Azyaşlı qızlar niyə evdən qaçır? “Hələ də insanlar anlamır ki..."


Digərləri 24 May 2023 21:04:00 164 0

Azyaşlı qızlar niyə evdən qaçır?  “Hələ də insanlar anlamır ki..."

Bir neçə gün öncə 13 yaşlı yeniyetmə qızın sosial şəbəkədə tanış olduğu, 44 yaşlı 3 uşaq atasına qaçması xəbəri ölkədə rezonans yaratdı. Yenə də həmişəki kimi "ictimai qınaq" öz sözünü dedi.  Belə ki, insanlar iki qrupa bölünərək gah qaçanı, gah da 44 yaşlı "kişi"ni günahkar çıxarmağa, emosiyalarını çatdırmağa çalışdılar. Lakin görünən odur ki, bu məsələ nə qədər qınaq obyektinə çevrilsə də, qız uşaqlarının evdən qaçması halları davam edir. Xüsusilə də bölgələrdə... Bəs, bu qızları evdən qaçıran səbəblər nədir?  Psixoloqların fikrincə, evdə sevgi, qayğı görməyən qızlar hər yerdə onun axtarışında olur. Ana qayğısı, ata sevgisi uşaqlara, xüsusilə də yeniyetməlik dövründə olanlar üçün sözügedən faktorlar çox önəmlidir.

Son.az bildirir ki, psixoloq Samirə Bağırova mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bir sıra məqamlara toxunub. Onun fikrincə, sözügedən məsələlər təkcə psixoloqların gördüyü işlərlə yekunlaşmamalıdır: "Azyaşlı qızların evdən qaçması məsələsi böyük və həll olunmamış problem olaraq qalır. Bu problemə kompleks şəkildə yanaşmaq lazımdır. Ümid edib dəyişiklik görə bilmədiyimiz Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, üzünü heç yerdə görə bilmədiyimiz Ombudsman və digər aidiyyatı qurumlar bir araya gələrək addım atmalıdırlar.  Hər komitə birləşib birgə peşəkar mütəxəssislərdən ibarət qruplar yaradıb bölgələrə hüquqşünaslar, psixoloqlardan ibarət qruplar təyin etməlidirlər. Bölgələrdə valideyinlərlə görüşlər, seminarlar təşkil etsələr yəni ölkəyə, vətəndaşlara həqiqətən canfəşanlıq etmək niyyətində olsalar, əlbəttə ki, qısa müddət ərzində hər şey dəyişəcək". Psixoloq bölgələrdə yaşayan problemli şəxslərin efirə çıxmasını, yardım istəməsini də tənqid edib: "Hələ də insanlar anlamır ki, televiziya proqramları problemi işıqlandırmaq üçündür, həll etmək üçün deyil. Proqramlarda problemlər həll olunanda əlbəttə ki, vəzifəyə təyin olunanların narahat olmalarına səbəb yaranmır. Bir ölkənin düşüncəsini dəyişmək üçün 3 ay bəs edirsə, bölgələrə 1 ay kifayət edir. Təəssüf ki, vəzifə başında olanların sadəcə ad və soyadları dəyişir, problemlər isə illərdir olduğu kimi qalır. Bu məsələ ilə bağlı bizlər nə qədər danışsaq da danışıq olaraq qalacaq". 

Paşinyan Rusiyaya işgüzar səfərə gedib like
  • 24 May 20:55  
Dünya Paşinyan Rusiyaya işgüzar səfərə gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.

arrow Ətraflı
“Bu rəqsləri toylarımızda necə gəldi oynayıb, pis günə qoyurlar...”  FOTOLAR like
  • 24 May 20:47  
Kriminal “Bu rəqsləri toylarımızda necə gəldi oynayıb, pis günə qoyurlar...” FOTOLAR

"Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çox istedadlıdırlar.

arrow Ətraflı
Azərbaycanda nə qədər talassemiya xəstəsi var? like
  • 24 May 20:18  
Digərləri Azərbaycanda nə qədər talassemiya xəstəsi var?

2022-ci ildə ilk dəfə talassemiya diaqnozu ilə 320 nəfər qeydə alınıb.

arrow Ətraflı
15 yaşlı qız smartfona görə like
  • 24 May 20:09  
Digərləri 15 yaşlı qız smartfona görə

Qayanada (Cənubi Amerika) tələbə internat məktəbinin yataqxanasını yand�

arrow Ətraflı
Maaşları artırmayan müəssisələrə bildiriş göndərilir  VİDEO like
  • 24 May 20:00  
Digərləri Maaşları artırmayan müəssisələrə bildiriş göndərilir VİDEO

Bəzi müəssisələrə əməkhaqqıları artırmaq tövsiyə olunur.

arrow Ətraflı
İran parlamentində əlbəyaxa dava  VİDEO like
  • 24 May 19:48  
Dünya İran parlamentində əlbəyaxa dava VİDEO

İran parlamentində əlbəyaxa dava olub.

arrow Ətraflı
Ramil Nabranın atası meyxanaçı imiş like
  • 24 May 19:36  
Şou-biznes Ramil Nabranın atası meyxanaçı imiş

Reper Ramil Nabran həyatı ilə bağlı bəzi faktları açıqlayıb.

arrow Ətraflı
İqtisadi Şuranın növbəti iclası keçirilib  FOTO like
  • 24 May 19:26  
Digərləri İqtisadi Şuranın növbəti iclası keçirilib FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.

arrow Ətraflı
Vəhşi fillər yolun ortasında döyüşdülər  VİDEO like
  • 24 May 19:24  
Digərləri Vəhşi fillər yolun ortasında döyüşdülər VİDEO

Hindistanda iki vəhşi fil yolun ortasında şiddətli döyüşə çıxıb.

arrow Ətraflı
Yeni məktəbli formalarının qiyməti açıqlandı like
  • 24 May 19:12  
Digərləri Yeni məktəbli formalarının qiyməti açıqlandı

2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar haz

arrow Ətraflı
Ermənistanla Azərbaycan bu barədə razılığa gəlib  Paşinyan like
  • 24 May 19:08  
Digərləri Ermənistanla Azərbaycan bu barədə razılığa gəlib Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın qalan əraziləri ilə

arrow Ətraflı
"Polis bizi  tutub o cür fotomuzu çəkmişdi, Kübra stolun altına girmək istəyirdi"  VİDEO like
  • 24 May 19:00  
Şou-biznes "Polis bizi tutub o cür fotomuzu çəkmişdi, Kübra stolun altına girmək istəyirdi" VİDEO

Aparıcı Elgiz Əkbər pandemiya ərəfəsində qanunları pozduğunu etiraf ed

arrow Ətraflı
Sürücüdən özəl taksi şirkətlərinə: “Nökər olmaq istəmirəm”  VİDEO like
  • 24 May 18:50  
Digərləri Sürücüdən özəl taksi şirkətlərinə: “Nökər olmaq istəmirəm” VİDEO

Taksi sürücüləri özəl şirkətlərin qoyduqları qiymətlərdən narazıd�

arrow Ətraflı