Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub FOTO


Digərləri 01 İyn 2023 23:24:00 140 0

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub  FOTO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü - iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında "Uşaq festivalı" keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən festivalda müxtəlif yaş kateqoriyalarında olan uşaqların hər biri öz maraq dairəsinə uyğun əylənə bilib. Belə ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil edilən festival zamanı Mərkəzin parkı uşaq şəhərciyini xatırladıb. Park müxtəlif mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Burada balacalara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşağın asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirməsinə imkan yaradılıb.

Qeyd edək ki, "Uşaq festivalı"nda Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, Bakıdakı uşaq evlərinin sakinləri, Daun sindromlu uşaqlar da iştirak ediblər.

Mahnı oxuyub rəqs etməyi sevən uşaqlar üçün xüsusi ayrılan zonada səhnə qurulub, milli və müasir rəqslər üzrə ustad dərsləri keçirilib, uşaq-gənclər inkişaf mərkəzlərinin istedadlı uşaqlarının konsert proqramı təqdim edilib. Gənc astronomlar üçün ayrılan meydançada astronomiya elmi haqqında məlumatlar əldə etmək mümkün olub. Yüksək texnologiyaya maraq göstərən uşaqlar robotlar, dronlar və aviazonasındakı dərslərə qoşula bilib, idmansevərlər üçün isə mini turnirlər, yarışlar, interaktiv oyunlar, şahmat yarışları təşkil edilib. "Uşaq festivalı"nda balacaların ixtiyarına verilən meydançalardan biri də art meydançası olub. "Street art" məkanında asfalt üzərində rəsmlər çəkilib. Arxeoloji meydançada bu sahəyə maraq göstərən uşaqlar şərti axtarış apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkarlamaq oyununa qoşulublar.

Festival çərçivəsində təhlükəsiz yollar zonasında Azərbaycan Avtomobil Federasiyası (AAF) uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi uşaqlara iqlim dəyişikliyi, su və enerjiyə qənaət, tullantıların çeşidlənməsi barədə məlumatlar verib, viktorinalar keçirib. İnteraktiv oyunlar zamanı ekoloqlar milli parklar, qoruqlar barədə məlumatlandırıb, mini "Safari park"la tanışlıq olub. Qida Təhlükəsizliyi Agentliyi isə "Təhlükəsiz qida ilə sağlam gələcəyə" adlı rəsm müsabiqəsi sərgisi təşkil edib. Sərgidə müsabiqəyə təqdim edilən əsərlər arasından seçilmiş rəsmlər nümayiş olunub və qaliblər mükafatlandırılıb.

Heydər Əliyev Mərkəzinin parkında bu gün maşın və fərqli idman növləri üzrə yarışlar da keçirilib. "Kulinariya", "Estafet" və digər əyləncə zonaları, attraksionlar, animatorlar uşaqlara gözəl xatirəyə dönəcək anlar yaşadıb. Keçirilən müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Mərkəzin parkında oxu meydançası da təşkil edilib. Burada uşaq ədəbiyyatı müəllifləri ilə görüş, eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün oxu saatı, müxtəlif bədii əsər qəhrəmanlarının obrazlarının rəsmləri üzrə müsabiqə və viktorina olub.

Konsert proqramında "Cücələrim" mahnı və rəqs ansamblı, "Təbəssüm" uşaqlar musiqili teatrı, "Azəri inciləri" vokal qrupu və digər istedadlı uşaqlar və qruplar çıxış edib.

Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilərək, onlara unudulmaz an yaşadılıb.

"Uşaq festivalı"na gələn uşaqların bəziləri təəssüratlarını bölüşüblər.

Festivala gələnlərdən biri - 3 nömrəli uşaq evinin kiçik sakini Sara Mehdiyeva deyib: "Festival mənim çox xoşuma gəldi. Bizə vaxt ayırdıqları üçün "Uşaq festivalı"nın təşkilatçılarına təşəkkür edirəm. Burada uşaqlar üçün maraqlı proqramlar təşkil edilib".

Digər iştirakçı Şıxbaba Muxtarov Heydər Əliyev Mərkəzinin parkının rəngarəngliyini çox bəyəndiyini, buraya gəldiyi, dostları ilə gözəl vaxt keçirdiyi üçün çox sevindiyini deyib. O qeyd edib ki, "Uşaq festivalı"nda onlar üçün təşkil edilən bütün əyləncə və maarifləndirici proqramlar çox maraqlıdır.

Əli Əliyev isə bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, festivala gəldiyi üçün çox xoşbəxt olduğunu bildirib: "Burada dostlarımla birgə əyləncəli vaxt keçirdim. Uşaq bayramı mənim ən çox sevdiyim günlərdən biridir. Bu bayram münasibətilə bütün uşaqları, şəhidlərimizin övladlarını da təbrik edirəm".

