Ruslan 16 yaşlı cüdoçunu görün nə üstə qətlə YETİRİB


Kriminal 24 May 2023 23:25:00 185 0

Ruslan 16 yaşlı cüdoçunu görün nə üstə qətlə YETİRİB

Ötən gün Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan Ruslan Səfixanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Prokuror Ruslan Səfixanov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilməsini istəyib.

Son.az xəbər verir ki, istintaqın gedişi ilə bağlı Referans.az-a danışan Ruslan Səfixanovun vəkili Adəm Məmmədov bildirib ki, Ruslanın belə bir müddətdə azadlıqdan məhrum olunacağı ehitmal olunurdu:

"Əslində istintaqın belə yekunlaşacağı bilinirdi. Çünki bu məsələ cəmiyyətdə çox kəskin etiraz doğuran bir mövzudur. Dünənki məhkəmədə şahidlər danışdılar, ifadə verdilər. Onlar da bildirdilər ki, bunların arasında söyüş olub, yəni mübahisə söyüş üstündə baş verib, lakin yenə də Ruslan cinayət məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə yanaşı, həm də 120.2.2-ci maddəsi, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə ilə də ittiham olundu. Bəzi insanlar bunu inkar edir, amma real şahidlər təsdiqləyir ki, Ruslana qarşı orada söyüş olub. Hətta polis belə ifadə vediyi zaman bunu bildirmişdi ki, Ruslan Turanı söyüş üstündə vurub".

Adəm Məmmədovun sözlərinə görə, hadisənin baş verdiyi anı Ruslan ona danışıb və Turanı nə üçün qətlə yetirdiyini tam olaraq bildirib: "Ruslanla söhbətim zamanı mənə mübahisənin yarandığı anı danışıb. Hadisə baş verən zaman Ruslan oturmaq üçün öz yerinə yaxınlaşıb, lakin yerinə çatanda Turanın onun oturacağı yerə ayağını qoyduğunu görüb və Turandan ayağını ordan çəkməsini istəyib. Lakin Turan buna məhəl qoymayıb və Ruslana qarşı söyüş söyüb. Bundan sonra Ruslan əsəbləşib və aralarında yaranan mübahisə zamanı Turanı qətlə yetirib. Artıq istintaq müddəti də bitdi. Növbəti məhkəmə sonuncu ola bilər. Hazırkı vəziyyətdə Ruslan cinayət məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunur. Buna görə o, 14 ildən 20 ilə qədər azadlıqdan məhrum edilə bilər".

Vəkil bildirib ki, Ruslanın hətta ömürlük həbs cəzası alması belə ehtimal olunurdu, lakin bəzi cinayəti yüngülləşdirən hallar nəzərə alınıb: " Biz Ruslanın ömürük həbs cəzası almasını belə ehitmal edirdik, lakin bununla bitməsi belə sevindirici haldır. Amma bunu da nəzərə almalıyıq ki, Ruslan hələ yeniyetmədir və əvvəllər hər hansı bir cinayət törətməyib. Eynu zamanda bir adam öldürməyə görə çox nadir hallarda şəxsi ömürlük azadlıqdan məhrum edə bilərlər"

Adəm Məmmədov qeyd edib ki, məhkəmənin belə bitəcəyini ehtimal etməyiblər. Onun sözlərinə görə növbəti məhkəmə iclası, yəni iyunun 5-də keçiriləcək məhkəmə sonuncu ola bilər və yekun qərar qəbul olunması gözləniləndir.

Məşhur model formada qalmağın like
  • 24 May 23:17  
Şou-biznes Məşhur model formada qalmağın

Məşhur modelyer İvana Sərt yutubda yayımlanan Armağan Çağlayanın proqr

arrow Ətraflı
Tina Törner 83 yaşında vəfat etdi like
  • 24 May 23:09  
Şou-biznes Tina Törner 83 yaşında vəfat etdi

Amerikalı və isveçrəli müğənni, aktrisa və rəqqasə Tina Törner 83 ya�

arrow Ətraflı
Hanı Şövkətlər, hanı Saralar, hanı Rübabələr?  VİDEO like
  • 24 May 22:41  
Kriminal Hanı Şövkətlər, hanı Saralar, hanı Rübabələr? VİDEO

Xalq artisti Zeynəb Xanlarova illər sonra Mədəniyyət Nazirliyi üçün kame

arrow Ətraflı
ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir  Dövlət Departamenti like
  • 24 May 22:37  
Siyasət ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir Dövlət Departamenti

ABŞ Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir

arrow Ətraflı
Bu içkilər zob yaradır like
  • 24 May 22:30  
Digərləri Bu içkilər zob yaradır

İnsan orqanizmində yod çatışmazlığı ən böyük problemdir. Bu, ilk növ

arrow Ətraflı
Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni like
  • 24 May 22:07  
Şou-biznes Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni

Uzun illərdir Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Rusla

arrow Ətraflı
İran müxalif jurnalistlərin ailələrini girov götürür like
  • 24 May 21:58  
Digərləri İran müxalif jurnalistlərin ailələrini girov götürür

Molla rejimi xaricdə mühacirətdə yaşayan müxalif jurnalistlərin İranda y

arrow Ətraflı
Sahibə Qafarova Serbiyaya səfərə gedib like
  • 24 May 21:50  
Siyasət Sahibə Qafarova Serbiyaya səfərə gedib

Mayın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə p

arrow Ətraflı
Şirvanşahlar dövrünə aid kəhrizdən hələ də istifadə edilir  VİDEO like
  • 24 May 21:41  
Digərləri Şirvanşahlar dövrünə aid kəhrizdən hələ də istifadə edilir VİDEO

Şamaxı sakini Xəlil Əfəndiyevə məxsus yaşayış evinin həyətində Şir

arrow Ətraflı
İki həftə öncə evlənən məşhur aktrisa hamilədir like
  • 24 May 21:30  
Şou-biznes İki həftə öncə evlənən məşhur aktrisa hamilədir

Türkiyəli məşhur aktrisa Ezgi Mola hamilə olduğunu açıqlayıb.

arrow Ətraflı
Çikaqoda mayın 28i Azərbaycanın Müstəqillik Günü elan olunub  FOTO like
  • 24 May 21:13  
Siyasət Çikaqoda mayın 28i Azərbaycanın Müstəqillik Günü elan olunub FOTO

Son.az report-a istinadən xəbər verir ki, bəyannamədə 1918-ci ildə müs�

arrow Ətraflı
Azyaşlı qızlar niyə evdən qaçır?  “Hələ də insanlar anlamır ki..." like
  • 24 May 21:04  
Digərləri Azyaşlı qızlar niyə evdən qaçır? “Hələ də insanlar anlamır ki..."

Bir neçə gün öncə 13 yaşlı yeniyetmə qızın sosial şəbəkədə tanı�

arrow Ətraflı
Paşinyan Rusiyaya işgüzar səfərə gedib like
  • 24 May 20:55  
Dünya Paşinyan Rusiyaya işgüzar səfərə gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.

arrow Ətraflı