Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları arasında üçtərəfli görüş keçirilib FOTO
Siyasət 15 İyn 2023 20:20:00 261 0
Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
Bu xəbəri də oxu: Gürcüstan Qərbə boyun əymədi: Bundan sonra necə olacaq?
Son.az AZƏRTAC-a istinadən bildirir ki, nümayəndə heyəti Qoroxovaya küçəsi, 6 ünvanında, Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Ali Məktəbinin binası qarşısında Ümummilli Liderin barelyefini ziyarət edib, dahi rəhbərin əziz xatirəsini anıblar.
İyunun 15-də Baş prokuror Kamran Əliyev ilə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı Kamran Əliyev rusiyalı həmkarına səfərə dəvətə görə təşəkkürünü bildirib. Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın sürətli inkişafı barədə məlumat verib.
Rusiyanın Baş prokuroru bu ilin sentyabr ayında Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasına dəvətə görə təşəkkürünü bildirərək, tədbirin yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilməklə, gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Baş prokurorlar Azərbaycan Respublikasının Baş Prokurorluğu və Rusiya Federasiyasının Baş Prokurorluğu arasında 2024-2025-ci illəri əhatə edən Əməkdaşlıq Proqramını imzalayıblar.
Həmçinin bu gün Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları arasında 2021-ci ildən etibarən sayca 5-ci üçtərəfli görüş keçirilib.
Rusiyanın Baş prokuroru İqor Krasnov həmkarlarına Azərbaycan və erməni xalqlarının ümumi rifahı naminə regionda sülh və sabitliyə nail olmağa yönəlmiş konstruktiv qarşılıqlı əməkdaşlıq və səylərinə görə təşəkkür edib.
Bundan başqa, üçtərəfli formatın səmərəliliyi qeyd edilməklə regionda qanunun aliliyinin və hüquq qaydasının möhkəmləndirilməsi məqsədilə tərəflərin gördüyü işlər müsbət dəyərləndirilib.
Kamran Əliyev Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata tam şəkildə riayət olunduğunu bildirərək, mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının, eyni zamanda ətraf mühitin qorunmasında əhəmiyyətini diqqətə çatdırmaqla, bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd edib.
Baş prokuror bu ilin aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki əsgərimizin əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistanın hərbçiləri tərəfindən əsir götürüldüyünü, onlara qarşı saxta sübutlarla cinayət təqibi aparıldığını bildirib. Habelə iyunun 15-də Ermənistan silahlı qüvvələri tərəfindən terror-təxribat-provokasiya əməllərinin növbəti dəfə davam etdirilməklə müxtəlif çaplı odlu silahlardan ölkəmizin suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən "Laçın" Sərhəd Nəzarəti Məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən DSX-nın hərbi qulluqçularına atəşlərin açıldığı, nəticədə 1 nəfər hərbi qulluqçumuzun yaralandığı diqqətə çatdırılıb. Bu kimi təxribat xarakterli addımların bölgədə sülhün bərqərar olunmasına maneə olduğu bildirilib.
Görüşdə tərəflər Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələlərini müzakirə etməklə, gələcəkdə gərginliyə səbəb ola biləcək halların qarşısının alınması üçün preventiv tədbirlərin gücləndirilməsi ilə bağlı əldə olunan razılaşmanı bir daha dəstəkləyiblər.
"Atv" kanalında yayımlanan "Ateş kuşları" serialına ye
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
Sərnişinlərlə dolu təyyarənin uçuş zamanı qapısı açılıb. Bununla
Telefon sahibləri çox vaxt müəyyən mesajlar alırlar. Bunların hamısı ta
Xəbər verildiyi ki, iyunun 15-i saat 08 radələrində Ermənistan Respublikas
Dünən məzun olanlar arasında tanınmış aparıcı Aytən Səfərovanın da
Moskvada kişi ilə mübahisə edən qız intihar edib.
Türkiyənin məşhur müğənnisi Atilla Taşın növbəti məhkəməsi baş tu
Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatları çərçivəsində 100
İnstaqrama daha iki yeni özəllik gəlir.
Ermənistan tərəfinin bu gün "Laçın" sərhəd-buraxılış mənt�
"Üç il olar Natavanla əlaqəmiz yoxdur. Nömrəsi belə yoxumdur. 10 ild
Nelson Mandela Universitetinin alimləri Cənubi Afrika Respublikasında 153 mi
Tokioda "Harri Potter" filmlərindən ilhamlanan əyləncə parkı aç
Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəl