İrandan qayıqlarla Azərbaycana narkotik daşıyırdılar


Kriminal 24 May 2023 11:45:00 171 0

İrandan qayıqlarla Azərbaycana narkotik daşıyırdılar

Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotikləri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.

DİN-dən Son.az-a verilən məlumata görə, Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin əsas üzvlərinin saxlanılması istiqamətində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib. Belə ki, Baş İdarənin əməkdaşlarının Sumqayıt şəhərinin Yaşma bağları adlanan ərazisində keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunmuş şəxslər - Elşad Əliyev və Zakir Nağıyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onların üzərindən və Zakir Nağıyevin idarə etdiyi avtomobildən ümumilikdə 187 kiloqram, o cümlədən 113 kiloqram tərkibi psixotrop maddələr əlavə edilərək zənginləşdirilən marixuana, 37 kiloqram heroin, 36 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 5 min ədəd "Metadon M40" həbi aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı Elşad Əliyev və Zakir Nağıyevin vaxtaşırı olaraq "Rəsul", "Rza" və şəxsiyyətləri araşdırılan digər İran vətəndaşları ilə əlbir olaraq narkotikləri dəniz yolu ilə ölkə ərazisinə gətirdikləri məlum olub. Saxlanılan şəxslər həmin nakotikləri əldə edəndən sonra Bakı şəhərində ayrı-ayrı şəxslərə ötürərək satışını təşkil etməli imişlər. Elşad Əliyev və Zakir Nağıyev ifadələrində dəfələrlə İrandan xüsusi katerlərlə dəniz vasitəsi ilə qaçaqmalçılıq yolu ilə Xəzər rayonu Zirə qəsəbəsində hər kəsin "qartalın burnu" kimi tanıdığı yerə göndərilən narkotikləri xüsusi texniki vasitələrdən istifadə etməklə əldə etdiklərini və satışını həyata keçirdiklərini bildiriblər.

Qeyd edilib ki, Elşad Əliyev və Zakir Nağıyev ətrafda şübhə oyatmamaq üçün ilk baxışdan hər kəsdə balıqçı görüntüsü yaradıblar. Araşdırmalarla onların dəniz yolu ilə gətirilən narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olmaları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Dəniz yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirməyə çalışan narkoşəbəkənin daxildə və xaricdəki digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.

Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT like
  • 24 May 11:43  
Digərləri Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsinə rəis təyin o

arrow Ətraflı
Aygün Kazımova ilə oxuduğu duetdən sonra... like
  • 24 May 11:40  
Şou-biznes Aygün Kazımova ilə oxuduğu duetdən sonra...

Müğənni-bəstəkar Murad Arif albom çıxaracağını açıqlayıb. 

arrow Ətraflı
Nazir işində fərqlənən polkovniki vəzifəsindən azad etdi like
  • 24 May 11:37  
Digərləri Nazir işində fərqlənən polkovniki vəzifəsindən azad etdi

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

arrow Ətraflı
Rusiya Belqorodu müdafiə edə bilmir like
  • 24 May 11:29  
Digərləri Rusiya Belqorodu müdafiə edə bilmir

Rusiyanın Belqorod vilayətində baş verən son hadisələrdən sonra ruslar U

arrow Ətraflı
Uzaq səfərə çıxan sürücülərin NƏZƏRİNƏ: like
  • 24 May 11:20  
Digərləri Uzaq səfərə çıxan sürücülərin NƏZƏRİNƏ:

İsti hava şəraiti ilə bağlı uzaq yol qət etmək məqsədilə magistral yo

arrow Ətraflı
Müğənni Səmra Rəhimli paylaşımı ilə diqqət çəkib like
  • 24 May 11:18  
Şou-biznes Müğənni Səmra Rəhimli paylaşımı ilə diqqət çəkib

Müğənni Səmra Rəhimli paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Faciəvi şəkildə vəfat edən hərbçimizin like
  • 24 May 11:10  
Digərləri Faciəvi şəkildə vəfat edən hərbçimizin

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun əsgəri faciəvi şəkildə öl�

arrow Ətraflı
Əməkdar artistin nəvəsi ailə qurdu like
  • 24 May 10:56  
Şou-biznes Əməkdar artistin nəvəsi ailə qurdu

Əməkdar artist Vahid Əliyevin ailəsində xoş gün olub.

arrow Ətraflı
Separatçılar hər kəsə qarşı like
  • 24 May 10:50  
Digərləri Separatçılar hər kəsə qarşı

Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycan ərazisi olma

arrow Ətraflı
Nikolun 1975 xəritəsində israrının səbəbi... like
  • 24 May 10:45  
Digərləri Nikolun 1975 xəritəsində israrının səbəbi...

Faktiki olaraq Nikol Paşinyan dünənki çıxışında Azərbaycan üçün prin

arrow Ətraflı
Taleh Yüzbəyovdan anası ilə bağlı paylaşım like
  • 24 May 10:34  
Şou-biznes Taleh Yüzbəyovdan anası ilə bağlı paylaşım

Aktyor Taleh Yüzbəyov sosial şəbəkədə anası ilə bağlı paylaşım edib

arrow Ətraflı
Bakıda maşın anidən yandı like
  • 24 May 10:23  
Digərləri Bakıda maşın anidən yandı

Bakıda "BMW" markalı avtomobil anidən alışıb.

arrow Ətraflı
AzərbaycanPakistan hərbi əməkdaşlığı müzakirə olunub  FOTO like
  • 24 May 10:15  
Siyasət AzərbaycanPakistan hərbi əməkdaşlığı müzakirə olunub FOTO

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin biri

arrow Ətraflı
Həyətinə düşən meteorit parçası onu zəngin etdi like
  • 24 May 09:52  
Digərləri Həyətinə düşən meteorit parçası onu zəngin etdi

Almaniyanın Elmsxorn şəhərində yaşayan türkəsilli ailə filmlərdə bel�

arrow Ətraflı
Azərbaycanda işıqpulu bahalaşacaq? like
  • 24 May 09:24  
Digərləri Azərbaycanda işıqpulu bahalaşacaq?

Yeni təsdiqlənən ''Elektroenergetika haqqında'' qanun elektr

arrow Ətraflı