Dini konfessiyaların rəhbərləri İlham Əliyevə məktub ünvanlayıb


Siyasət 24 May 2023 12:49:00 142 0

Dini konfessiyaların rəhbərləri İlham Əliyevə məktub ünvanlayıb

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə - Azərbaycan xalqının ləyaqətli oğluna, dünyanın tanınmış siyasi xadiminə və Müzəffər Ali Baş Komandana salamlarımızı çatdırır, tariximizin əlamətdar bayramlarından olan 28 May - Müstəqillik Günü münasibətilə təbriklərimizi ünvanlayırıq.

Müstəqillik dövlətini, torpağını və bayrağını şərəfi kimi qoruyub saxlayan hər bir millətin müqəddəs amalıdır. Allaha şükürlər olsun ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən möhtəşəm dönəmini yaşayır. Biz din xadimləri Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında Sizin misilsiz fəaliyyətinizin şahidiyik, ölkədə apardığınız genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım dini dəyərlərə verilən böyük önəm və diqqətin təzahürüdür. Məhz buna görə Azərbaycandakı din-dövlət münasibətləri, multikulturalizm və tolerantlıq ənənələri, etiqad azadlığına hörmət müdrik siyasətin nümunəsi kimi dünya miqyasında yüksək qiymətləndirilir.

Bu siyasətin təməli müstəqil dövlətçiliyimizin qurucusu, bu il 100 illik yubileyini böyük ehtişamla qeyd etdiyimiz görkəmli siyasi xadim, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və Zati-alinizin səyləri ilə uğurla davam etməkdədir. Məhz Sizin sayənizdə müstəqil Azərbaycan əksər nüfuzlu beynəlxalq və regional təşkilatlarda layiqincə təmsil olunur, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. O cümlədən dünya dinləri nümayəndələrinin təmsil olunduqları ali məclislər - MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının iclasları, Dünya Dini Liderlərinin Beynəlxalq Sammiti Bakıda keçirilir və dinlərarası dialoqun, multikulturalizmin, sivilizasiyalararası əməkdaşlığın bariz nümunəsini təcəssüm etdirir. Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, ksenofobiya hallarının müşahidə olunduğu, terrorçuluq, separatçılıq, dini radikalizm, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir zamanda dünyaya təqdim etdiyimiz multikulturalizm modeli və mədəniyyətlərarası dialoq çağırışları müstəqil Azərbaycan dövlətinin gücünü və qüdrətini nümayiş etdirir.

Biz din xadimləri fəxr edirik ki, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində böyük Zəfərin şahidi olmuşuq. Bölgənin qısa zaman içərisində yenidən qurulması, işğaldan azad olunmuş Şuşanın 2023-cü ildə türkdilli dövlətlərin mədəniyyət paytaxtı elan edilməsi - bunların hamısı Zati-alinizin yenilməz nüfuzunun və əzminin göstəricisidir. Biz bu səbəbdən Azərbaycan dövlətinin gələcəyinə böyük inamla, ümidlə baxırıq və Zati-alinizin tövsiyəsi, Azərbaycan dövlətinin dəstəyi ilə Türk Dövlətləri Təşkilatı nəzdində Müsəlman Dini İdarə Rəhbərləri Şurasının yaradılmasını siyasi və ictimai baxımdan böyük nailiyyət hesab edirik.

Zati-aliləri, fürsətdən istifadə edərək, 28 May - Müstəqillik Günü ərəfəsində böyük ehtiram hissi ilə Sizə və ailənizə uzun ömür, cansağlığı, şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. Biz dindarlar Azərbaycan xalqının gələcəyi və rifahı naminə Sizin fəaliyyətinizi hər zaman bəyənir və dəstəkləyirik. Əminik ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, dövlət müstəqilliyimiz əbədi qalacaq, haqqın qalibiyyəti daim Zati-alinizlə olacaqdır!

Uca Yaradan hər zaman yardımçınız olsun! Amin.

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Milix Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,

Arximandrit Aleksiy Nikonorov

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi,

Yepiskop Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol

prefekturasının ordinarisi,

Aleksandr Şarovskı

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri,

Robert Mobili

Alban-udi Xristian Dini İcmasının sədri".

