Rayon yollarında teztez ağır qəzaların baş verməsinin


Digərləri 23 May 2023 03:03:00 155 0

Rayon yollarında teztez ağır qəzaların baş verməsinin

Bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində "Kia" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər dünyasını dəyişib, 1 nəfər isə ağır xəsarət alıb. Məlumata görə, ölən və xəsarət alanlar Qobustan rayon sakinləridir və bir ailənin üzvləridir. İlkin ehtimala görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması və yüksək sürət olduğu bildirilir. Ümumiyyətlə son bir ildə magistral yollarda ölümlə nəticələnən yol qəzaları artıb.

Əsasən magistral yollarda hərəkətin təhlükəsizliyinə daha çox diqqət yetirildiyi halda, bu yollarda qəzaların sayı niyə artır?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, bu hadisələrin baş verməsində sürücü məsuliyyətsizliyi olsa da, digər səbəblər də var: "Cinayət tərkibli yol qəzalarının statistikasına nəzər yetirsək görərik ki, hadisələrin təxminən 85 faizi magistral yolların yaşayış məntəqəsindən keçən hissəsində baş verir. 100 hadisədən cəmi 15-i yaşayış məntəqəsindən kənarda olur. Bunların əsas səbəbi yüksək sürət və səhv manevrdir. Bakı-Şamaxı yolu digər yollarla müqayisədə daha təhlükəsizdir. Çünki bu yol iki zolaqlı, ortadan səddlə ayrılmış yoldur. Buna baxmayaraq həmin yolda daha ağır faciə olub".

Ə. Hüseynov bildirib ki, hadisələrin baş vermə səbəbi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsidir: "2018-ci ildə Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı qəbul edilsə də, bu günə qədər icra olunmayıb. Bu proqram yalnız kağız üzərində qəbul edilib. Həmin proqram bu günə qədər icra olunmur. Səlahiyyətli dövlət qurumları bu proqramı icra etməlidirlər. İcra etmədikləri üçün də bu cür hadisələr baş verir".

Ekspert Elməddin Muradlı da bildirir ki, magistral yollarda baş verən yol qəzalarının əsas səbəbi sürücü məsuliyyətsizliyidir: "Pandemiyadan sonra bölgələrə gediş-gəliş artıb, hərəkət intensivləşib. Magistral yollar bu intensivliyə tab gətirsə də, sürücü məsuliyyətsizliyi ağır fəsadlara səbəb olur. Bəzən sürücülər düzgün olmayan ötmə hərəkətləri yerinə yetirir, sükan arxasında telefona baxmaqla yoldan diqqətini yayındırır. Nəticədə kiçik bir səhv ağır yol qəzasına səbəb olur.

Statistikaya nəzər salsaq görərik ki, sürət həddinin aşılması, manevr qaydalarının pozulması, narkotik, psixotrop maddə və spirtli içkilərin təsiri altında olan sürücülərin törətdiyi qəzaların sayı artmaqdadır. İnsanlar sürət həddini aşmaqda meyllidir. Bunun qarşısı alınmalıdır. Bunun üçün yollarda "ağıllı radarlar" quraşdırılmalıdır. Məsələn, bizdə rayonlara sərnişin daşıyan taksi sürücüləri yollardakı radarların yerini əzbər bilir. Həmin radarlara qədər olan ərazilərdə sürücülər yüksək sürətdən istifadə edir.

Yol qəzalarına səbəblərdən biri də yorğun sürücünün avtomobil idarə etməsidir. Uzaq yola çıxan sürücü yolda yuxulayır və nəticədə qəzalar baş verir".

E. Muradlı hesab edir ki, yol qəzalarında yol təsərrüfatındakı problemlər də səbəblərdən biridir.

"Məsələn, yolların işıqlandırılmaması bir çox hallarda ağır qəzalara səbəb olur",- E. Muradlı bildirib.

