Erməni diasporu və kilsə


Digərləri 03 İyn 2023 12:48:00 159 0

Erməni diasporu və kilsə

Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycanın bir hissəsi kimi tanımasına qarşı erməni lobbisi genişmiqyaslı kampaniyaya start verib. Dünyaya səpənələn ermənilər kilsənin rəhbərliyi ilə Paşinyan hakimiyyətinə qarşı sərt çıxışlar erməyə başlayıb, onu hədələməkdədirlər. Avropanın aparıcı dövlətlərinin ərazisində yaşayan erməni icması Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq bəyanatını pisləyib. Qlendeyl erməni icmasının nümayəndələri isə Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsi qərarına etiraz aksiyası keçiriblər. ABŞ-dakı erməni ruhani liderləri Cozef Baydeni Qarabağ ermənilərini Azərbaycanın bir hissəsi olmağa məcbur etmək cəhdlərinə müqavimət göstərməyə çağırır. "ArmInfo" Amerikanın Erməni Apostol, Katolik və Yevangel Kilsələrinin ruhani liderləri ABŞ prezidenti Cozef Baydenə müraciət edərək "Qarabağın erməni xristianlarını Azərbaycanın bir hissəsi olmağa məcbur etmək cəhdlərinə qəti şəkildə qarşı çıxmağa çağırıblar".

Kilsə Paşinyana qarşı

Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən yayılan məktubda "Ermənistanın bu qədim hissəsi"nin yerli əhalisinə qarşı etnik təmizləmə aparıla biləcəyi iddia edilib. Qarabağdakı erməni icması heyvana bənzədilir, bildirilir ki, "nəsli kəsilməkdə olan vətəndaşları"nın Azərbaycana tabe edilməsi erməniləri üçün ölüm hökmüdür. Məktubda deyilir: "Bir daha bədnam Azadlığa Dəstək Aktının 907-ci Bölməsindən imtinanı ləğv etmək və ABŞ qanununun bu müddəasını tam şəkildə yerinə yetirmək üçün uzunmüddətli çağırışlarımızla əlaqədar olaraq təcili müraciəti edirik". Sənəddə həmçinin xatırladılır ki, "Ermənistan dünyada soyqırımdan sağ çıxan, dənizə çıxışı olmayan ilk xristian xalqıdır, blokada vəziyyətində olduğundan sağ qalmağa can atır".

Beləliklə, bu faktlar Paşinyanla erməni diasporu arasında ciddi uçurum mövcudluğunu bir daha təsdiq edir. Və bu uçurumun başında da erməni kilsəsi dayanıb. Bundan əvvəl də baş nazirlə kilsə arasında qarşıdurmanın olduğu barədə məlumatlar erməni mediasında getmişdi. Baş nazir açıq şəkildə kilsəni tənqid edən fikirlər səsləndirmişdi.

Nikol Paşinyanın iqtidara gəlməsinə qədər diasporla Ermənistan dövləti arasında hər hansı ciddi böhran və ya anlaşılmazlıq müşahidə olunmayıb. 2020-ci ildəki Qarabağ müharibəsindən sonra Ermənistan və diaspor qüvvələri arasındakı münasibətlər kəskinləşib və münasibətlərdə uçurum yaranıb. Burada bir məsələ də var ki, Paşinyan diaspor təşkilatları tərəfindən illərdir ki, külli miqdarda pulların, böyük məbləğdə ianələrin toplandığı "Hayastan" ümumerməni xeyriyyə fondunun vəsaitlərinin mənimsənilməsi ilə bağlı qalmaqaldan sonra fondun qeyri-şəffaf idarə edilməsini əsas gətirərək edilən yardımlardan imtina etməsi münasibətlərdəki gərginliyi pik həddə çatdırdı. Diaspora və Paşinyan arasında son qarşıdurmalar da bunun növbəti təzahürüdür. Görünən odur ki, erməni diasporu bütün məğlubiyyətlərdə Paşinyanı günahkar bildiyi üçün, hər fürsətdə onu dalana dirəməyə çalışır.

