Müharibənin dəhşətli statistikası: Rusiya nə qədər ukraynalı uşağı öldürüb?
Dünya 02 İyn 2023 07:27:00 286 0
İyunun 1-nə keçən gecə Rusiya hərbçiləri Ukraynanın paytaxtına növbəti hücumu həyata keçirib və nəticədə anası ilə sığınmağa gedən 11 yaşlı qız da daxil olmaqla 3 nəfər həlak olub.
Bu xəbəri də oxu: Türkiyə ilə sərhəddə İranın 1000 yük maşını saxlanıldı
Son.az lent.az-a istinadən bildirir ki, ümumilikdə, YUNESKO-nun məlumatına görə, tammiqyaslı müharibə başlanandan bəri 500-dən çox uşaq Ukraynada müharibənin qurbanı olub, 19 mindən çox uşaq isə işğalçı ölkənin ərazisinə deportasiya edilib.
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Rusiya Ukraynanın paytaxtını "İsgəndər" raketləri ilə hücum etsə də, hava hücumundan müdafiə qüvvələri 10 hava hədəfinin hamısını vura bilib. Raket qalıqları şəhərdəki uşaq klinikalarından birinin yaxınlığında yerə düşüb, nəticədə 11 yaşlı uşaq, anası və başqa bir gənc qadın həlak olub. Həmçinin Kiyevdə düşmənin hücumu nəticəsində tibb müəssisələri, məktəblər, uşaq bağçası, avtomobillər və bir neçə yaşayış binası zədələnib.
Qeyd olunur ki, Uşaqların Müdafiəsi Günü Fransanın paytaxtında 1949-cu ildə Qadınların Beynəlxalq Demokratik Federasiyasının konqresində təsis edilib. O, gənc nəslin rifahının təmin edilməsinin vacibliyini dünyaya xatırlatmağa çağırıb. O vaxtdan bəri BMT uşaqların hüquqlarının, həyat və sağlamlığının qorunmasını öz fəaliyyətinin ən mühüm istiqamətlərindən biri hesab edir. Amma reallıqda mənzərə fərqli görünür, çünki təşkilat Rusiyanın Ukraynada iyrənc cinayət əməllərinin qarşısını almaqda acizliyini göstərir.
UNICEF-in bir neçə ay əvvəl təqdim etdiyi məlumatlara görə, Ukraynadakı müharibə nəticəsində 500-dən çox uşaq həlak olub, 1000-ə yaxın uşaq isə yaralanıb, lakin bunlar ilkin rəqəmlərdir, real rəqəm daha çox ola bilər.
Lakin qətllərə əlavə olaraq, ruslar ukraynalı uşaqları öz ərazilərinə zorla deportasiya etməyə davam edir, ən azı 19.453 uşaq artıq çıxarılıb. Amma məlumat var ki, Ukraynadan çıxarılan uşaqlar zorla ruslaşdırılır və onların tapılmaması üçün mümkün olan hər şey edilir. Ruslar öz soyadlarını, doğum tarixlərini, adlarını dəyişdirərək onlara öz doğma yurdlarını, böyüdükləri dilləri, mədəniyyətlərini unutdururlar.
Ukraynanın 32 yaşlı deputatı Yelizaveta Yasko ana olub.
"Hoedemaker Pfeiffer" burosu ABŞ-dakı Appalaç dağlarının yamacla
Ilk satış ilində Aston Martin DBX krossoveri üç mindən çox satılaraq, Br
Müğənni Elxan Şirinov xanım həmkarlarının plastik və estetik əməliyya
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı may ayı ü
"Whatsapp" tətbiqi vasitəsilə tanınmış şirkətlərin adından i
Məşhur rusiyalı tennisçi Yevgeni Kafelnikovun qızı Alesya Alesya çimərli
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Türkiyə lirəsi kəskin şəkildə ucuzlaşmaqda davam edir.
Bakının Səbail rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.
"Yeniliklərim çoxdur. Ritmik mahnımız var. Yay da gəlir, onu ifa edəc
Biləsuvar rayonunun İranla sərhəddə yerləşən kəndləri dünən axşam s
Uşaqların Beynəlxalq Müdafiəsi Günü - iyunun 1-də Heydər Əliyev Mərk