Məktəblilər arasında artan cinayətlər
Digərləri 05 İyn 2023 10:24:00 221 0
Ölkədə son zamanlar məktəblilər arasında bıçaqlanma hadisələri artıb. Məktəblilər üzərlərində onlara məktəb daxilində gəzdirilməsi və istifadəsi qadağan edilmiş vasitələr götürürlər. Son olaraq, Sabunçu qəsəbəsində yerləşən məktəblərdən birinin, 11-ci sinfində oxuyan 2006-cı il təvəllüdlü şagird Şəhidlər parkında 2007-ci il təvəllüdlü digər şagirdi bıçaqlayıb.
Bu xəbəri də oxu: HUAWEI planşetləri təhsil, mobil oyunlar, rəsm çəkmək və sənədlərlə işləmək üçün universal seçimdir
Bəs Elm və Təhsil nazirliyi bu cür hadisələrin qarşısını alınması istiqamətində hansı tədbirləri görür?
Məsələ ilə bağlı nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, tədrisin təşkili ilə yanaşı tərbiyə işlərinin də təkmilləşdirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yeni "Şagird davranış qaydaları" hazırlanıb, geniş ictimaiyyətin müzakirəsinə verilib, ölkənin bir sıra məktəblərində pilot layihə kimi tətbiq olunmuşdur. Seçmə yolla həmin məktəblərin bəzilərində monitorinqlər aparılmış, yeni "Qaydalar"ın tətbiqindən şagirdlər, valideynlər və müəllimlərin razı qaldıqları müəyyən edilmişdir.
Həmçinin bildiririk ki, tədrisin təşkili ilə yanaşı tərbiyə işlərinin də təkmilləşdirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir", - deyə məlumatda qeyd edilib.
Meyxanaçı Pərviz Arif subaylığın daşını atıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.
Aparıcı Aytən Səfərova sosial media hesabındakı oaylaşımı ilə diqqət
Xankəndi-Gorus istiqamətində mülki şəxslərin Dövlət sərhəd-buraxılı
Aktrisa Keyt Hadsonun sosial media paylaşımları müzakirələrə səbəb olub
4 iyun 2023-cü il tarixində Ermənistanın Təhlükəsizlik Şurasının katib
Böyük Britaniyanın baş naziri Rişi Sunak ABŞ prezidenti Co Baydeni Böyük
Goranboy rayonunda qayınanasını öldürməyə cəhd etməkdə ittiham olunan
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsar�
Çeçenistan lideri Ramzan Kadırov Belqorod vilayətinə çeçen bölmələri g