Ərəb dünyasında Azərbaycana maraq ciddi şəkildə artıb
Digərləri 19 İyn 2023 14:25:00 401 0
44 günlük Vətən müharibəsindəki qələbə ərəb dünyasında Azərbaycana olan marağı ciddi şəkildə artırıb.
Bu xəbəri də oxu: Xəsarət alanlar Azərbaycana gətirilə bilər? AÇIQLAMA
Bunu TurkicWorld-a livanlı hüquq müdafiəçisi, xarici siyasət və beynəlxalq hüquq üzrə ekspert Tarik Şandib deyib.
O qeyd edib ki, Azərbaycanın öz əzəli torpaqlarını Ermənistanın işğalından azad etməsi və bu şanlı zəfər onun ərəb dünyasında gündəmə gəlməsində böyük rol oynayıb.
"44 günlük Vətən müharibəsindən sonra, ümumilikdə, ərəb dünyasında Azərbaycan haqqında yeni və daha fərqli fikir formalaşdı. Qarabağda zəfər Azərbaycan xalqını sevindirdiyi kimi, bu ölkəni İslam dünyasının bir parçası hesab edən ərəbləri də sevindirdi" - deyə o bildirib.
O hesab edir ki, ərəblər Azərbaycanın tarixi adət-ənənələri, mədəniyyəti haqqında daha geniş və dərin bilgiyə sahib olmaq istəyirlər.
T.Şandib onu da vuğulayıb ki, Azərbaycanın Türkiyənin qardaşı, siyasi və hərbi müttəfiqi olması faktı da ərəb dünyasında rəğbətlə qarşılanır.
"Azərbaycanın ərəb ölkələri ilə də əlaqələrini inkişaf etdirməsi olduqca mühümdür"- deyə o əlavə edib.
Livanlı hüquq müdafiəçisi onu da qeyd edib ki, Azərbaycan İslam dünyasına ciddi töhfə verən dərin dövlətçilik ənənələrinə sahib dövlətdir.
"Ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi, heç şübhəsiz, hər kəsin maraqlarına xidmət edir" - deyə o vurğulayıb.
İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin böl
Bu gün mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ad günüdür.
Bakıda tikinti şirkətləri şirnikləndirici reklamları ilə insanları alda
2023-cü ilin yanvar-may aylarında Əlcəzairdən Türkiyə limanlarına 3 mily
Azərbaycanda şəkər tozunun qiymətinin bahalaşması barədə məlumatlar ya
Sabirabadın rüşvət almaqda ittiham olunan sabiq baş memarı Müşfiq Qası
Azərbaycanda uşaq bağçalarından birində azyaşlıya qarşı kobud rəftar
Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən
Ağdamın Sarıcalı kəndi ərazisində Ağdam avtomobil yolunun kənarında in
İyunun 18-də Heydər Əliyev Sarayında Heydər Əliyev Fondu və Mədəniyyə
2020-ci ildə Azərbaycan, Rusiya, Ermənistan arasında üçtərəfli bəyanat�
Ukrayna ordusu cənub istiqamətində rusların səngərlərinə daxil olaraq 10
"Bu gün sənin işlətdiyin telefona saatlarla baxmışam, sonra öz telef
Bakıda pedofil uşağı qorxudub.