310 km/saat sürətlə hərəkət edən Aston Martin FOTO


Digərləri 02 İyn 2023 06:06:00 153 0

310 km/saat sürətlə hərəkət edən Aston Martin  FOTO

Ilk satış ilində Aston Martin DBX krossoveri üç mindən çox satılaraq, Britaniya markasının satışlarının yarısını təmin edib. İndi isə, britaniyalılar modifikasiya çeşidinin genişləndirilməsinə başlayıblar. Bir müddət bundan əvvəl altısilindrli mühərriklə təchiz edilmiş versiya (Çin bazarı üçün), indi isə, nəinki modifikasiya çeşidində, həm də lüks krossoverlər seqmentində ən güclü krossover olan DBX707 modifikasiyası debüt edib.

Əlbəttə ki, "bərkgedən" DBX modelinin kapotunun altında V12 mühərrikinin quraşdırılacağına ümid edənlər az deyildi, lakin belə mühərriklərin dövrü başa çatmaq üzrədir. Bununla belə, AMG bölməsinin məhsulu olan 4,0-litrlik V8 biturbomühərriki DBX krossoverinə əsas rəqibləri olan Lamborghini Urus (650 at qüvvəsi və 850 Nm) və hətta Porsche Cayenne Turbo S E-Hybrid (680 at qüvvəsi və 900 Nm) modellərinin "kürəyini yerə vurmaq" şansı verib. Yeni turbokompressorlar və başqa idarəetmə bloku sayəsində AMG aqreqatının gücü 550-dən 707 at qüvvəsinə, fırlanma anı isə 700-dən 900 Nm-ə artırılıb.

Seriya ofrouderləri arasında daha yüksək gücə yalnız Jeep Grand Cherokee Trackhawk (717 at qüvvəsi) və Dodge Durango SRT Hellcat (720 at qüvvəsi) modelləri malikdirlər. Lakin bu modellər artıq istehsaldan çıxarılıblar, üstəlik onların lüks seqmentinə heç aidiyyatları yoxdur. Mercedes-AMG GLE 63 S krossoveri də eyni 4,0-litrlik V8 biturbo mühərrikinə malikdir, lakin bu aqreqat 612 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edir.

Aston Martin DBX707 modeli ilkin krossoverdən təkcə mühərriki ilə fərqlənmir. Yeni modifikasiya həmçinin Mercedes-AMG bölməsinin 9-pilləli "avtomatı" ilə təchiz edilir: hidrotransformatorun əvəzinə yaş AMG friksionları quraşdırılmış transmissiya ötürmələri daha az itkilər ilə və daha yeyin həyata keçirir. Ötürmələr qutusu düzgün mexaniki rejimə malikdir: ötürmələri yalnız sürücü özü həyata keçirə bilər. Bundan başqa, arxa differensialın elektronika tərəfindən idarə olunan kilidinin tənzimlənmələri də dəyişdirilib, baş cütlüyün ötürmələr nisbəti isə 3,07:1-dən 3,27:1 qədər artırılıb.

Standart pnevmatik asqının pnevmokameralarının həcmi üç dəfə artırılıb, başqa klapanları olan yeni amortizatorlar quraşdırılıb,  48-voltluq elektrik sistemindən işləyən aktiv stabilizatorlar yenidən tənizmləniblər. Bununla belə, klirensin hündürlüyünün (95 millimetr) dəyişməsi diapazonu saxlanılıb. Standart təkər diskləri 22-düymlük ölçüyə malidkirlər, 23-düymlük variantı isə əlavə ödəniş qarşılığında quraşdırmaq olar.

DBX707 standart olaraq altı porşenli mexanizmlər, öndə 420, arxada isə 390 millimetrlik diskləri olan karbon-keramik əyləclər ilə təchiz edilir. Belə əyləclər standart mexanimzlərdən daha səmərəli və eyni zamanda 40,5 kiloqram yüngüldürlər. Ön əyləclərin soyudulmasını yaxşılaşdırmaq üçün hava onlara iki axınla yönləndirilir - öndən barmaqlıq vasitəsi ilə və altdan.

Maksimal sürət (310 km/saat) baxımından yeni Aston Martin DBX707 öz sinifindəki rekorda iddialıdır: Lamborghini Urus (305 km/saat), Bentley Bentayga Speed (306 km/saat) və Maserati Levante Trofeo (302 km/saat) modelləri ondan geridə qalırlar.

Buna baxmayaraq, "bərkgedən" krossover 100 km/saat həddini toplamağa  640 at qüvvəli Porsche Cayenne Turbo GT modeli ilə eyni vaxtı sərf edir - 3,3 saniyə. Yeri gəlmişkən, Cayenne Turbo GT modeli krossoverlər arasında Nürburqrinq rekordunun sahibidir, lakin Aston Martin bu rekordu yeniləmək və yazda məsələni kökündən həll etmək niyyətindədir.