Son.az 

Plyonka bazarında qiymət artımı olmasa da, durğunluq yaşanır like
  • 24 May 12:46  
Digərləri Plyonka bazarında qiymət artımı olmasa da, durğunluq yaşanır

Yay fəsli yaxınlaşdıqca sürücülər istidən və günəş şüasından qor

arrow Ətraflı
Müğənni barda dava saldı like
  • 24 May 12:35  
Digərləri Müğənni barda dava saldı

Rusiyanın məşhur "Zveri" qrupunun solisti və lideri Roman Bilık S

arrow Ətraflı
Daha bir təhlükə mənbəyi  Üstü açıq qalan quyular like
  • 24 May 12:24  
Digərləri Daha bir təhlükə mənbəyi Üstü açıq qalan quyular

Paytaxtın Nərimanov rayonunda yarımçıq tikilinin qarşısında ağzı açı

arrow Ətraflı
Türkiyədə pandemiya zamanı maska taxmayanların cərimələri geri qaytarılacaq like
  • 24 May 12:13  
Digərləri Türkiyədə pandemiya zamanı maska taxmayanların cərimələri geri qaytarılacaq

Türkiyədə pandemiya zamanı maska taxmayanların cərimələri geri qaytarıl

arrow Ətraflı
Türkiyənin bu ərazilərində təbii qaz və neftin tapılma ehtimalı çox yüksəkdir like
  • 24 May 12:05  
Digərləri Türkiyənin bu ərazilərində təbii qaz və neftin tapılma ehtimalı çox yüksəkdir

Türkiyədə yeni neft və qaz yataqları üçün 2023-cü ilin sonuna qədər k

arrow Ətraflı
17 min rus əsgəri 700 km sərhədi necə qoruya bilər? like
  • 24 May 12:02  
Digərləri 17 min rus əsgəri 700 km sərhədi necə qoruya bilər?

Rusiya Ukrayna sərhədini sütundan sütuna tam bağlaya, yaxud gecə-gündüz

arrow Ətraflı
Yanvaraprel aylarında Çin vətəndaşları Türkiyədə 300dən çox əmlak alıblar like
  • 24 May 11:55  
Digərləri Yanvaraprel aylarında Çin vətəndaşları Türkiyədə 300dən çox əmlak alıblar

2023-ci ilin yanvar-aprel aylarında Çin vətəndaşları Türkiyədə 317 daş

arrow Ətraflı
Rusiyanın Ukraynadakı cəlladlarından biri ölkəsində like
  • 24 May 11:51  
Dünya Rusiyanın Ukraynadakı cəlladlarından biri ölkəsində

Rusiyanın Novosibirsk şəhərində qorxunc hadisə baş verib. Belə ki, dörd

arrow Ətraflı
Bakının mərkəzində qızın başına beton parçası düşdü like
  • 24 May 11:47  
Digərləri Bakının mərkəzində qızın başına beton parçası düşdü

Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə baş veri

arrow Ətraflı
İrandan qayıqlarla Azərbaycana narkotik daşıyırdılar like
  • 24 May 11:45  
Kriminal İrandan qayıqlarla Azərbaycana narkotik daşıyırdılar

Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotikləri qa�

arrow Ətraflı
Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT like
  • 24 May 11:43  
Digərləri Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsinə rəis təyin o

arrow Ətraflı
Aygün Kazımova ilə oxuduğu duetdən sonra... like
  • 24 May 11:40  
Şou-biznes Aygün Kazımova ilə oxuduğu duetdən sonra...

Müğənni-bəstəkar Murad Arif albom çıxaracağını açıqlayıb. 

arrow Ətraflı
Nazir işində fərqlənən polkovniki vəzifəsindən azad etdi like
  • 24 May 11:37  
Digərləri Nazir işində fərqlənən polkovniki vəzifəsindən azad etdi

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

arrow Ətraflı
Rusiya Belqorodu müdafiə edə bilmir like
  • 24 May 11:29  
Digərləri Rusiya Belqorodu müdafiə edə bilmir

Rusiyanın Belqorod vilayətində baş verən son hadisələrdən sonra ruslar U

arrow Ətraflı
Uzaq səfərə çıxan sürücülərin NƏZƏRİNƏ: like
  • 24 May 11:20  
Digərləri Uzaq səfərə çıxan sürücülərin NƏZƏRİNƏ:

İsti hava şəraiti ilə bağlı uzaq yol qət etmək məqsədilə magistral yo

arrow Ətraflı