Çörək yemədən 1 aya nə qədər çəki atmaq olar?
Digərləri 28 May 2023 12:40:00 276 0
Pəhrizə başlar-başlamaq qida rasionundan çıxarılan ilk ərzaq çörəkdir. Bir çox mütəxəssis də çörəyin artıq çəkiyə səbəb olması tezisini təsdiqləyir. Lakin çörəklə birlikdə yeyilən qidaların da buna təsiri danılmazdır.
Bu xəbəri də oxu: 2025ci illə bağlı qorxunc proqnoz: müharibələr, epidemiyalar və təbii fəlakətlər olacaq
Son.az Axşam.az-a istinadən xəbər verir ki, arıqlamaq istəyən şəxslərin çörəkdən imtina etməsi vaxt alır. Sağlam qidalanaraq çəki atmaq üçün atılan bu addım birdən-birə deyil, hissə-hissə atılmalıdır.
Çörək deyil, çörəkdən həddindən artıq istifadə artıq çəkiyə səbəb olur. Bu səbəbdən də bəzi mütəxəssislər çörəyin tamamilə yeyilməməsinin tərəfdarı deyil. Bir çox insanı maraqlandıran sual isə çörək yemədən nə qədər arıqlaya biləcəyi ilə bağlıdır.
Karbohidratlı qidaların başında yer alan çörəykdən istehlak etməmək ayda ortalama 4-5 kiloqram arıqlamağınıza yardımçı olacaqdır. Birinci mərhələdə çörəkdən tamamilə imtina etmək əvəzinə, hər yeməkdə yalnız 1 dilim yeyin. Çörək yeməyi dayandırmağa çalışarkən gözdən qaçan ən mühüm nüans isə onun tərkibindəki karbohidratların başqa qidalardan qarşılanmamasıdır. Aşağı kalorili dənli bitkilər, yulaf əzməsi, qəhvəyi düyü və müsli yeyərək bu problemi aradan qaldıra bilərsiniz.
Onu da vurğulayaq ki, bədənin vitaminlərə, minerallara və zülallara ehtiyacı olduğu qədər, karbohidratlara da ehtiyacı var. Bu səbəbdən gündə 1 dilim yemək daha faydalı olacaqdır.
Pəhriz proqramında ağ çörəyi dənli bitkilər, çovdar, tam buğdadan hazırlananlarla əvəzləyə bilərsiniz.
Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın ş
Artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki o
Stilist Lisovets çəhrayı rəngli eynək taxmağa çağırıb.
Türkiyənin zələlədən zərər çəkən Malatya şəhərində bugün keçiri
İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ermənistan o acı məğlubi
Bu zaman qədər seçki prosesində heç bir problem yaşanmayıb. Vətəndaşla
Son.az Kulis.az-a istinadən bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mi
Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib,
"Az görsənən ifaçının çörəyi çox dadlı olur. Bir ara efirə çox
Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqi
Siz də, bütün Azərbaycan xalqı da, bütün dünya ictimaiyyəti də yaxşı
Doyurucu özəlliyi ilə pəhriz proqramlarında istifadə olunan yumurta toxluq
Bu ay biz Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd etmişik və ilin sonu