Azərbaycan ilk dəfə olaraq bu görüşdə təmsil edildi
Siyasət 05 İyn 2023 23:28:00 263 0
İyunun 5-də NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında Alyansın ən yüksək hərbi strukturu olan Hərbi Komitə çərçivəsində ilk dəfə enerji təhlükəsizliyi üzrə tərəfdaşlarla birgə genişləndirilmiş formatda görüş keçirilib.
Bu xəbəri də oxu: Volodimir Zelenski İlham Əliyevə başsağlığı verib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, iclasda Azərbaycanı təmsil edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Esmira Cəfərova ölkəmizin uğurlu enerji siyasəti, habelə qlobal və regional müstəvidə enerji təhlükəsizliyinə töhfələri barədə təqdimatla çıxış edib. Azərbaycan təmsilçisi NATO mənzil-qərargahına səfəri çərçivəsində, həmçinin NATO Beynəlxalq Katibliyinin İqlim və enerji təhlükəsizliyi bölməsi və NATO-nun Vilnüsdə yerləşən Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib.
Müzakirələr zamanı E.Cəfərova Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən enerji strategiyası, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rol, ölkəmizin bərpaolunan enerji mənbələri kontekstində təqdim edə biləcəyi imkanlar və perspektiv layihələr barədə müttəfiq və tərəfdaş dövlətlərə məlumat verib.
NATO-ya üzv dövlətlərin nümayəndələri Azərbaycanın Alyansın etibarlı və vacib tərəfdaşı olduğunu vurğulayıblar. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı müsbət rol yüksək dəyərləndirilib, görülmüş işlər və gələcək layihələrin əhəmiyyəti qeyd edilib.
Türkiyə Quru Qoşunlarının komandanı general Musa Avsevər Silahlı Qüvvə
Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəz
Türkiyə yolunda durmadan hərəkət edəcəyik.
"Dəfələrlə istəmişəm bu sənətdən uzaqlaşım. Haqsızlıqlar olub
COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində ol
Türkiyəli müğənni Sinan Özən 3 yaşındakı qızı Nevanın yeddinci əm�
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının mən
Türkiyə prezidentinin sabiq sözçüsü İbrahim Kalın Milli Kəşfiyyat Tə�
Azərbaycanda avtomobillər utilizasiyaya verilməzdən əvvəl dövlət qeydiyy
Məşhur aktrisa Şeron Stoun iflic keçirdikdən sonra Hollivuddakı karyerası
Ukrayna hərbçiləri Baxmut istiqamətində müxtəlif mövqelərdə irəliləy
Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də Soçiyə üç günlük i
Bu il Həcc ziyarətində 2,6 milyon zəvvarın iştirak edəcəyi gözlənilir.
Suraxanı rayonu, Zığ yolunun kənarında yerləşən qum bazarı ətrafda ya