Bazar günündən sonra quyruq "qopacaq"
Digərləri 26 May 2023 10:47:00 112 0
Sinan bəyin bizə qatılması hər hansı bir sövdələşmə ilə əlaqəli deyil. Hazırda az qala Cümhur İttifaqının bir işçisi kimi fəaliyyətə başlamış vəziyyətdədir. Sinan bəylə prinsipial mövzularda danışdıq. Türk dünyası və terrorla bağlı Sinan Oğanla həmfikirik.
Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Sinan Oğana heç bir vəd vermədiyini qeyd edib:
"Mən heç bir vəd verməmişəm. Məndə belə bir şey yoxdur. Bu, Kılıçdaroğlunun işidir. Bazar günündən sonra dəvənin quyruğu qopacaq. Ondan bunun hesabını soruşacaqlar. Tərəfdaşları daxilində də müəyyən istefalar olacaq.
Biz bu ölkəni bölməyəcəyik. Terrorla mübarizədə atdığımız addımları da paylaşır. Bundan başqa türk dünyasındakı əlaqələr. Qaçqınlara gəlincə, təbii ki, Suriyanın şimalında briket evləri ilə bağlı planımız var. Biz bunu QHT-lər vasitəsilə qururuq, Qətərin dəstəyi ilə 1 milyon qaçqını ora yerləşdirə biləcəyik. Mümkün deyil ki, bu layihəni görən kimsə getməsin".
Ərdoğan Zəfər Partiyasının sədri Ümid Özdağa Kılıçdaroğlunun 3 nazirlik vəd etdiyini də bildirib.
Xatırladaq ki, prezident seçkilərinin 28 mayda keçiriləcək ikinci turunda ATA İttifaqının prezidentliyə sabiq namizədi Sinan Oğan Ərdoğana, ATA İttifaqının əsas qüvvəsi olan Zəfər Partiyası isə Kılıçdaroğluya dəstək verib.
Bakıda fəaliyyət göstərən "Səhhət-M" MMC və "Ayxan İmpl

İrəvandakı "Hraparak" qəzeti maraqlı cədvəl dərc edib.

"Biz işimizlə məşğul oluruq. Şöhrətpərəstlikdən, şöhrətdən h

Azərbaycanda satışda olan düyülərlə bağlı aparılan monitorinqlərin n�

Azərbaycanın İsveçrədəki səfirliyində 28 May - Azərbaycanın Müstəqil

Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman də

Quru Qoşunlarının 2023-cü il üzrə hazırlıq planına uyğun olaraq, snayp

USAID Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafını hədəfləyir.

Britaniya hökuməti vətəndaşlarına İrana səfər etməmək barədə xəbə

Dünən Abşeron rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş ve

Ukrayna ordusu ötən gecə Rusiyanın İran istehsalı olan 36 "Shahed&quo

Bakıda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Türkiyəli məşhur sənətçi İbrahim Tatlısəs 5 ildir evində razılığı
