Azərbaycanın Müstəqillik Günü 100 illiyi münasibətilə Mexikoda rəsmi qəbul keçirilib FOTO


Siyasət 23 May 2023 21:47:00 121 0

Azərbaycanın Müstəqillik Günü 100 illiyi münasibətilə Mexikoda rəsmi qəbul keçirilib  FOTO

Azərbaycanın müstəqilliyinin 105-ci və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Meksikada rəsmi qəbul təşkil olunub.

Son.az xəbər verir ki, Azərbaycanın Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Meksika XİN, Milli Konqres, Senat və digər dövlət və hökumət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri, yerli KİV təmsilçiləri, işgüzar və elmi dairələr, gənclər və icma təşkilatları üzvlərinin, həmçinin bu ölkədə yaşayan həmvətənlərimizin iştirakı ilə baş tutmuş mərasimdə çıxış edən səfir Məmməd Talıbov qonaqlara, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunduğu barədə məlumat verib. Daha sonra o, 105 il əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixindən danışıb, müstəqilliyinin bərpa edilməsindən sonra qarşılaşdığı çətinliklər, qısa müddət ərzində regional liderə çevrilən ölkəmizin son 30 ildə əldə etdiyi nailiyyətlər, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi və xalqın tərəqqisi istiqamətindəki müstəsna xidmətləri haqda məlumat verib, məhz Ulu Öndərin ən çətin dönəmdə Azərbaycanı xaos və dərin böhrandan çıxardığını, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirdiyini bildirib.

O, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edib, onun təşəbbüsü ilə reallaşan dünya miqyaslı iqtisadi layihələri nəticəsində Azərbaycan iqtisadiyyatının böhrandan qurtulduğunu və böyük iqtisadi inkişafa nail olunduğunu bildirib. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olan dünya miqyaslı iqtisadi layihələr sayəsində bu gün Avrasiyanın enerji və nəqliyyat xəritələrinin tamamilə dəyişdiyini, bu sahələrdə qitə miqyasında yeni reallığın yarandığını qeyd edib. Bu gün Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyada nüfuzunun gündən-günə artdığını, 2020-ci ildə otuz illik həsrətə son qoyularaq torpaqlarımızın işğaldan azad olunduğunu və Vətən Müharibəsində çaldığımız zəfər nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyini vurğulayıb.

Səfir həmçinin, hazırda regionda yaranmış yeni reallıqlar, sülh prosesi və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıdışının təmin olunması üçün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma və bərpa işlərindən bəhs edib.

Həmçinin Azərbaycan ilə Meksika arasında münasibətlərdən söz açan diplomat, ötən il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu, son dövrlərdə iki ölkə arasında əlaqələrin intensivləşdiyini, bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Meksika XİN Avropa Baş İdarəsinin Şərq, Balkan və Qafqaz ölkələri üzrə direktoru Xorxe Raskon Meksikanın ölkəmizlə əlaqələrə önəm verdiyini, ölkələrimiz arasında müxtəlif layihələrin həyata keçirilməsi üçün potensialın olduğunu bildirib. O həmçinin, Ulu Öndər Heydər Əliyevin 1982-ci ildə Meksikaya səfərini xatırladaraq, müasir Azərbaycanın inkişafında mühüm irs qoyan Heydər Əliyevin əvəzsiz rolunu qeyd edib.

Daha sonra tədbirdə çıxış edən meksikalı deputat, Meksika-Azərbaycan parlamentlərarası Dostluq qrupunun sədri Alberto Viyya Viyyeqas Heydər Əliyevin öz ölkəsinin və xalqının rifahı yolunda yorulmaz fəaliyyətinin heyranlıq doğurduğunu qeyd edərək, onun vahid Azərbaycan arzusunun bu gün reallaşdırıldığını, Ulu Öndərin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında daim qaldığını qeyd edib.

Meksika-Azərbaycan parlamentlərarası Dostluq qrupunun üzvü deputat Xavyer Kasike Sarate Azərbaycanla Meksika arasında mövcud olan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərindən, eləcə də xalqlarımızı yaxınlaşdıran tarixi-siyasi və mədəni-mənəvi dəyərlərdən söz açıb. O, bu ilin əvvəlində ölkəmizə səfərlərini xatırladaraq, Şuşa şəhərindəki tarixi-mədəni sərvətlərlə yaxından tanış olduqlarını, hazırda türk dünyası ilə Avropa arasında körpü rolunu oynayan Bakı şəhərinin sürətli inkişafının xoş təəccüb doğurduğunu bildirib, Azərbaycanın müstəqilliyi, inkişafı və tərəqqisi uğrunda ayağa qalxan igid xalqın fədakarlığı, zəhməti və əyilməz ruhuna heyran olduğunu vurğulayıb.

