Prezident: Biz 2027ci ilədək Avropa bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırırıq
Siyasət 31 May 2023 15:18:00 94 0
Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında deyib.
"Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng "Şahdəniz" yatağımızdır, digər yataq "Abşeron"dur", - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, olduqca qısa bir zamanda "Abşeron"dan çox yaxşı xəbərlər alınacaq: "Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adına ölkədə fond yaradıl�

Enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu,

"Report" İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib

Biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hi

İki gün öncə Azərbaycanda "Mister & Miss Azerbaijan 2023" yarış

"ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətl

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 n

İsa Həbibbəyli parlamentin bu gün keçirilən iclasında həmkarı Siyavuş

Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişiklik edilməsi barədə q

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Respublikasına rəs

Bakıda ağcaqan əlindən dayanmaq olmur. Nə gecəmiz, nə də gündüzümüz

Model Razi Əliyevavaya şiddət göstərdiyi iddia edilən iş adamı Ziya Hüs
