"Bizim biznesimiz bu sahədə Azərbaycan tərəfinə təkliflər verəcək"


Digərləri 22 May 2023 08:03:00 147 0

"Bizim biznesimiz bu sahədə Azərbaycan tərəfinə təkliflər verəcək"

Litva Azərbaycana bərpa olunan enerji sahəsində texnologiyalar təqdim edə bilər.

Bu barədə Trend-ə özəl müsahibəsində Litvanın Azərbaycandakı səfiri Eqidiyus Navikas deyib.

"Enerji sahəsində əməkdaşlığa dair danışıqlar bundan əvvəl də aparılıb. Burada ilk növbədə coğrafiya, eləcə də texniki imkanlar nəzərə alınır. Svop qaz tədarükü ideyası müzakirə olunur. Ancaq burada texniki detallara girəcək biznes tərəfdaşları arasında dialoq qurmaq lazımdır. Bu müzakirələr davam edəcək. Bundan əlavə, Litva Azərbaycanda bərpa olunan enerji layihələrində çox maraqlıdır, çünki biz günəş və külək enerjisi texnologiyalarının ixracatçısına çevrilirik. Düşünürəm ki, bizim biznesimiz bu sahədə Azərbaycan tərəfinə təkliflər verəcək", - deyə o bildirib.

E.Navikas qeyd edib ki, Azərbaycan ilə Litva arasında münasibətlər bütün sahələrdə yüksək səviyyədədir:

"Siyasi müstəvidə münasibətlərdən danışarkən, Litva həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Davamlı səfərlər edilir, görüşlər keçirilir, xüsusən də bu yaz bu baxımdan səmərəli oldu. Bu yaxınlarda nazirlərin səfəri olub, indi də prezident səviyyəsində səfər baş tutub. Ən yüksək səviyyədə olan təmaslar digər sahələrdə də əlaqələrin inkişafına təkan verir".

Səfir hesab edir ki, münasibətlərin iqtisadi ölçüsündə hələ çox iş görülməlidir:

"Biz ticarətdə irəliləyiş əldə etmişik, bu sahə üzrə göstəricilər son bir neçə ildə artıb. Bununla belə, bu sahədə hələ də böyük potensial var. Vilnüsdə Azərbaycan-Litva biznes forumu keçiriləcək və forumda hər iki ölkədən kifayət qədər əhəmiyyətli sayda sahibkar iştirak edəcək. Biz Azərbaycanla birgə müxtəlif layihələrdə, xüsusilə tvinninq layihələrində fəal iştirak etməyə davam edirik. Bizim 17 tvinninq layihəmiz olub, onlardan 12-si artıq həyata keçirilib. Onlardan beşinin həyata keçirilməsi hələ də davam edir".

Avrasiyanın nəqliyyat xəritəsinin dəyişdirilməsindən danışan E.Navikas qeyd edib ki, Litva və bütün Avropa İttifaqı xüsusilə geosiyasi proseslərin indiki kontekstində Orta Dəhlizi dəstəkləyir:

"Bu, mütləq prioritetdir. Mərkəzi Asiya və digər Asiya ölkələri üçün bu marşrut getdikcə daha da böyük əhəmiyyət kəsb edir. Litva biznesi də Bakı limanına maraq göstərir, Azərbaycan biznesi isə Klaypeda limanının imkanlarına diqqət yetirir. Klaypeda limanı Baltik dənizində donmayan limanlardan biri olduğu üçün Azərbaycan biznesi üçün imkanlar yaradır. Bu kontekstdə Litva vasitəsilə Aİ bazarlarına ixrac yaxşı seçim variantıdır".

