Paşinyan "qaçışın" olmadığı yerdə Zəngəzur qapıları açılır:


Siyasət 25 May 2023 19:30:00 140 0

Paşinyan "qaçışın" olmadığı yerdə  Zəngəzur qapıları açılır:

Prezident İlham Əliyev hazırda Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edir. Dövlət başçısı bu iclasa Vladimir Putinin dəvəti ilə qonaq qismində qatılıb. Prezident İlham Əliyevin bu iclasa qatılması o demək deyil ki, Azərbaycan bu Avrasiya İqtisadi Şurasının üzvü olacaq.

Azərbaycanın bu tədbirə qatılmasını şərtləndirən daha vacib məsələ var. Bu da Rusiyanın dəstəyi ilə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin üçtərəfli görüşünün keçirilməsi məsələsidir.

Lakin bu demək deyil ki, Azərbaycanın bu qurum üzvləri ilə münasibətləri ürəkaçan deyil. Həmin İttifaqda yer alan dövlətlərin adına nəzər salsaq, Ermənistan istisna olmaqla Azərbaycan hər biri ilə çox müsbət əlaqələrə malikdir.

Təkcə onu qeyd etmək yerinə düşər ki, Azərbaycanın ikitərəfli formatda, Ermənistan istisna olmaqla həmin ölkələrlə 5 milyar dollara yaxın ticarət dövriyyəsi mövcuddur.

Bu gün Azərbaycanın hər hansı bir iqtisadi forumun və yaxud ittifaqın bir parçası olmağa ehtiyacı da yoxdur. Çünkü Azərbaycan dayanıqlı iqtisadiyyata malik, özünü təmin edən ölkədir və xaricdən hər hansı dəstəyə ehtiyacı yoxdur. Bu bizə müstəqil xarici siyasət yürütməyə imkan verir və rəsmi Bakı istənilən məsələdə öz qətiyyətini ortaya qoya bilir.

Hazırda Rusiya da, Azərbaycan da nə istədiyini yaxşı bilir. Rusiyanın da bugün əsas marağı məhz Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Belə görünür ki, Nikol Paşinyan da artıq Kremlin buna israr etdiyinin fərqindədir. Məhz son günlər Nikol Paşinyanın kommunikasiyaların açılması istiqamətində müsbət siqnallar verməsi məsələsində hamisinin də "rolu" danılmazdır.

Ermənistan baş naziri son bir ayda Azərbaycanın ərazi bütövlüyü və kommunikasiyaların açılması ilə bağlı nə qədər müsbət siqnallar versə də, rəsmi İrəvanın mövqeyi hələ də qeyri-müəyyəndir. Çünkü Avropa İttifaqı da, Vaşinqton da, Rusiya da, Bakı da nə istədiyinin fərqindədir, tək Ermənistandan başqa.

Bu reallıqda Ermənistan elə bir təəssürat bağışlayır ki, bir tərəfdən Rusiyanı şantaj erməklə Qərbə meyillənmək istəyir, üstəlik Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçırır, digər yandan isə Rusiyanın orbitindən çıxa bilmir. Bu ikili oyunların Ermənistan üçün zərərləri çox böyük ola bilər.

30 illik işğal dövründə Azərbaycan və Ermənistan qlobal bir oyunun subyektləri idisə, 44 günlük müharibə ilə bu geosiyasi reallıq tamamilə dəyişdi. Daşlar yeruindən oynadı. Bu oyunu 30 il idarə edən güclərin gözləmədiyi halda Azərbaycan bu "manaqişənin" subyektindən bu münaqişəni həll edən tərəfə çevrildi.

BMT, Aİ, Rusiya üçün bu nəticə gözlənilməz oldu. Ermənistan isə Azərbaycandan fərqli olaraq regionumuzda qurulan bu qlobal oyunun subyekti olaraq da qalır. Və bu müddət uzandıqca Ermənistan həm bu dövlətlərlə, beynəlxalq təşkilatlarla da qarşılıqlı münasibətlərdə öz reytinqini itirir. Nəticədə artıq Ermənistanın irəli sürdüyü hər hansı təklif o qədər ciddi nəzərə alınmır.

Ermənistan Rusiyanın isə forpostu olaraq bu gün onun üzünə ağ olduğu üçün Moskvanın daha ciddi təzyiqləri ilə qarşı-qarşıya qala bilər. Amma Rusiyanın da özünün bugünkü vəziyyətinin geopolitik sferada o qədər də ürəkaçan olmadığını nəzərə alsaq, burada bugünkü gün ən yaxşı vəziyyətdə olan tərəfin Azərbaycan olduğunu deyə bilərik.

Bu gün məhz Moskvada Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında Prezident İLham Əliyevin qonaq qismində qatılması heç də adi səfər deyuil. Dövlət başçısı bu tədbirə qatılıbsa, mütləq şəkildə Bakı ilə Moskva arasında Azərbaycanın maraqlarının mütləq şəkildə nəzərə alındığı müəyyən razılaşmalar mövcuddur.

Rusiya prezidentinin dəvətilə baş tutan səfərdə ilk dəfə Azərbaycan qonaq qismində bu təşkilatın iclasına qatılır ki, bu detal düşünməyə əsas yaradır ki, Bakı ilə Moskva arasında elan edilməyən və ortaq məxrəcə gəlinən bəzi mövzular mövcuddur.

