"Dinizmizdə buyrulub ki, imkanı olan qurban almalıdır"
Digərləri 20 İyn 2023 14:44:00 352 0
Qarşıdan Qurban bayramı gəlir. Ölkəmizdə Qurban bayramı iyunun 28, 29-u qeyd ediləcək.
Bu xəbəri də oxu: Azərbaycanda hotel yandı FOTO
Trend-in əməkdaşı bununla əlaqədar olaraq bazarda qurbanlıq ətin qiymətləri ilə bağlı araşdırma aparıb. Bazarda qurbanlıq qoyunların qiymətləri müxtəlifdir. Qurbanlıq qoyunlar həm diri çəkidə, həm də təmiz ət çəkisi ilə təklif edilir.
Satıclar etiraf etdilər ki, ötən illə müqayisədə bu il qurbanlıq heyvanların qiymətində bahalaşma var. Heyvanların qiyməti çəkiyə görə dəyişir. Heyvanlar diri çəkidə bir kilosu 7-8 manata, kəsilib doğranaraq təhvil verildikdə isə 16-18 manata təklif edilir.
Qurbanlıq erkək danaların diri çəkidə bir kilosu 6,5 manat, kəsilib doğranaraq təhvil verildikdə isə 13-15 manat arası dəyişir.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev Trend-ə bildirib ki, qurban kəsənlər də, o ailələrə pay verməlidir ki, onlar çətinliklə yaşasın.
"Yoxsul, fəqirlərə pay verilməlidir. Qurban kəsən adam ətin 1/3 hissəsini ayırıb bir payı özünə saxlamalı, qalan hissəsini isə paylamalıdır. Vətəndaşlar qurbanlıq heyvan alarkən onun sağlam olmasına diqqət etməlidirlər. Qurbanlıq kəsmək əsasən Məkkədə Həcc ziyarətində olanlara vacibdir, digər şəhərələrdə və regionlarda olanlar üçün isə qurban kəsmək savab əməl və gözəl bir işdir."
Hacı Fuad Nurullayev bildirib ki, qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək də doğru deyil.
"Qurban bayramında bazarlarda süni qiymət qaldıranlara da rast gəlinir. Bir adam mal satırsa, tövsiyə olunur ki, həmin ərəfədə malı bahalaşdırmasın. Savab qazanmaq istəyirlərsə, ədalətlə bu işə yanaşsın. Qurbanlıq alan da, heyvan 5-10 manat baha olsa, danışmamalıdır, xırdaçılıq etməməlidir. Çünki dinizmizdə də buyrulub ki, imkanı olan qurban almalıdır", - deyə o qeyd edib.
Azərbaycanda dövlət qeydiyyatı ləğv edilən siyasi partiyalarla bağlı ye
2023-cü ilin yanvar-may aylarında Türkiyənin İzmir şəhərindəki Aliağa
Ruslan Çoban oğlu Ağamirzəyev FHN Sənayedə İşlərin Təhlükəsiz Görü
Azərbaycana şəxsi istifadə üçün dərmanın gətirilməsi ilə bağlı yen
Vladimir Putinin getməsi ilə Rusiyanın harasa yox olacağını düşünənlə
Dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə S�
İyunun 19-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın &
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Bodrumda istirah
Avropanın nüfuzlu nəşrlərindən olan "Eureporter" Qarabağdakı s
Şəhərlərarası sərnişinlərin daşınması üçün ən uyğun kompleks hes
Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Avropa Şur
İyulun 3-dən 7-dək Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri keçiriləcək
Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi vəzifəsindən aza