"SpaceX" şirkəti turistlərin olduğu kosmik gəmini BKSə göndərib like
  • 22 May 08:00  
Dünya "SpaceX" şirkəti turistlərin olduğu kosmik gəmini BKSə göndərib

"Axiom" kommersiya proqramı çərçivəsində "Falcon 9" ra

arrow Ətraflı
Rusiyanın seçkilərə təsir cəhdləri ilə bağlı...  Çavuşoğlu like
  • 22 May 07:53  
Dünya Rusiyanın seçkilərə təsir cəhdləri ilə bağlı... Çavuşoğlu

Rusiya tərəfindən Türkiyədə keçirilən prezident seçkilərinə təsir et

arrow Ətraflı
Danijela Durovic Azərbaycana gəlib like
  • 22 May 07:45  
Siyasət Danijela Durovic Azərbaycana gəlib

Monteneqro Parlamentinin sədri Danijela Durovic Azərbaycana gəlib.

arrow Ətraflı
Sinan Oğan qərarını like
  • 22 May 07:39  
Dünya Sinan Oğan qərarını

Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı m�

arrow Ətraflı
Növbəti pandemiyanın episentri məlum oldu like
  • 22 May 07:32  
Dünya Növbəti pandemiyanın episentri məlum oldu

Tayvanın səhiyyə naziri Syu Çjyuan adanın növbəti pandemiyanın episentri

arrow Ətraflı
Çavuşoğlu: “Miqrantlarla bağlı “yol xəritəsi” hazırlanıb” like
  • 22 May 07:25  
Digərləri Çavuşoğlu: “Miqrantlarla bağlı “yol xəritəsi” hazırlanıb”

Türkiyə miqrantlarla bağlı "yol xəritəsi" hazırlayıb.

arrow Ətraflı
Bu gündən MİQə elektron sənəd qəbulu başlayır like
  • 22 May 07:18  
Digərləri Bu gündən MİQə elektron sənəd qəbulu başlayır

Bu gün 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələ

arrow Ətraflı
Cinayətkar qruplaşmanın üzvləri HƏBS OLUNDU like
  • 22 May 07:11  
Dünya Cinayətkar qruplaşmanın üzvləri HƏBS OLUNDU

Dehli şəhər Polisinin Cinayətkarlıqla Mübarizə üzrə Şöbəsi hindistan

arrow Ətraflı
Nigeriyada silahlı hücum  Ölənlər var like
  • 22 May 07:04  
Dünya Nigeriyada silahlı hücum Ölənlər var

Nigeriyanın Kaduna əyalətində silahlı hücum nəticəsində 9 nəfər ölü

arrow Ətraflı
İyunda pula pul deməyəcək 3 bürc like
  • 22 May 06:06  
Digərləri İyunda pula pul deməyəcək 3 bürc

İyun ayına sayılı günlər qalıb. Astroloqların fikrincə iyun bəzi bürc

arrow Ətraflı
81 yaşlı yazıçı qadın jurnal üçün soyundu  FOTOlar like
  • 22 May 05:05  
Digərləri 81 yaşlı yazıçı qadın jurnal üçün soyundu FOTOlar

81 yaşlı amerikalı yazar və iş qadını Marta Stüart "Sports Illustra

arrow Ətraflı
Safurənin ailəsi ilə tətili  FOTO like
  • 22 May 04:04  
Şou-biznes Safurənin ailəsi ilə tətili FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial şəb

arrow Ətraflı
Bu dərman “Altsheymer” riskini azaldır like
  • 22 May 03:03  
Digərləri Bu dərman “Altsheymer” riskini azaldır

"Parkinson" və "Altsheymer" xəstəliklərinin riskini azal

arrow Ətraflı
Gün ərzində tox saxlayan 5 səhər yeməyi like
  • 22 May 02:02  
Digərləri Gün ərzində tox saxlayan 5 səhər yeməyi

Dietoloq Natalya Kondratyuk insanı gün ərzində tox saxlayan 5 ən yaxşı s�

arrow Ətraflı
Toya gedəndə özüylə çay aparan like
  • 22 May 00:34  
Şou-biznes Toya gedəndə özüylə çay aparan

"Toylara gedəndə özümlə çayımı aparıram. Çünki başıma gəlməy

arrow Ətraflı