“Sosial şəbəkələr müğənniləri əlçatan etdi, biz sənətkarların yanında mikrofon götürməzdik”


Şou-biznes 01 İyn 2023 23:41:00 164 0

“Sosial şəbəkələr müğənniləri əlçatan etdi, biz sənətkarların yanında mikrofon götürməzdik”

"Yeniliklərim çoxdur. Ritmik mahnımız var. Yay da gəlir, onu ifa edəcəyəm. Kliplər də çəkdirməyi planlayıram. Bütün sənət dostlarımın yenilikləri olsun, mən də baxıb sevinim. Mən dostluğa önəm verən şəxsəm. Heç kimə paxıllığım yoxdur. Mənim düşmənim yoxdur. Əgər bir insana dost deyib, çörək kəsmişəmsə ona həmişə hörmət etməyə çalışmışam. 34 ildir ki, sənətdəyəm, qalmaqalla gündəmə gəlməmişəm". Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Aynur Dadaşova deyib. Müğənni özünü restoran biznesində də sınadığını bildirib. "İnsan hər şeydə özünü sınamalıdır. Mən də restoran biznesində özümü sınamaq istədim. Qardaş ölkə Türkiyədə hər müğənninin öz səhnəsi var. Orada tək özü çıxış edir. Bu artıq bizdə də var. Şükür Allaha, işlər də yaxşı gedir. Düzdür, hər iş çətindir, amma zəhmətlə, əziyyətlə bütün çətinliklərin öhdəsindən gəlmək mümkündür. Hər kəsin öz ruzisi var" deyə müğənni bildirib.  Müğənni gənclərdən də danışıb.  "İndi sənətə gələn gənclər ancaq pul qazanmağı düşünürlər. Sənət üçün işləyənlər çox azdır. Elə onu istəyirlər ki, sənətə gələn kimi maşınları, evləri, villaları olsun. Maddiyat hər şeyi üstələyib. Müğənni əlçatan oldu. O vaxt müğənnilərdən avtoqraflar alırdılar, müğənnilərin şəkillərini yığıb saxlayıb, fanatlıq edirdilər. Sosial şəbəkələr müğənniləri əlçatan etdi. Bunun günahını mən ancaq sosial şəbəkələrdə görürəm. O vaxt bizləri də toylara dəvət edirdilər də. Özümüzdən böyük sənətkarın, müğənninin yanında əlimizə mikrofon götürə bilməzdik. Qorxurduq. Mikrofonu götürmək üçün 5-6 dəfə icazə alırdıq" deyə müğənni bildirib.  Aynur Dadaşova səsinin qeyri-adiliyindən də danışıb. "Çöldə məni simamdan tanımırlar. Çünki mən adi həyatda makiyajdan istifadə etmirəm. Deyirəm ki, filan şey neçəyədir? O dəqiqə səsimi çıxaran kimi tanıyırlar. Səsim həm də sanballı, dolu səsdir. Bəzən istəyirəm ki, incə danışım, amma alınmır. Səsim belədir də. Bir gün səsimi dəyişib anama zəng etdim. O da incə səslə məni qəbul etmədi, təəccübləndi" deyə Aynur Dadaşova deyib.  Müğənni geyimlərindən də danışıb.  "Hər zaman uzun əlbəsələr deyinmişəm. Xanımlarımız bəzən yazır ki, 21-ci əsrdir, stilini dəyiş. Nə qədər olmasa da, biz Azərbaycanlıyıq. Xanım özünə dəyər verməyi bacarmalıdır. Modelyerlər geyimlərimi dəyişsələr belə hər şeyi qaydasında saxlamağı bacarıram" deyə o bildirib.  Aynur Dadaşova "Hansı mahnınıza görə çox pul qazanmısıız?" sualına belə cavab verib.  "Elşən Xəzər, Aqşin Fatehlə oxuduğum duetə görə çox pul qazanmışam. Bu mahnıdan sonra bizi bütün xarici dövlətlərə dəvət etdilər. Hətta İsrailə də getmişdik. Etiraf edim ki, o vaxt bu mahnıdan çox pul qazandıq. Hər kəs o mahnını bizdən tələb edirdi" deyə müğənni bildirib.

