İlham Əliyevə 28 May Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir


Siyasət 23 May 2023 21:11:00 146 0

İlham Əliyevə 28 May  Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir

İspaniyanın Kralı VI Felipe 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Son.az Trend-ə istinadən xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, istəkli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".

XXX

Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə Peru hökumətinin ölkələrimizin mənafeyi naminə həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əlaqələrimizin genişləndirilməsini və möhkəmləndirilməsini davam etdirməkdə maraqlı olduğunu bir daha Zati-alinizin diqqətinə çatdırıram.

Azərbaycan Respublikasının əziz xalqına firavanlıq və tərəqqi arzulayır, fürsətdən istifadə edərək Sizə bir daha ən dərin hörmət və ehtiramımı bildirirəm".

XXX

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və Nikaraqua Respublikasının vitse-prezidenti Rosario Muriyo Prezident İlham Əliyevə məktub göndəriblər.

Trend xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edir, ehtiramımızı, sevgimizi və qardaşlıq həmrəylimizi bildiririk. İnanırıq ki, birgə işləyərək ölkələrimizi dünyanın bütün xalqlarının arzuladığı daha yaxşı məkana çevirə bilərik.

Sizə dərin ehtiramımızı ifadə edirik. Əminik ki, xalqlarımızın rifahı naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik".

XXX

Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimba Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Sizə 28 May - Müstəqillik Günü münasibətilə Qabon xalqının, hökumətinin, eləcə də özümün səmimi təbriklərimi göndərməkdən böyük məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına firavanlıq arzularımı çatdırıram.

Bu xoş fürsət mənə Qabon ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərini xalqlarımızın mənafeyinə uyğun surətdə daha yüksək səviyyəyə çatdırmaq əzmində olduğumu ifadə etmək imkanı verir.

Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan dünya birliyi dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə yönələn dəyişməz kurs sayəsində layiqli nüfuz qazanıb, ardıcıl olaraq müstəqil xarici siyasət apararaq beynəlxalq münasibətlərin fəal subyektinə çevrilib.

Sizin rəhbərliyinizlə iqtisadiyyatda, sosial və ictimai-siyasi sahələrdə həyata keçirilən böyük dəyişikliklər ölkənin gələcək inkişafına və onun əhalisinin rifahının artmasına kömək edir.

Əminəm ki, MDB məkanında inteqrasiya məsələlərinə Sizin şəxsi diqqətiniz Birliyimizin iştirakçı-dövlətləri arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə bundan sonra da kömək olacaq.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram".

XXX

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"İcazə verin, Sizə hörmət və ehtiramımı bildirərək, Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edim.

Bu bayram öz ölkəsini sevən, onun tarixinə və qədim ənənələrinə hörmət bəsləyən və layiqli gələcəyi naminə çalışan Azərbaycan Respublikasının bütün vətəndaşlarını birləşdirir.

Bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına möhkəm cansağlığı, səadət, firavanlıq və doğma Vətənin rifahı naminə işlərində yeni-yeni nailiyyətlər arzulayıram.

Azərbaycan Respublikası qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə, o cümlədən regionlararası səviyyədə Rusiya Federasiyasının həmişə strateji tərəfdaşı olub və olmaqda davam edir. Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq əlaqələrini yüksək dəyərləndirir və çoxplanlı qarşılıqlı təmasların möhkəmləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm".

XXX

Mərakeşin Kralı VI Məhəmməd Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikası özünün Müstəqillik Gününü qeyd etdiyi bir vaxtda Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimizi, möhkəm cansağlığı və xoşbəxtlik arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqına daha böyük inkişaf və tərəqqi arzulayıram.

Zati-aliləri, əminəm ki, xalqlarımızın qarşılıqlı rifahı naminə ölkələrimiz arasında mövcud olan sıx qardaşlıq əlaqələrini möhkəmləndirməkdə, əməkdaşlığımızı bütün sahələrdə inkişaf etdirməkdə Siz də mənim qədər maraqlısınız".

XXX

Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidze Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Mən, ilk növbədə, Azərbaycan xalqına və şəxsən Sizə dərin ehtiramımı bildirirəm. Hamıya məlumdur ki, 2023-cü il Azərbaycanın möhtərəm sabiq Prezidenti, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Heydər Əliyev İli" elan olunmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisinə, onun siyasi və iqtisadi inkişafına, həmçinin Azərbaycan xalqının əmin-amanlığının, firavanlığının təmin olunmasına mühüm və əvəzsiz töhfələr vermişdir.

Onun Cənubi Qafqaz regionunun inkişafında, xüsusilə Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində, ölkələrimizin ikitərəfli münasibətlərinin genişlənməsində mühüm rolu hamıya yaxşı məlumdur. Heydər Əliyevin xidmətləri tarixin səhifələrində və nəsillərin yaddaşında əbədi qalacaqdır.

