Əlilliyi olan şəxsin pulu niyə kəsilib? VİDEO
Digərləri 05 İyn 2023 19:00:00 253 0
Müddətsiz əlillik alan şəxsin təqaüdünü kəsiblər.
Bu xəbəri də oxu: Təyyarə qəzasında həyatını itirən qusarlı gənc dəfn olunub
Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, paytaxda yaşayan Biləsuvar rayon sakini 49 yaşlı Vahid Cəfərov deyir ki, 1993-94-cü illərdə Kəlbəcər uğurunda gedən döyüşlərdə ayağından yaralanıb. Elə həmin il də Gəncə şəhərində onun sağ ayağının barmaqlari amputasiya edilib.
Vahid Cəfərov deyir ki, ona 1995-ci ildə 2-ci dərəcəli, 2005-ci ildən isə müddətsiz əlillik dərəcəsi təyin edilib. Buna görə də o ötən ilin oktyabr ayına qədər əlilliyə görə pensiya alıb.
Vahid Cəfərovun sözlərinə görə, vətənin müdafiəsi uğurunda döyüşlərdə iştirak etdiyi üçün 350 manat prezident təqaüdü, 302 manat isə pensiya alırmış. Lakin 8 aydır ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ona bildirilib ki, təkrar müayinədən keçməlidir. Bu səbəbdən də onun əlilliyi ləğv edilib.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirdi ki, vətəndaşın müraciəti araşdırılıb.
"Tibb müəssisəsi tərəfindən Cəfərov Vahid Fərman oğlunun əlilliyinin qiymətləndirilməsi məqsədilə yeni forma-88 sənədi rəsmiləşdirilib. Buna uyğun olaraq vətəndaş bu yaxınlarda Agentlikdə əyani müayinə edilib. Qanunvericiliyə uyğun olaraq şəxsin əlilliyin qiymətləndirilməsi ilə bağlı müvafiq qərar veriləcək'',-deyə Tural Qurbanov bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyya
Sahibsiz itlər Abşeron rayonu, Masazır qəsəbəsindəki "Məzun evi&quo
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında daşınmaz əmlakın
Prezident İlham Əliyev "Bəzi tikinti obyektlərinə tikintiyə icazə v�
Türkiyənin sosial media fenomeni, iş adamı Dilan Polat həyat yoldaşı Engi
Şuşada aşkarlanan insanın qol, ayaq, kəllə sümükləri və ovularaq artı
Türkiyə iqtisadiyyatı digər ölkələr kimi pandemiyanın müəyyən çətin
Prezident İlham Əliyev "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydal
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
5 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Parlamen
Müğənni Manaf Ağayevin həmkarı Tacir Şahmalıoğlunun oğlunun toyunda at
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıq
İyunun 9-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
Azərbaycanda 1981-ci il təvəllüdlü Sahil sevgi münasibətində olduğu tan