Rəsmi Bakıdan Armen Qriqoryanın iddialarına


Siyasət 05 İyn 2023 09:07:00 167 0

Rəsmi Bakıdan Armen Qriqoryanın iddialarına

4 iyun 2023-cü il tarixində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai Televiziyaya müsahibəsi zamanı növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif etməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla həm beynəlxalq ictimaiyyət arasında, həm də Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdləri qəbuledilməzdir.

Bu bardə Son.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

"İlk öncə, delimitasiya prosesinin hansı əsasda aparılması ilə bağlı iddia ilə əlaqədar qeyd edək ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu bəyanatlarda BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib. Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur.

Beynəlxalq təcrübəyə əsasən, Ermənistandan fərqli olaraq Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi olaraq seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında həyata keçirilib. Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xüsusda, Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması daha faydalı olardı. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır.

30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, əldə edilmiş yazılı və şifahi razılıqlara baxmayaraq qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, 8 kəndin Azərbaycana qaytarılmasını müxtəlif bəhanələrlə ləngidən, eləcə də hərbi təxribatlarını davam etdirən Ermənistanın Azərbaycanı Ermənistana qarşı təcavüzdə təqsirləndirməsi tamamilə əsassızdır.

Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq erməni silahlı qüvvələrinin ötən ilin sentyabr ayında Azərbaycan ərazisindən çıxarılacağını bəyan edən Armen Qriqoryanın, bu bəyanatla Azərbaycana qarşı təcavüz aktlarını necə davam etdirdiklərini təsdiq etməsini də hər kəs yaxşı xatırlayır. Bu çərçivədə, Ermənistanın sülh prosesinə sadiq olduğunu populistcəsinə bəyan etməsi heç bir məntiqə sığmır.

Armen Qriqoryanın müsahibə zamanı guya Azərbaycanın saxlanılan ermənilərdən 10 nəfəri azad etməyə söz verdiyini bildirməsi, əslində Ermənistan tərəfinin beynəlxalq humanitar hüquqa və humanizm prinsiplərinə məhəl qoymaması, ölkəmizin erməni əsirlərinin, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq erməni hərbçinin qeyd-şərtsiz dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirlərinə Ermənistanın qarşılıq verməməsi kimi əməllərini ört-basdır etmək niyyətini göstərir.

Ermənistan tərəfinin Üçtərəfli bəyanatın 9-cu bəndinə zidd olaraq, hələ də Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini bərpa etməməsi, müxtəlif bəhanələrlə prosesi uzatması, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasını təmin etmək əvəzinə siyasi polemikaya yol açması Ermənistanın prosesə maneçiliyinin bariz nümunəsidir.

Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsini həzm edə bilməyən Ermənistan rəsmisinin Laçın yolunun bağlanmasını iddia etməsi gülüncdür. Bununla yanaşı, erməni sakinlərin reinteqrasiyası məsələsinə müdaxiləyə dərhal son qoyulması, Ermənistanın sözdə deyil əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edildiyinin göstəricisi olardı.

Bölgədə sülh prosesinin irəlilədilməsi əvəzinə, Ermənistanın rəsmi şəxsinin ölkəsinin yeni silahlanma dövrünə qədəm qoyduğunu bəyan etməsi, bu ölkənin hələ də tarixdən dərs çıxartmadığını nümayiş etdirir.

Əldə edilmiş razılıqları yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan tərəfinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir", - deyə qeyd edilib.

Uolles NATOnun yeni baş katibi ola bilər like
  • 05 İyn 08:56  
Dünya Uolles NATOnun yeni baş katibi ola bilər

Böyük Britaniyanın baş naziri Rişi Sunak ABŞ prezidenti Co Baydeni Böyük

arrow Ətraflı
"Qayınatamın gözləri görmürdü  Eşitdim ki, qayınanam..." like
  • 05 İyn 08:49  
Kriminal "Qayınatamın gözləri görmürdü Eşitdim ki, qayınanam..."

Goranboy rayonunda qayınanasını öldürməyə cəhd etməkdə ittiham olunan

arrow Ətraflı
Bakıda yaşayış binasında yanğın olub like
  • 05 İyn 08:43  
Digərləri Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Səbail rayonunda yanğın baş verib.

arrow Ətraflı
Bakıda avtomobil dayanacağa çırpılıb, like
  • 05 İyn 08:36  
Digərləri Bakıda avtomobil dayanacağa çırpılıb,

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsar�

arrow Ətraflı
Kadırovdan təklif: Belqoroda çeçenləri göndərək! like
  • 05 İyn 08:29  
Dünya Kadırovdan təklif: Belqoroda çeçenləri göndərək!

Çeçenistan lideri Ramzan Kadırov Belqorod vilayətinə çeçen bölmələri g

arrow Ətraflı
Vaşinqtonda qırıcı səmaya qaldırılıb like
  • 05 İyn 08:22  
Dünya Vaşinqtonda qırıcı səmaya qaldırılıb

ABŞ-ın "F-16" qırıcısı mülki "Cessna 560 Citation V"

arrow Ətraflı
Bu ölkədə mobil internet kəsildi  SƏBƏB like
  • 05 İyn 08:15  
Dünya Bu ölkədə mobil internet kəsildi SƏBƏB

Seneqalın Rabitə Nazirliyi, "nifrət dolu və pozucu mesajların" ya

arrow Ətraflı
"İstefa verməyə hazıram" like
  • 05 İyn 08:08  
Dünya "İstefa verməyə hazıram"

Serbiyada hökumət əleyhinə etirazlar fonunda istefa verməyə hazıram.

arrow Ətraflı
"Azərbaycan bərpa olunan enerji istehsalı üçün ən yaxşı yerlərdən biridir"  VİDEO  FOTO like
  • 05 İyn 08:01  
Digərləri "Azərbaycan bərpa olunan enerji istehsalı üçün ən yaxşı yerlərdən biridir" VİDEO FOTO

Azərbaycan bərpa olunan enerji istehsalı üçün ən yaxşı yerlərdən biri

arrow Ətraflı
Ərdoğan onları təbrik edib like
  • 05 İyn 08:00  
Dünya Ərdoğan onları təbrik edib

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən taekvondo üzr�

arrow Ətraflı
Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürdü like
  • 05 İyn 07:54  
Dünya Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürdü

Pakistan Talibanı ölkənin şimal-qərbində iki əsgər və iki yaraqlının

arrow Ətraflı
ABŞ Dövlət katibi Hakan Fidanı təbrik edib like
  • 05 İyn 07:47  
Dünya ABŞ Dövlət katibi Hakan Fidanı təbrik edib

ABŞ Dövlət katibi Antoni Blinken Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan

arrow Ətraflı
Vaşinqtonda güclü partlayış səsinin səbəbi... like
  • 05 İyn 07:40  
Dünya Vaşinqtonda güclü partlayış səsinin səbəbi...

Amerikanın paytaxtı Vaşinqtonda güclü partlayış səsi eşidilib.

arrow Ətraflı
İranda məşhur futbolçu həbs olunub like
  • 05 İyn 07:34  
Dünya İranda məşhur futbolçu həbs olunub

İran təhlükəsizlik qüvvələri futbolçu Voria Qaffurini həbs edib.

arrow Ətraflı
Rusiya hərbçiləri Sum vilayətini atəşə tutdu like
  • 05 İyn 07:27  
Dünya Rusiya hərbçiləri Sum vilayətini atəşə tutdu

Rusiya ordusu Ukraynanın Sum vilayətini atəşə tutub.

arrow Ətraflı