Laçında vurulan əsgərimizi snayper Artura kim nişan verib? DETALLAR


Siyasət 16 İyn 2023 01:30:00 196 0

Laçında vurulan əsgərimizi snayper Artura kim nişan verib?  DETALLAR

Ermənistan açıqladı: bu gün, 15 iyunda Gorusun Dığ kəndi istiqamətində Azərbaycan ordusunun cavab atəşi nəticəsində hospitallıq olan snayper Masisdən (tarixi Zəngibasar rayonu-E.P.) olan 2002-ci il təvəllüdlü Artur Azroyandır. Digər bölgələrdə gün ərzində artilleriya döyüşü davam etdi. Vəziyyətin sonrakı gedişatı barədə konkret proqnoz vermək çox çətindir, vəziyyət nəzarətdən çıxa, 44 günlük müharibədən də dəhşətli hadisələr baş verə bilər...

Son.az musavat.com-a istinadən xəbər verir ki, əslində belə bir durumda gərginliyi tətikləmək Ermənistanın zərərinədir, bu, birmənalıdır. Çünki Laçın yolunda normal şəkildə gediş-gəliş təmin olunurdu, kimsə narazı deyildi, artıq ermənilər də qəbul edirdilər ki, Azərbaycan qanunlarının alternativi yoxdur, üstəlik, Arayik Arutyunyan da son günlər taleyi ilə barışmış görkəmindəydi. Elə isə hərbçimizə güllə açan erməni caninin qulağına "atəş aç" əmrini kim pıçıldamışdı, bu, çox maraqlıdır? Adətən, nəzərlər Rusiyaya yönəlir. Sözsüz, bu dəfə də istisna deyil. Rus hərbçilərin Qarabağdakı erməni quldurlarının karvanlarına sarvanlıq etməsi adi hal alıb. Amma bugünkü gərginlikdən sonra bağlanan Laçın yolu boyunca rus hərbçilərinin maşın karvanı düzülüb. Bu sonluq rusların nəyinə lazım idi?

Bir neçə gün əvvəl ABŞ-ın İrəvandakı səfiri Kristina Kvien Dığ kəndinə gəlmişdi. Binoklla biz tərəfə baxıb, geri qayıdandan sonra "mən özüm də gördüm ki, sərhəddə vəziyyət gərgindir"-yazdı diplomat. O vaxt elə bir gərginlik yox idi, əsl gərginlik bu gün oldu, Laçından Zəngilanadək döyüşlər getdi. Amerikalı səfirin "ayağının ağır olması" ilə bağlı deyil təbii ki...ABŞ və Rusiyanın bölgə uğrunda savaşının məntiqi nəticəsidir. ABŞ öz vətəndaşlarına çağırış etməmişdimi, o tərəflərə getməyin və sair? Hardan bilirdilər Azərbaycan əsgərinə atəş açılacağını?

ABŞ-ın "Qarabağda antiterror əməliyyatı başlaya bilər" mövqeyinə Kremldən dərhal kəskin reaksiya verməsi də durumun aydın ifadəsidir. Sərhədlərin dəqiqləşməsi istiqamətində prosesin guya aparıldığı, danışıqların getdiyi bir dönəmdə şərti sərhəddə bayrağımızı asan hərbçimizə açılan atəş bütün prosesə son qoyulması və dəhşətli savaşın başlanılmasını tətikləyən ssenarinin tərkib hissəsidir.

Azərbaycan dövləti Tehrandakı səfirliyimizdə terror aktı törədənlərin cəzalandırılmasını tələb edir və diplomatik nümayəndəliyimizin yalnız ondan sonra fəaliyyətini bərpa edəcəyi İran rəhbərliyinin nəzərinə çatdırılıb. 15 iyunda Laçın istiqamətində ermənilərin törətdiyi terror aktına cavab olaraq sərhəd nəzarət məntəqəsində giriş-çıxış bağlanıb. Tamamilə düzgün addımdır. Bu qədər humanist davranışın - Azərbaycanın yalnız Ermənistanla quru sərhəddinin açıq olması unudulmamalıdır - qarşılığında qarşı tərəf növbəti dəfə alçaq yola əl atdı. Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi qaldırılıb, istintaq gedir. Hərbçimizin qanının töküldüyü ərazidən çəkilmiş kadrlara baxdım. Qeyri-döyüş ünvanı və vəziyyətində törədilib bu, ağır cinayət. Sözsüz ki, bədəli ağır olmalıdır, olacaq da! Özü də bu terror aktı Laçın şəhər sakinlərinin növbəti hissəsinin öz yurduna qayıtmasından bir gün sonra baş verib.

15 iyunda açılan atəş Laçına Böyük Qayıdışımıza da atılmış güllədir. Biz ermənilərin dinc keçidinə 3-cü ildir göz yumuruq, onlar isə... Hansı ölkə sərhədçisinə atəş açan qarşı tərəfə gül-çiçək yollayır, yaxud sərhəd qapısını açıb, "gəl, kef elə" deyir? Əgər ABŞ və ya Fransadan "Laçın yolunu aç" çağırış gəlsə, demək budəfəki qanı salan təkcə Rusiya deyil, həm də onlardır...Fransa Ermənistana silah və hərbi texnikanı Hindistanın əli, İranın yolu ilə göndərirsə, ABŞ bu faktı ittiham etmirsə, mənzərə aydındır...Və Şuşa Bəyannaməsinin ildönümü günündə törədildi bu terror aktı.

Zəngilan istiqamətində düşmənin ağır artilleriyanı da işə salmasından belə məlum olur ki, Azərbaycan 1920-ci ilin dekabrındakı ədalətsiz qərarı da təkbaşına icra etməli olacaq. Diqqət edin, bölgəyə soxulmaq üçün fürsət gəzən ölkələrdən biri Arazdəyəndə - Horazidə qədər uzanacaq dəmiryolunun üstündə zavod tikir, başqası Qafanda rus dilinin öyrədilməsi üçün "kurslar" açır, başqa biri "azad iqtisadi zona" yaradır...Məram-məqsədləri yolumuzu kəsməkdir! Düzülüblər Zəngəzur dəhlizinin üstündə. Hələ biri də var, dəmiryoluna nəzarət iştahına düşüb...

Bütün pislikləri yenəcəyik, inşallah! Qərbi Azərbaycana qayıdışımız ilahi ədalətin bərpası olacaq! Sonuncu azərbaycanlının tərk etdiyi Nüvədidən başlayacağıq, Allahın köməkliyi, Ordumuzun əzmi ilə! Proseslər göstərir ki, Azərbaycan ordusu təhlükəsiz zona, bufer məkan yaratmalı olacaq bu gedişlə, əks təqdirdə "maşa" rolunu oynayanların təxribatlarından sığortalanmaq çətin olacaq. Qardaş Türkiyə nümunəsi var: terrorçuların nəslini Şimali İraqda və Suriyada kəsir!

Sualı özünü və Xanım İsmayılqızını kövrəltdi  VİDEO like
  • 16 İyn 01:01  
Şou-biznes Sualı özünü və Xanım İsmayılqızını kövrəltdi VİDEO

Tanınmış bəstəkar Xanım İsmayılqızı Əməkdar artist Dilarə Əliyevan

arrow Ətraflı
Mustafa Sandalın həyat yoldaşı qəzaya düşdü  FOTO like
  • 16 İyn 00:50  
Şou-biznes Mustafa Sandalın həyat yoldaşı qəzaya düşdü FOTO

Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sandalın başı

arrow Ətraflı
Zərdabda 12 yaşlı uşaq su kanalında batdı like
  • 16 İyn 00:41  
Digərləri Zərdabda 12 yaşlı uşaq su kanalında batdı

Zərdab rayonunda 12 yaşlı uşaq su kanalında batıb.

arrow Ətraflı
Tünzalədən kürək dekoltesi  VİDEO like
  • 16 İyn 00:26  
Şou-biznes Tünzalədən kürək dekoltesi VİDEO

Xalq artisti Tünzalə Ağayeva yenidən libası ilə gündəmə gəlib.

arrow Ətraflı
ABŞın dövlət qurumları kiberhücuma məruz qaldı like
  • 16 İyn 00:18  
Digərləri ABŞın dövlət qurumları kiberhücuma məruz qaldı

ABŞ-ın bir neçə federal hökumət qurumu haker hücumuna məruz qalıb.

arrow Ətraflı
Günün qoroskopu: Vurnuxmayın, tələsməyin like
  • 16 İyn 00:01  
Digərləri Günün qoroskopu: Vurnuxmayın, tələsməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Paşinyan Ermənstanın gerbini tənqid etdi like
  • 15 İyn 23:54  
Dünya Paşinyan Ermənstanın gerbini tənqid etdi

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2022-ci il dövlət büd

arrow Ətraflı
Məşhur rok qrupunun üzvü vəfat etdi like
  • 15 İyn 23:46  
Şou-biznes Məşhur rok qrupunun üzvü vəfat etdi

Amerikanın "Urge Overkill" rok qrupunun üzvü Bleki Onassis vəfat

arrow Ətraflı
Piyada keçidində gənc qızın RƏQS GÖRÜNTÜLƏRİ GÜNDƏM OLDU  VİDEO like
  • 15 İyn 23:38  
Digərləri Piyada keçidində gənc qızın RƏQS GÖRÜNTÜLƏRİ GÜNDƏM OLDU VİDEO

Antalyada svetoforun qırmızı işığı yandığından avtomobillər dayanıb.

arrow Ətraflı
Neftçalada yol qəzasında yaralanan motosikletçi xəstəxanada öldü like
  • 15 İyn 23:30  
Digərləri Neftçalada yol qəzasında yaralanan motosikletçi xəstəxanada öldü

Neftçala rayonunda yol qəzasında xəsarət alan motosikletçi xəstəxanada �

arrow Ətraflı
Pis vərdişlərindən bu yolla xilas oldu like
  • 15 İyn 23:26  
Şou-biznes Pis vərdişlərindən bu yolla xilas oldu

Dünyaca məşhur model-aktrisa Kara Delevin gənclərin psixi sağlamlığı ü

arrow Ətraflı
Dağ keçilərini ovlayan vaşaqın görüntüləri  VİDEO like
  • 15 İyn 23:24  
Digərləri Dağ keçilərini ovlayan vaşaqın görüntüləri VİDEO

Türkiyədə dağ keçilərini ovlayan vaşaqın görüntüləri qeydə alınıb

arrow Ətraflı
Gürcüstanın bu bölgəsində fövqəladə vəziyyət yarandı  FOTO like
  • 15 İyn 23:15  
Digərləri Gürcüstanın bu bölgəsində fövqəladə vəziyyət yarandı FOTO

Gürcüstanın Kaxeti bölgəsinin Qurciaani bələdiyyəsinin bir neçə kəndi

arrow Ətraflı
Safurə övladlarının məktəbindəki karnavalda  FOTO like
  • 15 İyn 23:12  
Şou-biznes Safurə övladlarının məktəbindəki karnavalda FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial şəb

arrow Ətraflı
İran kamikadze pilotsuz təyyarəni sınaqdan keçirdi like
  • 15 İyn 23:00  
Dünya İran kamikadze pilotsuz təyyarəni sınaqdan keçirdi

İran Körfəzdə kamikadze pilotsuz təyyarəni sınaqdan keçirib.

arrow Ətraflı