Son.az  

Biləsuvar sel təhlükəsi ilə qarşılaşıb  XƏBƏRDARLIQ  VİDEO like
  • 01 İyn 23:30  
Digərləri Biləsuvar sel təhlükəsi ilə qarşılaşıb XƏBƏRDARLIQ VİDEO

Biləsuvar rayonunun İranla sərhəddə yerləşən kəndləri dünən axşam s

arrow Ətraflı
Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub  FOTO like
  • 01 İyn 23:24  
Digərləri Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub FOTO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü - iyunun 1-də Heydər Əliyev Mərk�

arrow Ətraflı
"Yalı Çapkını"nın aktyoru yeni serialda  FOTO like
  • 01 İyn 23:19  
Şou-biznes "Yalı Çapkını"nın aktyoru yeni serialda FOTO

Terkiyəli aktyor Menderes Samancıların yeni layihəsi bəlli olub.

arrow Ətraflı
Yağış kanalizasiya qapağını qaldırdı, qəza oldu  VİDEO like
  • 01 İyn 23:10  
Dünya Yağış kanalizasiya qapağını qaldırdı, qəza oldu VİDEO

Türkiyənin Təkirdağ şəhərində qəribə qəza baş verib. 

arrow Ətraflı
Oğuzda sel Xalxal kəndinə ziyan vurub like
  • 01 İyn 22:53  
Digərləri Oğuzda sel Xalxal kəndinə ziyan vurub

Oğuzda sel Xalxal kəndinə ziyan vurub.

arrow Ətraflı
İntihar etmək istəyən qız son anda xilas edildi  VİDEO like
  • 01 İyn 22:45  
Digərləri İntihar etmək istəyən qız son anda xilas edildi VİDEO

Rusiyada özünü 15-ci mərtəbənin pəncərəsindən atmaq istəyən gənc q�

arrow Ətraflı
İlham Əliyevin Moldovaya səfəri başa çatıb like
  • 01 İyn 22:39  
Siyasət İlham Əliyevin Moldovaya səfəri başa çatıb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı
Sərnişinləri tərəzidə çəkib sonra təyyarəyə buraxacaqlar: Aeroportdan qəribə addım like
  • 01 İyn 22:37  
Dünya Sərnişinləri tərəzidə çəkib sonra təyyarəyə buraxacaqlar: Aeroportdan qəribə addım

Yeni Zelandiyanın "Air New Zealand" şirkəti iyun ayından etibarən

arrow Ətraflı
"Niyaməddin Musayev məni görən kimi pulları gizlətdi"  VİDEO like
  • 01 İyn 22:25  
Şou-biznes "Niyaməddin Musayev məni görən kimi pulları gizlətdi" VİDEO

Bu gün Xalq artisti Niyaməddin Musayevin 82 yaşı tamam olur.

arrow Ətraflı
Zirvə toplantısı çərçivəsində görüşlər müsbət atmosferdə keçib  Prezidentin köməkçisi like
  • 01 İyn 22:14  
Siyasət Zirvə toplantısı çərçivəsində görüşlər müsbət atmosferdə keçib Prezidentin köməkçisi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublik

arrow Ətraflı
NASA UFOların varlığını qəbul etdi  VİDEO like
  • 01 İyn 22:08  
Digərləri NASA UFOların varlığını qəbul etdi VİDEO

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) UNO-ların m�

arrow Ətraflı
Bəzi rayonlarda leysan xarakterli yağış yağıb  FAKTİKİ HAVA like
  • 01 İyn 21:57  
Digərləri Bəzi rayonlarda leysan xarakterli yağış yağıb FAKTİKİ HAVA

Bəzi rayonlarda leysan xarakterli yağış yağıb.

arrow Ətraflı
İranda itkin düşdüyü bildirilən azərbaycanlı tələbə CASUSLUQDA ittiham edildi like
  • 01 İyn 21:52  
Digərləri İranda itkin düşdüyü bildirilən azərbaycanlı tələbə CASUSLUQDA ittiham edildi

İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbay

arrow Ətraflı
10 yaşlı qatillərin ŞOK HEKAYƏSİ: like
  • 01 İyn 21:40  
Kriminal 10 yaşlı qatillərin ŞOK HEKAYƏSİ:

Robert və Con sevimli uşaq kimi görünsələr də, bir vaxtlar manşetlərə

arrow Ətraflı