“Güzəştli mənzil” sistemi vasitəsilə jurnalistlərin müraciətlərinin qəbuluna başlandı
Digərləri 19 İyn 2023 14:44:00 326 0
Azərbaycan Respublikası Prezidentinin 08.02.2022 tarixli 1591 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib.
Bu xəbəri də oxu: Bakıda Ukrayna vətəndaşının meyiti tapıldı
MİDA-dan verilən məlumata görə, müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan "ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər" və yaşından və ailə vəziyyətindən asılı olmayaraq "ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər" də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilmişdir.
Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən "Güzəştli mənzil" elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara uyğun olan jurnalistlər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir. Sənədlərin siyahısı ilə www.mida.gov.az internet səhifəsində yerləşən "Güzəştli mənzili kim ala bilər" bölməsində tanış olmaq mümkündür.
Həmin şəxslər 19.06.2023-cü il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək "Elektron hökumət" portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil" sistemi vasitəsilə müraciət edə bilərlər.
Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, "Güzəştli mənzil" elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1 saylı "ASAN Kommunal" mərkəzi, 3 və 5 saylı Bakı "ASAN xidmət" mərkəzlərində, habelə 1 saylı Sumqayıt və 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzlərində "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan "108 Çağrı" mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.
Daha bir hindistanlı bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb.
44 günlük Vətən müharibəsindəki qələbə ərəb dünyasında Azərbaycan
İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin böl
Bu gün mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ad günüdür.
Bakıda tikinti şirkətləri şirnikləndirici reklamları ilə insanları alda
2023-cü ilin yanvar-may aylarında Əlcəzairdən Türkiyə limanlarına 3 mily
Azərbaycanda şəkər tozunun qiymətinin bahalaşması barədə məlumatlar ya
Sabirabadın rüşvət almaqda ittiham olunan sabiq baş memarı Müşfiq Qası
Azərbaycanda uşaq bağçalarından birində azyaşlıya qarşı kobud rəftar
Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən
Ağdamın Sarıcalı kəndi ərazisində Ağdam avtomobil yolunun kənarında in
İyunun 18-də Heydər Əliyev Sarayında Heydər Əliyev Fondu və Mədəniyyə
2020-ci ildə Azərbaycan, Rusiya, Ermənistan arasında üçtərəfli bəyanat�
Ukrayna ordusu cənub istiqamətində rusların səngərlərinə daxil olaraq 10