Mən Prezident Heydər Əliyevin rəhbərliyi dövründə Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsində işləmək kimi böyük şərəfə nail olmuşam. Həmçinin həmin illərdə mən o dahi insanın rəhbərliyi ilə mühüm beynəlxalq layihələrdə fəal iştirak imkanı əldə etmişəm".

Putindən ilginc açıqlama: Bəşəriyyət tarixində Ukrayna olmayıb! like
  • 23 May 21:05  
Digərləri Putindən ilginc açıqlama: Bəşəriyyət tarixində Ukrayna olmayıb!

Bəşəriyyət tarixində Ukrayna Sovet Sosialist Respublikası (USSR) yaranana

arrow Ətraflı
Vətəndaşların pensiya kapitalı investisiya məqsədilə istifadə ediləcək  VİDEO like
  • 23 May 20:58  
Digərləri Vətəndaşların pensiya kapitalı investisiya məqsədilə istifadə ediləcək VİDEO

Vətəndaşların pensiya kapitalı kimi dövlət sosial müdafiə fonduna topla

arrow Ətraflı
Sürətli dəmiryol xətti Bakıya kimi uzanacaq?  Ərdoğan açıqladı like
  • 23 May 20:50  
Dünya Sürətli dəmiryol xətti Bakıya kimi uzanacaq? Ərdoğan açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla nəqliyyat infrastru

arrow Ətraflı
8 kəndin qaytarılması mətndə var idi  Xaçatryan like
  • 23 May 20:42  
Digərləri 8 kəndin qaytarılması mətndə var idi Xaçatryan

Vaxtilə üçtərəfli bəyanatın mətnində anklavların Azərbaycana verilmə

arrow Ətraflı
Azərbaycanda güclü zəlzələ olacaq?  AÇIQLAMA like
  • 23 May 20:33  
Digərləri Azərbaycanda güclü zəlzələ olacaq? AÇIQLAMA

Azərbaycan da digər qonşu ölkələr kimi seysmoaktiv bölgədə yerləşir.

arrow Ətraflı
Vasif Talıbovun prokuror qardaşının yerinə təyinat olub like
  • 23 May 20:25  
Siyasət Vasif Talıbovun prokuror qardaşının yerinə təyinat olub

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.

arrow Ətraflı
Qaradağda “KamAZ” avtobusa çırpıldı: Xəsarət alanlar var  VİDEO like
  • 23 May 20:17  
Digərləri Qaradağda “KamAZ” avtobusa çırpıldı: Xəsarət alanlar var VİDEO

Qaradağda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
800 milyon insan bel ağrısından əziyyət çəkəcək like
  • 23 May 20:08  
Digərləri 800 milyon insan bel ağrısından əziyyət çəkəcək

Sidney Universiteti, Vaşinqton Universiteti Tibb fakültəsi və digər təşki

arrow Ətraflı
40 manatını istəyirdi, like
  • 23 May 20:00  
Digərləri 40 manatını istəyirdi,

Gəncədə 40 manat borca görə dostunu təhqir edən şəxs 150 manat cərimə

arrow Ətraflı
İrandan idxal edilən bibərdə uyğunsuzluqlar aşkarlandı like
  • 23 May 19:48  
Digərləri İrandan idxal edilən bibərdə uyğunsuzluqlar aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfind

arrow Ətraflı
Lüt şəkillərini paylaşırdı, imana gəldi, hicaba keçdi  FOTOlar like
  • 23 May 19:36  
Digərləri Lüt şəkillərini paylaşırdı, imana gəldi, hicaba keçdi FOTOlar

Rusiyalı fitnes bikini çempionu Arina Volfson Dağıstana gələrək İslamı

arrow Ətraflı
Azərbaycanda bu tikinti materialları bahalaşıb like
  • 23 May 19:24  
Digərləri Azərbaycanda bu tikinti materialları bahalaşıb

Azərbaycanda tikinti mövsümünün başlaması tikinti materiallarının qiym�

arrow Ətraflı
Vəfat edənin ipoteka borcunun ödənilməsi qaydası like
  • 23 May 19:22  
Digərləri Vəfat edənin ipoteka borcunun ödənilməsi qaydası

Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş qərara

arrow Ətraflı
Bill Qeyts 20 yaşlı qızla eşq yaşadığı üçün şantaj edildi like
  • 23 May 19:12  
Digərləri Bill Qeyts 20 yaşlı qızla eşq yaşadığı üçün şantaj edildi

"Microsoft" şirkətinin sahibi, milyarder Bill Qeyts keçmiş həyat

arrow Ətraflı
Rayonlarda leysan yağacaq, dolu düşəcək like
  • 23 May 19:08  
Digərləri Rayonlarda leysan yağacaq, dolu düşəcək

Azərbaycanın rayonlarında mayın 24-ü gündüz, 25-də əsasən dağlıq və

arrow Ətraflı