Bu şəxsləri işə götürənlərin NƏZƏRİNƏ: Qanunla qadağan olanlar nədir? AÇIQLAMA
Digərləri 30 May 2023 22:25:00 255 0
"Əmək qanunvericiliyinə əsasən, 15-18 yaş aralığında işçilər üçün nəzərdə tutulan bir sıra təminatlar var və bu, ayrı-seçkilik deyil".
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq şöbəsinin məsləhətçisi Günel Baxşıyeva xidmətin "Facebook" sosial şəbəkəsi üzərindən yayımlanan "Sosial saat"ın efirində deyib.
O bildirib ki, Əmək Məcəlləsinin 16-cı maddəsi (Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi) bu mənada həmin məqamı istisna edir və ayrı-seçkilik hesab etmir:
"İşəgötürən 15-18 yaş aralığında işə götürdüyü şəxsə öz ixtisasını artırması üçün də müəyyən şərait yaratmalıdır. Hətta bu, onun işəgötürən üçün çalışdığı iş vaxtının tərkibinə daxil edilməlidir.
Uşaqlar üçün qısaldılmış iş vaxtı tətbiq edilir. Amma bu hər yaş üçün eyni deyil. 16 yaşına çatmayan uşaqlara iş saatı həftə ərzində 24 saata qədər təyin edilir. 16-18 yaş arasında isə iş saatı həftə ərzində 36 saatdan çox olmamalıdır. Bəzən işəgötürənlər tam və qısaldılmış iş vaxtına aid əməkhaqlarını qarışdırırlar, haqsızlığa yol verə bilirlər. Lakin buna yol vermək olmaz. Əmək Məcəlləsinə əsasən, o uşaqlar da tam iş vaxtında çalışan digər əməkdaşlarla, eyni vəzifədə çalışanlarla bərabər əməkhaqqı almalıdırlar".
Bəs 15 yaşlı uşaq işə təcrübəçi kimi götürülürmü? İşəgötürənlərin müvafiq staj (təcrübə) tələbi bu məqamda necə tənzimlənir?
G.Baxşıyeva suala cavab olaraq qeyd edib ki, bu, Əmək Məcəlləsi ilə tənzimlənir:
"Əmək Məcəlləsində bir sıra hüquqlar var ki, bu, uşaqlara şamil edilmir. Biri elə işə götürülən zaman sınaq müddətidir. Uşaq iş üçün müraciət edirsə, ondan sınaq müddəti tələb edilə bilməz. Onunla birbaşa müqavilə bağlanılmalıdır. Üstəlik, məhz bu səbəbdən 15-18 yaş aralığında şəxslərin müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi (Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) ilə xitam vermək olmaz. Sınaq müddəti müəyyən edilmədiyinə görə, onun peşəkarlığı mübahisələndirilə bilməz.
Qeyd edim ki, 15-18 yaş aralığındakı uşaqların qeyri-iş günləri, gecə işlərinə cəlb edilməsi qanunla qadağandır. Eləcə də uşaqların ağır əmək fəaliyyətinə cəlb olunması, eləcə də onun əxlaqi kamilliyinə zərər verəcək gecə klublarında çalışması qadağandır. Buna görə İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə hüquqi və fiziki şəxslər məsuliyyətə cəlb edilə bilərlər".
30 may tarixində UNESCO-nun mənzil-qərargahında "Mədəni dəyərlərin
Narahatlıq və neqativlik uzun müddət toplana bilər, amma sonda qaçılmaz o
"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşi
Müğənni Gülay Zeynallı uşaqlıqda başına gələn hadisə haqda danışı
Azərbaycanla İsrail arasında uçuşların sayı tezliklə artırılacaq.
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Ukraynanın Zaporojye vilayətinin Rusiya ordusunun işğalında olan Melitopol
Qaraçıların taleyi əslində həsəd aparılası deyil. İkinci Dünya Mühar
Dövlət Turizm Agentliyi tərəfindən "Mehmanxanaların ulduz kateqoriyal
Çində müsəlmanlar küçələrə axın edib.
Əməkdar artist Elnarə Abdullayeva "Günün sədası" verilişində
Ukrayna Silahlı Qüvvələri Qərbdən Almaniya istehsalı olan 60-a yaxın &qu
Avtomobil satarkən maşının icbari sığorta müqaviləsinə xitam vermək t�
Məşhur türkiyəli müğənni Sıla Gençoğlu Bakıda solo konsert proqramı