Ləman Şahbazova isə festivalı çox bəyəndiyini, burada çox əyləndiyini deyib: "Digər uşaqlarla söhbətləşmək, oynamaq, mahnılara qulaq asmaq mənim üçün unudulmaz oldu. Uşaq bayramı mənim ən sevdiyim günlərdən biridir. Festivalda keçirilən bütün yarışlarda dostlarımla birgə iştirak edəcəyəm və nəticələrimiz barədə sabah müəllimlərimə danışacağam".

"Yalı Çapkını"nın aktyoru yeni serialda  FOTO like
  • 01 İyn 23:19  
Şou-biznes "Yalı Çapkını"nın aktyoru yeni serialda FOTO

Terkiyəli aktyor Menderes Samancıların yeni layihəsi bəlli olub.

arrow Ətraflı
Yağış kanalizasiya qapağını qaldırdı, qəza oldu  VİDEO like
  • 01 İyn 23:10  
Dünya Yağış kanalizasiya qapağını qaldırdı, qəza oldu VİDEO

Türkiyənin Təkirdağ şəhərində qəribə qəza baş verib. 

arrow Ətraflı
Oğuzda sel Xalxal kəndinə ziyan vurub like
  • 01 İyn 22:53  
Digərləri Oğuzda sel Xalxal kəndinə ziyan vurub

Oğuzda sel Xalxal kəndinə ziyan vurub.

arrow Ətraflı
İntihar etmək istəyən qız son anda xilas edildi  VİDEO like
  • 01 İyn 22:45  
Digərləri İntihar etmək istəyən qız son anda xilas edildi VİDEO

Rusiyada özünü 15-ci mərtəbənin pəncərəsindən atmaq istəyən gənc q�

arrow Ətraflı
İlham Əliyevin Moldovaya səfəri başa çatıb like
  • 01 İyn 22:39  
Siyasət İlham Əliyevin Moldovaya səfəri başa çatıb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı
Sərnişinləri tərəzidə çəkib sonra təyyarəyə buraxacaqlar: Aeroportdan qəribə addım like
  • 01 İyn 22:37  
Dünya Sərnişinləri tərəzidə çəkib sonra təyyarəyə buraxacaqlar: Aeroportdan qəribə addım

Yeni Zelandiyanın "Air New Zealand" şirkəti iyun ayından etibarən

arrow Ətraflı
"Niyaməddin Musayev məni görən kimi pulları gizlətdi"  VİDEO like
  • 01 İyn 22:25  
Şou-biznes "Niyaməddin Musayev məni görən kimi pulları gizlətdi" VİDEO

Bu gün Xalq artisti Niyaməddin Musayevin 82 yaşı tamam olur.

arrow Ətraflı
Zirvə toplantısı çərçivəsində görüşlər müsbət atmosferdə keçib  Prezidentin köməkçisi like
  • 01 İyn 22:14  
Siyasət Zirvə toplantısı çərçivəsində görüşlər müsbət atmosferdə keçib Prezidentin köməkçisi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublik

arrow Ətraflı
NASA UFOların varlığını qəbul etdi  VİDEO like
  • 01 İyn 22:08  
Digərləri NASA UFOların varlığını qəbul etdi VİDEO

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) UNO-ların m�

arrow Ətraflı
Bəzi rayonlarda leysan xarakterli yağış yağıb  FAKTİKİ HAVA like
  • 01 İyn 21:57  
Digərləri Bəzi rayonlarda leysan xarakterli yağış yağıb FAKTİKİ HAVA

Bəzi rayonlarda leysan xarakterli yağış yağıb.

arrow Ətraflı
İranda itkin düşdüyü bildirilən azərbaycanlı tələbə CASUSLUQDA ittiham edildi like
  • 01 İyn 21:52  
Digərləri İranda itkin düşdüyü bildirilən azərbaycanlı tələbə CASUSLUQDA ittiham edildi

İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbay

arrow Ətraflı
10 yaşlı qatillərin ŞOK HEKAYƏSİ: like
  • 01 İyn 21:40  
Kriminal 10 yaşlı qatillərin ŞOK HEKAYƏSİ:

Robert və Con sevimli uşaq kimi görünsələr də, bir vaxtlar manşetlərə

arrow Ətraflı
Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub like
  • 01 İyn 21:33  
Siyasət Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 1-də Moldovanın paytaxtı Ki

arrow Ətraflı
Yevlaxda su kanalına düşən gənc oğlanın meyiti tapıldı like
  • 01 İyn 21:29  
Digərləri Yevlaxda su kanalına düşən gənc oğlanın meyiti tapıldı

Yevlax rayon Kolanı kəndində baş vermiş avtomobil qəzası zamanı su kanal

arrow Ətraflı