İradə: “Görəsən nə etmişəm ki, belə ailəyə gəlin köçmüşəm”  VİDEO like
  • 23 May 02:02  
Şou-biznes İradə: “Görəsən nə etmişəm ki, belə ailəyə gəlin köçmüşəm” VİDEO

"Qətiyyən heç zaman udulmaqdan qorxmamışam. Elə bir qorxum olsaydı m

arrow Ətraflı
Aygün Kazımovaya olan sevgisini belə bildirdi  VİDEO like
  • 23 May 01:27  
Şou-biznes Aygün Kazımovaya olan sevgisini belə bildirdi VİDEO

https://olay.az/wow/15975-kirkorovdan-aygune-urek.html

arrow Ətraflı
Məktəblər sentyabrın 1i açıla bilər?  VİDEO like
  • 23 May 01:01  
Digərləri Məktəblər sentyabrın 1i açıla bilər? VİDEO

Elm və təhsil naziri Emin Əmrullayevin bir neçə gün öncə səsləndirdiyi

arrow Ətraflı
Məhərrəm İncə xəstəxanaya yerləşdirildi like
  • 23 May 00:49  
Digərləri Məhərrəm İncə xəstəxanaya yerləşdirildi

Məmləkət partiyasının sədri, türkiyə prezidentliyinə keçmiş namizəd

arrow Ətraflı
Əhməd Obalı və oğlu əməliyyat olunub, vəziyyətləri ortaağırdır like
  • 23 May 00:42  
Dünya Əhməd Obalı və oğlu əməliyyat olunub, vəziyyətləri ortaağırdır

"Əhməd Obalı və oğlu Dəniz baş-boyun nahiyəsindən əməliyyat olun

arrow Ətraflı
Finala yaxın “Ateş kuşları”nda yeni sima  Foto like
  • 23 May 00:28  
Şou-biznes Finala yaxın “Ateş kuşları”nda yeni sima Foto

https://axsam.az/news/158295-finala-yaxin-ates-kuslarinda-yeni-sima-foto

arrow Ətraflı
Ayrıldıqları deyilirdi, öpüşərkən görüntüləndilər  FOTO like
  • 23 May 00:14  
Şou-biznes Ayrıldıqları deyilirdi, öpüşərkən görüntüləndilər FOTO

Cennifer Lopez və Ben Afflek Beverli Hills küçələrində öpüşərkən gör

arrow Ətraflı
Günün qoroskopu: Səxavətli olun, hədiyyə verin, səmimi davranın like
  • 23 May 00:01  
Digərləri Günün qoroskopu: Səxavətli olun, hədiyyə verin, səmimi davranın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Qırmızı xalıda Di Kaprio like
  • 22 May 23:55  
Şou-biznes Qırmızı xalıda Di Kaprio

Kann Film Festivalından dünya ulduzlarının fotoları yayılmağa davam edir.

arrow Ətraflı
Azərbaycanda Türkiyə Prezidenti seçkilərinin ikinci turunun səsverməsi başa çatıb like
  • 22 May 23:48  
Digərləri Azərbaycanda Türkiyə Prezidenti seçkilərinin ikinci turunun səsverməsi başa çatıb

Türkiyədəki Prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda keçir

arrow Ətraflı
500 milyonluq yaxtasına sevgilisinin heykəlini qoydurdu  FOTO like
  • 22 May 23:34  
Digərləri 500 milyonluq yaxtasına sevgilisinin heykəlini qoydurdu FOTO

Dünyanın ən varlı adamı və "Amazon"un yaradıcısı Ceff Bezosun

arrow Ətraflı
Ərdoğan NyuYorkda Türk evinə hücum edən şəxsi terrorçu adlandırıb like
  • 22 May 23:27  
Digərləri Ərdoğan NyuYorkda Türk evinə hücum edən şəxsi terrorçu adlandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hakimiyyətini Nyu-Yorkdakı

arrow Ətraflı
Skolioz xəstəliyinə tutulan uşaqların sayı artıb  VİDEO like
  • 22 May 23:13  
Digərləri Skolioz xəstəliyinə tutulan uşaqların sayı artıb VİDEO

Öən illə müqayisədə bu il skolioz xəstəliyinə yoluxan uşaqların sayı

arrow Ətraflı
Pivə puluna görə dostunu öldürdü  BAKIDA ŞOK CİNAYƏT like
  • 22 May 23:05  
Kriminal Pivə puluna görə dostunu öldürdü BAKIDA ŞOK CİNAYƏT

2022-ci il iyunun 9-da 2003-cü il təvəllüdlü Sübhan Cəfərov qətlə yeti

arrow Ətraflı