Zahiri cəhətdən Aston Martin DBX707 krossoverini baza modeldən ikiqat çubuqları olan daha iri radiator barmaqlığı, başqa bamperləri və gündüz hərəkət işıqları (dördbucaqlı konturların əvəzinə sadə zolaqlar) sayəsində asanlıqla fərqləndirmək olar. Arxa tərəfdə isə, buraxılış sisteminin iki borusunun əvəzinə dörd boru və bamperdə quraşdırılmış iri diffuzor var.

Salonda standart olaraq idman oturacaqları quraşdırılır, lakin daha rahat kresloları (əlavə ödəniş etmədən) da sifariş etmək olar. Mərkəzi konsolun alt hissəsində əlavə şaybalı selektor və bir neçə düymə peyda olub: onlar hərəkət rejimlərinin yeyin dəyişdirilməsinə cavabdehdirlər. Xatırladaq ki, bunun üçün adi DBX modelində mediasistemin menyusuna daxil olmaq lazımdır. Bundan əlavə, qapı bağlayıcıları da peyda olubıar.

Aston Martin DBX707 krossoverlərinin tədarükünə bu ilin ikinci rübündə başlanacaqdır. Bütün xüsusiyyətləri nəzərə alsaq, standart versiya ilə müqayisədə əlavə ödəniş o qədər də böyük deyil: Britaniyada yeni krossover üçün 189 min funt sterlinq (+ 28 min funq sterlinq) istəyirlər. Müqayisə üçün, Porsche Cayenne Turbo GT modelinin Britaniyadakı satış qiymətləri  147,5 min funt sterlinqdən başlayır.

Elxan Şirinov plastik əməliyyat keçirən xanım həmkarını məsxərəyə qoydu – VİDEO like
  • 02 İyn 05:05  
Şou-biznes Elxan Şirinov plastik əməliyyat keçirən xanım həmkarını məsxərəyə qoydu – VİDEO

Müğənni Elxan Şirinov xanım həmkarlarının plastik və estetik əməliyya

arrow Ətraflı
“Ata ocağı” final edir  FOTO like
  • 02 İyn 04:04  
Digərləri “Ata ocağı” final edir FOTO

Xəzər TV-də yayımlanan "Ata ocağı" serialı bu il final edir.

arrow Ətraflı
Xaricdə təhsil alan daha 102 nəfərin diplomu tanınmayıb like
  • 02 İyn 03:03  
Digərləri Xaricdə təhsil alan daha 102 nəfərin diplomu tanınmayıb

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı may ayı ü

arrow Ətraflı
"Whatsapp"dan gələn bu mesajlara like
  • 02 İyn 02:02  
Digərləri "Whatsapp"dan gələn bu mesajlara

"Whatsapp" tətbiqi vasitəsilə tanınmış şirkətlərin adından i

arrow Ətraflı
Məşhur tennisçinin qızı çimərlik geyimində like
  • 02 İyn 01:01  
Şou-biznes Məşhur tennisçinin qızı çimərlik geyimində

Məşhur rusiyalı tennisçi Yevgeni Kafelnikovun qızı Alesya Alesya çimərli

arrow Ətraflı
Günün qoroskopu: Başladığınız işləri başa vurmağa çalışın like
  • 02 İyn 00:01  
Digərləri Günün qoroskopu: Başladığınız işləri başa vurmağa çalışın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Türkiyədən Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər  VİDEO like
  • 01 İyn 23:56  
Digərləri Türkiyədən Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər VİDEO

Türkiyə lirəsi kəskin şəkildə ucuzlaşmaqda davam edir.

arrow Ətraflı
Bakıda dava zamanı 14 yaşlı gənc bıçaqlan like
  • 01 İyn 23:48  
Digərləri Bakıda dava zamanı 14 yaşlı gənc bıçaqlan

Bakının Səbail rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.

arrow Ətraflı
Biləsuvar sel təhlükəsi ilə qarşılaşıb  XƏBƏRDARLIQ  VİDEO like
  • 01 İyn 23:30  
Digərləri Biləsuvar sel təhlükəsi ilə qarşılaşıb XƏBƏRDARLIQ VİDEO

Biləsuvar rayonunun İranla sərhəddə yerləşən kəndləri dünən axşam s

arrow Ətraflı
Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub  FOTO like
  • 01 İyn 23:24  
Digərləri Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub FOTO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü - iyunun 1-də Heydər Əliyev Mərk�

arrow Ətraflı
"Yalı Çapkını"nın aktyoru yeni serialda  FOTO like
  • 01 İyn 23:19  
Şou-biznes "Yalı Çapkını"nın aktyoru yeni serialda FOTO

Terkiyəli aktyor Menderes Samancıların yeni layihəsi bəlli olub.

arrow Ətraflı
Yağış kanalizasiya qapağını qaldırdı, qəza oldu  VİDEO like
  • 01 İyn 23:10  
Dünya Yağış kanalizasiya qapağını qaldırdı, qəza oldu VİDEO

Türkiyənin Təkirdağ şəhərində qəribə qəza baş verib. 

arrow Ətraflı