Təqaüd düzəltmək adı ilə külli miqdarda dələduzluq edən şəxs ələ keçdi
Kriminal 02 İyn 2023 09:18:00 263 0
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edən və bu cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılıb.
Bu xəbəri də oxu: “Nəzmiyyə Həsənin adını telefonuna “Günay 4” kimi yazıbmış" Ağcabədidə namus üstündə qətl
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Son.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində bir neçə rayon və şəhər sakinini aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə mənimsəyən Şirvan şəhər sakini Anar Əliyev paytaxt ərazisində saxlanılaraq istintaqa təqdim olunub.
Araşdırmalar zamanı məlum olub ki, A.Əliyev 25 nəfər şəxsin etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də dayandırılmış təqaüdlərinin bərpa olunmasında köməkliklər göstəriləcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin ümumilikdə 70000 manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, A.Əliyevin barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər A.Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.
Salyan Rayon Polis Şöbəsinə rayonun Arbatan və Kürqaraqaşlı kəndləri �
"Karib dənizinin quldurları: Dünyanın sonunda" filmindəki "K
Bu gün BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınaqları ilə
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl" texn
Dünya diyetoloqlarının araşdırmalarına görə, həzm proseslərini aktivl�
Yeddi övladı olan türkiyəli müğənni İbrahim Tatlısəsin onuncu nəvəsi
Qubada 26 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanıb.
Ankara Valiliyi iyunun 2-də şəhərdə güclü leysan yağışlarının gözl�
"Depressiyanın yaşı çox gəncləşib. Amma bizim cəmiyyət hələ bunu
Yaponiyanın qərbindəki Uvadzima şəhərinin təxminən 52 900 sakininə &quo
Hindistan "Aqni-1" ballistik raketini sınaqdan keçirib.
Ötən gün Rusiya qoşunlarının Donetsk vilayətini atəşə tutması nətic�
İyunun 1-nə keçən gecə Rusiya hərbçiləri Ukraynanın paytaxtına növbə
Ukraynanın 32 yaşlı deputatı Yelizaveta Yasko ana olub.
"Hoedemaker Pfeiffer" burosu ABŞ-dakı Appalaç dağlarının yamacla