Mehmet Şimşək lirəni xilas edə biləcək?
Digərləri 05 İyn 2023 18:12:00 214 0
Türkiyə iqtisadiyyatı digər ölkələr kimi pandemiyanın müəyyən çətinliklərinə məruz qaldı. Sonra isə post-pandemiya dövründən təsirlənən bir çox ölkə kimi Türkiyəni də inflyasiya bürüdü.
Bu xəbəri də oxu: "Özünü qurban verdin, günahkarları tapdın" Kapitanın qızı
Bu sözləri axar.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Türkiyəyə yeni maliyyə naziri Mehmet Şimşəyin iqtisadiyyata hansı müsbət tendensiyaları gətirə biləcəyi haqda danışarkən deyib.
İqtisadçının sözlərinə görə, sözügedən dövr ərzində Türkiyədə inflyasiyanın qarşısını almaq istiqamətində heç bir institusional tədbirlər görülmədi:
"Üstəlik ÜDM-in 10%-nin formalaşdığı ərazilərdə dağıdıcı zəlzələlər baş verdi. Beləliklə, ölkə iqtisadiyyatı üst-üstə çox böyük çətinliklərlə üzləşdi. Bu gün yeni nazirin gəlməsiylə problemin aradan qalxacağını demək doğru olmaz. Burada institusional dəyərlərə riayət etməklə, adekvat alətlərdən istifadə etmək lazımdır. Bu gün o alətlərdən istifadə olunmazsa, yenə də iqtisadiyyatın inkişaf sisteminə zidd olan riskli prinsipal xarakterli addımlar atılmazsa, əlbəttə, qardaş Türkiyənin inflyasiyanın öhdəsindən gəlməsi asan olmaz.
Bir çox iqtisadçılar ölkədə ÜDM-in artacağı haqda yazırlar. Amma bu, iqtisadi inkişaf deyil. Sadəcə istehsal olunan əmtəənin həcmini göstərir. Bir sözlə, burada insan yox, sistem faktoru əsas rol oynayacaq".
Qeyd edək ki, iyunun 3-ü vəzifəyə təyin edilən Mehmet Şimşək maliyyə naziri olaraq ilk açıqlamasında inflyasiyayla rasional əsaslarla mübarizə aparılacağını deyib.
Ölkədə lirənin ucuzlaşması prosesi isə davam edir.
Prezident İlham Əliyev "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydal
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
5 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Parlamen
Müğənni Manaf Ağayevin həmkarı Tacir Şahmalıoğlunun oğlunun toyunda at
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıq
İyunun 9-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
Azərbaycanda 1981-ci il təvəllüdlü Sahil sevgi münasibətində olduğu tan
Nikol Paşinyanın oğlu Aşot Paşinyan oğurlanmasına cəhddən danışıb.
Xəbər verdiyimiz kimi, iyunun 3-də Mərdəkan qəsəbəsinsə 14 yaşlı Məh
YARAT Aida Mahmudovanın "Cənnət gözləyə bilər" adlı fərdi sə
"Fox" kanalında yayımlanan "Yasak Elma" serialı iyunun 5-
İranın xarici işlər nazirliyi iyunun 6-da İran İslam Respublikasının Ər
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdar