Azərbaycan xarici işlər nazirinin müavini İsrailə işgüzar səfər edib FOTO
Siyasət 25 May 2023 20:30:00 61 0
21-25 may 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev İsrail Dövlətinə işgüzar səfər edib.
Bu xəbəri də oxu: Bakı çağırış etdi, separatçılar təslim olmadı
Son.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, xarici işlər nazirinin müavini Fariz Rzayev səfər çərçivəsində İsraildə hər il təşkil edilən "Herzliya" Konfransında iştirak edib, habelə İsrailin bir sıra dövlət məmurları və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşüb.
"Herzliya" Konfransında "Azərbaycan-İsrail Strateji Əlaqələri" mövzusunda çıxış edən nazir müavini F.Rzayev Azərbaycan-İsrail münasibətləri, regional məsələlər, ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə digər mövzular barədə konfrans iştirakçılarını məlumatlandırıb.
Səfər çərçivəsində, nazir müavini Fariz Rzayev həmçinin İsrail Dövləti Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi və baş direktorun müavini, Avrasiya bölməsinin rəhbəri Simona Halperin ilə görüşüb. Görüşlər zamanı nazir müavini Fariz Rzayev tərəf müqabillərini post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən maneələr barədə məlumatlandırıb.
Səfər zamanı nazir müavini Fariz Rzayev o cümlədən Qüds Strategiya və Təhlükəsizlik İnstitutu, habelə Təl-Əviv Universiteti nəzdində fəaliyyət göstərən Moşe Dayan Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzində ekspertlər, professor və tələbələrlə görüşüb.
İsrail Dövlətinə səfəri çərçivəsində nazir müavini Fariz Rzayev Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi tərəfindən İsraildə ilk dəfə olaraq Müstəqillik Günü münasibətilə təşkil edilmiş rəsmi tədbirdə iştirak və çıxış edib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 25-də Moskvada Azərbaycan Re

Mayın 25-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından Ali

Əməkdar artist Elza Seyidcanan əməliyyat olunub.

Azərbaycanın ikitərəfli formatda təşkilata (Ali Avrasiya İqtisadi Şuras�

Azərbaycanda işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir. Demoqrafik art

Mayın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliy

Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələ

Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə e

Alimlər insanın mənşəyi ilə bağlı sensasiyalı nəzəriyyə irəli sür�

Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzi

Prezident İlham Əliyev hazırda Moskvada Ali Avrasiya İqtisadi Şurasının g

İyunun 17-18-də Azərbaycanda ilk Hava şarları Festivalı (Balloon Festival)

Müğənnilər Sevinc və Sevil Səfərovalar maraqlı etirafları ilə diqqət