Azər Nuriyev Son.az

“Toylara getmirəm, mənlik deyil” like
  • 03 İyn 12:24  
Şou-biznes “Toylara getmirəm, mənlik deyil”

Tanınmış aparıcı Elgiz Əkbər toylarda aparıcılıq etmədiyini açıqlay

arrow Ətraflı
Dövlət Vergi Xidmətinin heyətinin vəzifə maaşları yeni redaksiyada təsdiq edilib like
  • 03 İyn 12:23  
Digərləri Dövlət Vergi Xidmətinin heyətinin vəzifə maaşları yeni redaksiyada təsdiq edilib

Nazirlər Kabineti "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət

arrow Ətraflı
Nazirlər Kabineti ipoteka kreditləşməsi ilə bağlı qərarını ləğv etdi like
  • 03 İyn 12:16  
Digərləri Nazirlər Kabineti ipoteka kreditləşməsi ilə bağlı qərarını ləğv etdi

Nazirlər Kabineti "Nəzarət zərfi dövlətə məxsus banklar tərəfind�

arrow Ətraflı
Rusiyaya hücum: like
  • 03 İyn 12:13  
Digərləri Rusiyaya hücum:

Belqorodda baş verən hadisələr Rusiyada kadr dəyişikliklərinə səbəb ol

arrow Ətraflı
İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidentini qəbul edib  FOTO like
  • 03 İyn 12:07  
Siyasət İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidentini qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
XİNdən İrana getmək istəyənlərə like
  • 03 İyn 11:54  
Siyasət XİNdən İrana getmək istəyənlərə

Cari ilin yanvar ayında Azərbaycan Respublikasının İran İslam Respublikas�

arrow Ətraflı
Azərbaycanlı aparıcı Hindistanda filmə çəkildi like
  • 03 İyn 11:51  
Şou-biznes Azərbaycanlı aparıcı Hindistanda filmə çəkildi

Aktyor və aparıcı Şəhriyar Əbilov Hindistanda filmə çəkilib. 

arrow Ətraflı
Fərdi evlərə texniki şərtlər necə alınır? like
  • 03 İyn 11:48  
Digərləri Fərdi evlərə texniki şərtlər necə alınır?

Mayın 1-dən etibarən fərdi yaşayış evlərinə texniki şərtlər necə al

arrow Ətraflı
Qızını bıçaqladı, sonra intihar etdi like
  • 03 İyn 11:46  
Kriminal Qızını bıçaqladı, sonra intihar etdi

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1976-ci il təvəllüdlü A. Cəf

arrow Ətraflı
Azərbaycanda pensiyalar bu qayda ilə artacaq like
  • 03 İyn 11:44  
Digərləri Azərbaycanda pensiyalar bu qayda ilə artacaq

Azərbaycanda gələn il də pensiyaların indeksasiya edilərək artırılması

arrow Ətraflı
Yol kənarlarında satılan meyvələr haradan gətirilir? like
  • 03 İyn 11:40  
Digərləri Yol kənarlarında satılan meyvələr haradan gətirilir?

Rayonlara gedən sürücülər adətən avtomobilini yol kənarında saxlayaraq

arrow Ətraflı
89 yaşlı aktyor arvadından şübhələnib: like
  • 03 İyn 11:29  
Şou-biznes 89 yaşlı aktyor arvadından şübhələnib:

Dünya şöhrətli amerikalı aktyor Al Paçino 29 yaşlı sevgilisi, prodüser

arrow Ətraflı
Bakıda sərnişin avtobusunda like
  • 03 İyn 11:18  
Digərləri Bakıda sərnişin avtobusunda

Bakıda sərnişin avtobusunda ölüm hadisəsi baş verib.

arrow Ətraflı