İclasda çıxışı zamanı Ermənistan istisna olmaqla, Ali Avrasiya İqtisadi Şurasına üzv ölkələrlə Azərbaycanın əməkdaşlığı 30 il ərzində uğurla inkişaf etməsinə toxunan Prezident İlham Əliyev Nikol Paşinyanın da iştirak etdiyi bu tədbirdə münasibətlərin normallaşdırılması üçün tarixi imkan yarandığını növbəti dəfə rəsmi İrəvanın diqqətinə çatdırıb: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ciddi imkanlar mövcuddur".

Dövlət başçısı "Zəngəzur dəhlizi beynəlxalq dəmir yol marşrutlarının bir hissəsinə çevriləcək" açıqlaması ilə eyni zamanda Ermənistan tərəfinə konstruktivlik nümayiş etdirib, bu çətin geoiqtisadi və siyasi durumdan çıxmaq üçün verilən şansdan yararlanmaq imkanının olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı deyib ki, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması əsasında münasibətlərin normallaşdırılması üçün ciddi imkanlar mövcuddur. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş baş tutacaq. Bu açıqlamalar fonunda dövlət başçısının belə bir anons verməsi bir daha davamlı sülh gündəliyinin böyük bir hissəsinin artıq razılaşdırıldığı ilə bağlı ictimaiyyətə müsbət mesaj da ötürmüş olub.

Vladimir Putinin də çıxışında "Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olması vacibdir, qalanları ikinci dərəcəlidir" ifadələrinə yer ayırması düşünməyə çox tutarlı əsas yaradır ki, Kreml Vaşinqton və Brüssel danışıqlarını kölgədə qoymaq üçün Bakı ilə İrəvan arasında çoxdan gözlənilən məsələlərdən biri və yaxud bir neçəsi ilə bağlı ciddi irəliləyişə imza atmaq niyyətindədir. Bununla da Rusiya özünün Cənubi Qafqazdakı dividentini qorumaq adına irəliyə doğru olduqca ciddi gediş etmək niyyətini göstərə bilər.

Artıq beynəlxalq siyasi arenada güvənilməz siyasətçi obrazı ilə tanınan, günaşırı siyasi ritorikasını dəyişən Paşinyan üçün xalqının, dövlətinin xoş gələcəyi prioritet təşkil edirsə, o mütləq yaranmış fürsətdən istifadə edib Ermənistanı "missiya" dövlətindən region dövlətinə çevirmək istiqamətində addım atmaq barədə düşünməlidir. Bu isə şübhəsiz ki, kommunikasiyaların açılması, Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələlərini şifahi nitqdən, konkret praktiki addımlar müstəvisinə yüksəltməsindən asılıdır.

Təhməz Əsədov Trend

Azərbaycanda ilk dəfə: Hava şarları festivalı like
  • 25 May 19:26  
Digərləri Azərbaycanda ilk dəfə: Hava şarları festivalı

İyunun 17-18-də Azərbaycanda ilk Hava şarları Festivalı (Balloon Festival)

arrow Ətraflı
“İkimiz də müğənni olmaq istəməmişik”  VİDEO like
  • 25 May 19:24  
Şou-biznes “İkimiz də müğənni olmaq istəməmişik” VİDEO

Müğənnilər Sevinc və Sevil Səfərovalar maraqlı etirafları ilə diqqət

arrow Ətraflı
Vuçiç: Serbiya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək like
  • 25 May 19:18  
Siyasət Vuçiç: Serbiya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək

Bu il Sizin (Prezident İlham Əliyev - red.) Serbiyaya gözlənilən səfərini

arrow Ətraflı
Prezident: Azərbaycan regionda ən iri hava yük donanmasına malikdir like
  • 25 May 19:17  
Siyasət Prezident: Azərbaycan regionda ən iri hava yük donanmasına malikdir

Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi iş�

arrow Ətraflı
Prezident: Bu, Xəzərdəki qonşularımıza da təqdim olunub like
  • 25 May 19:14  
Siyasət Prezident: Bu, Xəzərdəki qonşularımıza da təqdim olunub

Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki q

arrow Ətraflı
Qida zəhərlənməsindən öldüyü deyilən polislə bağlı açıqlama like
  • 25 May 19:12  
Digərləri Qida zəhərlənməsindən öldüyü deyilən polislə bağlı açıqlama

Mayın 24-ü axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu

arrow Ətraflı
İlham Əliyev: Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək like
  • 25 May 19:10  
Siyasət İlham Əliyev: Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək

On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı ya

arrow Ətraflı
Hər kəs nişanlı bilirdi, evləniblərmiş....  FOTO like
  • 25 May 19:00  
Şou-biznes Hər kəs nişanlı bilirdi, evləniblərmiş.... FOTO

Dünyanı Azərbaycan musiqiləri ilə gəzən cütlük kimi tanınan Röya və

arrow Ətraflı
Meymun körpə uşağa hücum etdi  FOTO like
  • 25 May 18:48  
Digərləri Meymun körpə uşağa hücum etdi FOTO

Rusiyanın Saxalin vilayətində meymun körpə uşağa hücum edib.  

arrow Ətraflı
İlham Əliyev: Əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük like
  • 25 May 18:47  
Siyasət İlham Əliyev: Əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük

Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 3

arrow Ətraflı
Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 25 May 18:26  
Siyasət Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə

arrow Ətraflı
Vuçiç Prezident İlham Əliyevi təbrik edib like
  • 25 May 18:25  
Siyasət Vuçiç Prezident İlham Əliyevi təbrik edib

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyev

arrow Ətraflı