Azərbaycanda şəkər tozu bahalaşıb?
Digərləri 19 İyn 2023 13:41:00 370 0
Azərbaycanda şəkər tozunun qiymətinin bahalaşması barədə məlumatlar yayılıb.
Bu xəbəri də oxu: Qazaxıstan FHN qəza ilə bağlı qaynar xətlər açdı
Satıcılar Trend-in əməkdaşına bildiriblər ki, şəkərə tələbatın artması mövsüm ilə əlaqəlidir. Qış fəslinə hazırlıq görmək üçün insanlar kompot, mürəbbə bişirmək üçün şəkəri kisə ilə alır. Bu da qiymətə təsir edir. Artıq 15 gündür ki, qiymətlər bir kiloqrama 10 qəpik artıb. Belə ki, bir neçə gün əvvəl kiloqramı 1,60 manata olan şəkər tozu hazırda 1,70 manata satılır.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, şəkər tozunun qıtlığı müvsümü amillərlə bağlıdır.
"Hazırda meyvənin bol vaxtıdır. Sahibkarlıq subyektləri və insanlarımız qışa hazırlıq məqsədilə kompotlar, mürəbbələr və digər şirniyyat vasitələri hazırlayırlar. Bu da şəkər tozuna tələbatı artırır. Marketlərdə şəkər tozunun qıtlığı yaşanır"
Ekspert bildirib ki, bu ilin beş ayında ölkəmiz şəkər tozunun ixracatında artırıb.
"Bu da onu deməyə əsas verir ki, ölkəmizdə şəkər tozunun təminatında problem yoxdur. Ümumi götürsək dünyada şəkər tozunun qiymətində bahalaşma müşahidə olunur. Belə ki, şəkər qamışı və tozunun böyük istehsalçıları olan Hindistan, Misir ixraca müəyyən məhdudiyyətlər tətbiq ediblər. Bunun əksinə olaraq böyük şəkər tozu ixracatçısı Braziliya ixracatı artırıb. Yaxın aylarda şəkər tozunun qiymətinin stabilləşməsinin şahidi olacayıq", - deyə o qeyd edib.
Sabirabadın rüşvət almaqda ittiham olunan sabiq baş memarı Müşfiq Qası
Azərbaycanda uşaq bağçalarından birində azyaşlıya qarşı kobud rəftar
Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən
Ağdamın Sarıcalı kəndi ərazisində Ağdam avtomobil yolunun kənarında in
İyunun 18-də Heydər Əliyev Sarayında Heydər Əliyev Fondu və Mədəniyyə
2020-ci ildə Azərbaycan, Rusiya, Ermənistan arasında üçtərəfli bəyanat�
Ukrayna ordusu cənub istiqamətində rusların səngərlərinə daxil olaraq 10
"Bu gün sənin işlətdiyin telefona saatlarla baxmışam, sonra öz telef
Bakıda pedofil uşağı qorxudub.
"Avtomobil nəqliyyatı haqqında" qanuna və digər qanunlara sərni�
2023-cü ilin hazırlıq planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlar
Ağdamın işğaldan azad olunan ərazisində kütləvi məzarlıq aşkarlanıb.
Əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev Trend-ə müsahibəsi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
"Sahibkarların müraciəti Fövqəladə Hallar Nazirliyinin müvafiq regio