Mixail Qusman: Türkiyə Ərdoğan kimi dahi lideri olduğu üçün xoşbəxt ölkədir FOTO VİDEO


Dünya 20 İyn 2023 07:07:00 292 0

Mixail Qusman: Türkiyə Ərdoğan kimi dahi lideri olduğu üçün xoşbəxt ölkədir  FOTO  VİDEO

TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında çəkdiyi filmin Moskvada təqdimat mərasimi keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təqdimatı Türkiyənin Moskvadakı səfirliyində keçirilən film "Hakimiyyət formulu" adlı silsilə televiziya verilişləri çərçivəsində çəkilib.

Tədbirdə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko, Azərbaycanın səfiri Polad Bülbüloğlu, bir sıra ölkələrin səfirləri iştirak ediblər.

Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar qeyd edib ki, Mixail Qusman "Hakimiyyət formulu" adlı verilişlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bir neçə dəfə görüşüb. "Sənədli film Prezident Ərdoğanın müstəsna siyasi karyerasını, onun müdrik liderliyini oxuculara çatdırır. Prezident Rəcəb Tayyib Ərdoğanın uzaqgörən rəhbərliyi ilə biz Türkiyə Yüzilliyinə daxil oluruq. Bu yeni dövrdə qarşıya qoyulmuş məqsədlər arasında regionda və bütün dünyada sülhün bərqərar olunmasına səy göstərmək də yer alıb", - deyə səfir bildirib.

Diplomat vurğulayıb ki, Türkiyə Rusiya ilə bütün sahələrdə münasibətləri möhkəmləndirməkdə qərarlıdır. O, həmçinin Rəcəb Tayyib Ərdoğanın "Daha ədalətli dünya mümkündür" kitabını təqdim edib.

Mixail Qusman Prezident Rəcəb Tayyib Ərdoğan ilə ilk dəfə onun hələ Baş nazir olduğu dövrdə görüşdüyünü xatırlayaraq deyib: "Bundan sonra biz onunla dörd dəfə təkcə müsahibə səbəbi ilə və bir neçə dəfə müsahibədənkənar görüşmüşük. Onun heyrətamiz, təsiredici siyasi karyerasını müşahidə etmək imkanına malik olduğum üçün deməliyəm ki, mənim fikrimcə, Türkiyə belə bir dahi lideri olduğu üçün xoşbəxt ölkədir".

M.Qusman "Hakimiyyət formulu" verilişlərinin artıq 22 ildən çoxdur efirdə olduğunu, onun qəhrəmanlarının sayının 400-ü ötdüyünü vurğulayıb. "Prezident Ərdoğan dörd dəfə söhbət etmək şərəfinə nail olduğumuz yeganə insandır. Veriliş 24 dəqiqə davam edir, lakin Prezident Ərdoğanın heyran doğuran siyasi tərcümeyi-halı çoxseriyalı filmə layiqdir", - deyə M.Qusman bildirib.

Az qala diridiri basdırılan qadın öldü like
  • 20 İyn 07:00  
Dünya Az qala diridiri basdırılan qadın öldü

Ekvadorda dəfn mərasiminə hazırlaşarkən sağ olduğu üzə çıxan 76 yaş

arrow Ətraflı
Toyunda tverk edən gəlinin VİDEOsu izlənmə rekordu qırır like
  • 20 İyn 05:05  
Digərləri Toyunda tverk edən gəlinin VİDEOsu izlənmə rekordu qırır

Toyda çəkilən kadrlar birmənalı qarşılanmayıb.

arrow Ətraflı
Dünyanın ən simic insanı: Pul xərcləmədən yaşayır  FOTO like
  • 20 İyn 04:04  
Digərləri Dünyanın ən simic insanı: Pul xərcləmədən yaşayır FOTO

Keyt Nyu Yorkda yaşayan mühasibdir və pul xərcləməyi sevmir. Onun aylıq x

arrow Ətraflı
Avropada iqlim istiləşməsinin sürəti qlobal orta göstəricini iki dəfə keçib like
  • 20 İyn 00:14  
Digərləri Avropada iqlim istiləşməsinin sürəti qlobal orta göstəricini iki dəfə keçib

1980-ci illərdən bəri Avropada iqlim istiləşməsinin sürəti qlobal orta g

arrow Ətraflı
Günün qoroskopu: Təlaşa qapılmayın like
  • 20 İyn 00:01  
Digərləri Günün qoroskopu: Təlaşa qapılmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Bu meyvə ürək xəstəliyi riskini azaldır like
  • 19 İyn 23:54  
Digərləri Bu meyvə ürək xəstəliyi riskini azaldır

Alimlər ürək xəstəliyi riskini azaldan meyvəni açıqlayıb.

arrow Ətraflı
Azərbaycanda ŞOK OLAY: Övladını dayəyə verib gedən ana 11 il sonra tapıldı  VİDEO like
  • 19 İyn 23:48  
Digərləri Azərbaycanda ŞOK OLAY: Övladını dayəyə verib gedən ana 11 il sonra tapıldı VİDEO

11 il əvvəl Ayşən yenicə dünyaya gətirdiyi qız övladını kafedə bir y

arrow Ətraflı
Hacıqabulda 60 yaşlı kişi ürəyindən bıçaqlandı like
  • 19 İyn 23:41  
Digərləri Hacıqabulda 60 yaşlı kişi ürəyindən bıçaqlandı

Münaqişə zəminində Hacıqabul sakini bıçaqlanıb

arrow Ətraflı
Toydan 6 ay sonra övladları oldu  FOTO like
  • 19 İyn 23:36  
Digərləri Toydan 6 ay sonra övladları oldu FOTO

54 yaşlı müğənni Mark Entoni ilə həyat yoldaşı, 23 yaşlı "Miss P

arrow Ətraflı
"Özünə hörmət edən normal aparıcı onu verilişinə çağırmasın"  Aparıcıdan sərt sözlər  VİDEO like
  • 19 İyn 23:28  
Şou-biznes "Özünə hörmət edən normal aparıcı onu verilişinə çağırmasın" Aparıcıdan sərt sözlər VİDEO

Tanınmış aparıcı Amil Xəlil canlı efir zamanı həmkarlarına çağırı�

arrow Ətraflı