərbaycana təsirlər olacaq. Bu təsirlərin öhdəsindən gəlmək üçün Azərbaycan mövqeyində zərrə qədər güzəştə getmək niyyətində deyil. Avropa İttifaqına (Aİ) gələndə isə Azərbaycanın bu təşkilatla münasibətləri kifayət qədər yüksək səviyyədədir. Azərbaycan bərabərhüquqlu əməkdaşlığa, tərəfdaşlığa üstünlük verir. Ölkəmiz Aİ-nin 27 ölkəsindən 9-u ilə tərəfdaşdır. Azərbaycan Rusiya-Ukrayna müharibəsinin fonunda Avropanın enerji təhlükəsizliyi ilə yaranmış çətinliklərin qarşısını alınması ilə bağlı ciddi rola malik olan dövlətlərdən biridir. Bu konteksdən yanaşdıqda düşünürəm ki, Azərbaycana münasibət tamamilə fərqli olmalıdır çünki bu gün Avropa üçün əslində insan hüquq və azadlıqlarından, demokratiyadan heç də az əhəmiyyət daşımayan enerji təhlükəsizliyinin təmin edilməsi prosesində bizim rolumuz böyükür. Avropaya ənənəvi enerji resurslarının, alternativ və bərpa olunan enerji resurslarının, yeni dövrün tələblərinə uyğun olaraq yaşıl enerjinin ixrac edilməsi istiqamətində müzakirələr gedir, sənədlər imzalanır. Bu amilləri nəzərə alsaq, həmin qrant layihələrinin elan edilməsi ilə bağlı prosesin Azərbaycanın gördüyü işlərlə müqayisədə nə dərəcədə cılız və az əhəmiyyətə malik olduğunun şahidi olarıq".

Qeyd edək ki, Avropa İttifaqı Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusda demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi pərdəsi altlnda yeni yüksək məbləğli qrant layihələri elan edib. Müxtəlif sahələr üzrə ictimai maraq kəsb edən məsələlərə dair jurnalist araşdırmalarının həyata keçirilməsi üçün 100 min avro məbləğinədək layihələrin maliyyələşdiriləcəyi bildirilib.

“Öpüşmürəm və eyni yatağa girmirəm”  Nəbahat Çehrə like
  • 20 İyn 16:26  
Şou-biznes “Öpüşmürəm və eyni yatağa girmirəm” Nəbahat Çehrə

Türkiyəli aktrisa Nəbahat Çehrə illər əvvəl rol aldığı "Aşk-ı

arrow Ətraflı
Sarkisyanın müavininə yeni cinayət işi açıldı like
  • 20 İyn 16:14  
Digərləri Sarkisyanın müavininə yeni cinayət işi açıldı

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini, sabiq təhsil və e

arrow Ətraflı
Bakıda şok olay: "Parkovşik" müştərinin BMWsini aşırdı  FOTO like
  • 20 İyn 16:12  
Digərləri Bakıda şok olay: "Parkovşik" müştərinin BMWsini aşırdı FOTO

Bakıda restoranların birinin "parkovşik"i müştərinin avtomobilin

arrow Ətraflı
Sarkisyan Bakının müharibəyə daha yaxşı hazırlaşmasına imkan verdi  Paşinyan like
  • 20 İyn 15:12  
Digərləri Sarkisyan Bakının müharibəyə daha yaxşı hazırlaşmasına imkan verdi Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın üçüncü prezidenti

arrow Ətraflı
"Bugün bakirəliyin yaşı 13ə düşüb, qız uşaqları..."  VİDEO like
  • 20 İyn 15:06  
Digərləri "Bugün bakirəliyin yaşı 13ə düşüb, qız uşaqları..." VİDEO

"Uşaq gəlinlərə qarşıyıq, amma həryer uşaq qadınlarla doludur, ba

arrow Ətraflı
Bu rayonlara su məhdudiyyətlərlə veriləcək like
  • 20 İyn 14:52  
Digərləri Bu rayonlara su məhdudiyyətlərlə veriləcək

Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayı

arrow Ətraflı
"Dinizmizdə buyrulub ki, imkanı olan qurban almalıdır" like
  • 20 İyn 14:44  
Digərləri "Dinizmizdə buyrulub ki, imkanı olan qurban almalıdır"

Qarşıdan Qurban bayramı gəlir. Ölkəmizdə Qurban bayramı iyunun 28, 29-u

arrow Ətraflı
Azərbaycanda bu şəxslər 8 min manat cərimələnəcək like
  • 20 İyn 14:31  
Digərləri Azərbaycanda bu şəxslər 8 min manat cərimələnəcək

Azərbaycanda dövlət qeydiyyatı ləğv edilən siyasi partiyalarla bağlı ye

arrow Ətraflı
Yanvarmay aylarında İzmirdəki Aliağa limanı 28 milyon tondan çox yük qəbul edib like
  • 20 İyn 14:24  
Digərləri Yanvarmay aylarında İzmirdəki Aliağa limanı 28 milyon tondan çox yük qəbul edib

2023-cü ilin yanvar-may aylarında Türkiyənin İzmir şəhərindəki Aliağa

arrow Ətraflı