Prezident: Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur
Siyasət 26 May 2023 11:10:00 234 0
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu göndərib.
Bu xəbəri də oxu: Avropa indi hərəkətə keçməlidir, yoxsa geri qalacaq
Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident, 26 May - Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm. Əsrlər boyu dostluq, mehriban qonşuluq və harmoniya şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı dəstək və etimad, sıx əməkdaşlıq, birgə həyata keçirdiyimiz irimiqyaslı regional layihələr strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi şərtləndirən başlıca amillərdəndir. Bu gün ölkələrimizin rifahına və regionumuzun çiçəklənməsinə xidmət edəcək qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı və yeni məzmunla zənginləşməsi, tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkanlar vardır. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə Azərbaycan-Gürcüstan ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da genişlənməsinə nail olacağıq. Belə bir əlamətdar bayramda Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm". Son.azUkraynanın dövlət kimi məhv olması qaçılmazdır, lakin bu da müxtəlif s
Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır.
Xəbər verdiyimiz kimi, rokun kraliçası adlandırılan dünyaca məşhur mü�
Sinan bəyin bizə qatılması hər hansı bir sövdələşmə ilə əlaqəli de
Bakıda fəaliyyət göstərən "Səhhət-M" MMC və "Ayxan İmpl
İrəvandakı "Hraparak" qəzeti maraqlı cədvəl dərc edib.
"Biz işimizlə məşğul oluruq. Şöhrətpərəstlikdən, şöhrətdən h
Azərbaycanda satışda olan düyülərlə bağlı aparılan monitorinqlərin n�
Azərbaycanın İsveçrədəki səfirliyində 28 May - Azərbaycanın Müstəqil
Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman də
Quru Qoşunlarının 2023-cü il üzrə hazırlıq planına uyğun olaraq, snayp
USAID Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafını hədəfləyir.
Britaniya hökuməti vətəndaşlarına İrana səfər etməmək barədə xəbə
Dünən Abşeron rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş ve