Mərasimdə qonaqlara Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx və fotosərgi nümayiş olunub, həmçinin Heydər Əliyevə həsr olunmuş kitabça və üzərində "Heydər Əliyev - 100" yazısı olan döş nişanları paylanılıb və zəngin milli mətbəximizin nümunələrindən ibarət ziyafət təqdim olunub.

Səmada səsdən sürətli “alov topu” insanları qorxutdu  VİDEO like
  • 23 May 21:36  
Dünya Səmada səsdən sürətli “alov topu” insanları qorxutdu VİDEO

Avstraliyanın Adelaida şəhərinin yaxınlığına düşən "alov topu&qu

arrow Ətraflı
Kürün səviyyəsi qalxır  Daha əkin sahələri qurumayacaq...  VİDEO like
  • 23 May 21:27  
Digərləri Kürün səviyyəsi qalxır Daha əkin sahələri qurumayacaq... VİDEO

Ötən aylar Kür çayında suyun kəskin azalması ciddi problemlərə səbəb

arrow Ətraflı
Bakıda eyvan gənc qızın başına uçdu like
  • 23 May 21:18  
Digərləri Bakıda eyvan gənc qızın başına uçdu

Bakının Azadlıq prospekti 58a ünvanında bədbəxt hadisə baş verib.

arrow Ətraflı
İlham Əliyevə 28 May  Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir like
  • 23 May 21:11  
Siyasət İlham Əliyevə 28 May Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir

İspaniyanın Kralı VI Felipe 28 May - Müstəqillik Günü münasibətilə Pre

arrow Ətraflı
Putindən ilginc açıqlama: Bəşəriyyət tarixində Ukrayna olmayıb! like
  • 23 May 21:05  
Digərləri Putindən ilginc açıqlama: Bəşəriyyət tarixində Ukrayna olmayıb!

Bəşəriyyət tarixində Ukrayna Sovet Sosialist Respublikası (USSR) yaranana

arrow Ətraflı
Vətəndaşların pensiya kapitalı investisiya məqsədilə istifadə ediləcək  VİDEO like
  • 23 May 20:58  
Digərləri Vətəndaşların pensiya kapitalı investisiya məqsədilə istifadə ediləcək VİDEO

Vətəndaşların pensiya kapitalı kimi dövlət sosial müdafiə fonduna topla

arrow Ətraflı
Sürətli dəmiryol xətti Bakıya kimi uzanacaq?  Ərdoğan açıqladı like
  • 23 May 20:50  
Dünya Sürətli dəmiryol xətti Bakıya kimi uzanacaq? Ərdoğan açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla nəqliyyat infrastru

arrow Ətraflı
8 kəndin qaytarılması mətndə var idi  Xaçatryan like
  • 23 May 20:42  
Digərləri 8 kəndin qaytarılması mətndə var idi Xaçatryan

Vaxtilə üçtərəfli bəyanatın mətnində anklavların Azərbaycana verilmə

arrow Ətraflı
Azərbaycanda güclü zəlzələ olacaq?  AÇIQLAMA like
  • 23 May 20:33  
Digərləri Azərbaycanda güclü zəlzələ olacaq? AÇIQLAMA

Azərbaycan da digər qonşu ölkələr kimi seysmoaktiv bölgədə yerləşir.

arrow Ətraflı
Vasif Talıbovun prokuror qardaşının yerinə təyinat olub like
  • 23 May 20:25  
Siyasət Vasif Talıbovun prokuror qardaşının yerinə təyinat olub

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.

arrow Ətraflı
Qaradağda “KamAZ” avtobusa çırpıldı: Xəsarət alanlar var  VİDEO like
  • 23 May 20:17  
Digərləri Qaradağda “KamAZ” avtobusa çırpıldı: Xəsarət alanlar var VİDEO

Qaradağda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
800 milyon insan bel ağrısından əziyyət çəkəcək like
  • 23 May 20:08  
Digərləri 800 milyon insan bel ağrısından əziyyət çəkəcək

Sidney Universiteti, Vaşinqton Universiteti Tibb fakültəsi və digər təşki

arrow Ətraflı
40 manatını istəyirdi, like
  • 23 May 20:00  
Digərləri 40 manatını istəyirdi,

Gəncədə 40 manat borca görə dostunu təhqir edən şəxs 150 manat cərimə

arrow Ətraflı
İrandan idxal edilən bibərdə uyğunsuzluqlar aşkarlandı like
  • 23 May 19:48  
Digərləri İrandan idxal edilən bibərdə uyğunsuzluqlar aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfind

arrow Ətraflı
Lüt şəkillərini paylaşırdı, imana gəldi, hicaba keçdi  FOTOlar like
  • 23 May 19:36  
Digərləri Lüt şəkillərini paylaşırdı, imana gəldi, hicaba keçdi FOTOlar

Rusiyalı fitnes bikini çempionu Arina Volfson Dağıstana gələrək İslamı

arrow Ətraflı